Beyin stimulyatoru- göy rəng

Beyin fəaliyyətini stimullaşdıran ən güclü vasitə qəhvə hesab olunurdu. İsveç alimləri buna alternativ vasitə axtarmaqla məşğul idilər. Təəcüblü olsa da, belə stimulyatorun göy rəng olduğu müəyyən edilib.

12 idman həvəskarı və bir o qədər sadə vətəndaşın iştirakı ilə keçirilən bir neçə eksperiment bunu təsdiqləyib. Təcrübə nümunələri əsasında məlum olub ki, ağ, eləcə də göy rəngin beyinə təsiri, təxminən 240 milliqram miqdarda kofeinin təsirinə bərabərdir.

Əldə edilən nəticələr göstərib ki, yaşayış məkanında göy rəngdən geniş istifadə beyin fəaliyyətinin güclənməsinə və düzgün qərarlar verməyə kömək edir.


Ardı →

Lexus LF-LC

Lexus LF-LC
Lexus LFA avtomobilinin mühəndisi Haruhiko Tanahaşi yeni model Yapon şirkəti tərəfindən artıq hazırlandığını bildirib. Yəqin ki, onun debütu gələn ilin yanvarında keçiriləcək Detroit avtomobil sərgisində olacaq. Bu yeni məhsul hibrid Lexus LF-LC adlanacaq.

Qırmızı LF-LC konsepsiyası 2012-ci ilin yanvarında NAIAS avtomobil sərgisində nümayiş olunmuşdu. Xatırladaq ki, avtomobil 500 at gücü sahib olan elektrik mühərriklə və hibrid sistemlə təchiz olunub.


Davamı →

Bill Geytsdən 11 məsləhət

1. Həyat ədalətli deyil – bu fikrə nə qədər tez öyrəşsəniz, o qədər yaxşı olar.

2. Sizin özünüzü necə dəyərləndirməyiniz heç kimin vecinə deyil. Siz özünüzə əmin olana qədər dünya sizdən bir işi sonacan etməyinizi tələb edəcək. 

3. Məktəbi bitirən kimi ilə 60 min dollar qazana bilməyəcəksiniz. Əlində mobil telefonla maşına minən şirkət vitse-prezidenti olmaq üçün onların hər ikisini qazanmalısınız.

4. Düşünürsünüz ki, müəllimləriniz qəddar və kobuddur? Müdiriniz olanda nə düşünəcəyiniz maraqlıdır. 

5. Hamburger satmaq qürurunuza toxunmasın. Babalarımız hamburger satmağı başqa cür adlandırırdı – şans!

6. Səhv edəndə günahı ata və analarınızın üzərinə atıb mızıldanmayın. Səhvlərinizdən dərs çıxarmağı bacarın. 
Ardı →

Elif Şafak Prustun suallarına cavab verir

Marsel PrustMarsel Prust 13 yaşı olanda bir “xatirə dəftəri” alıb içindəki sualları cavablandıraraq bir dostuna ad günü hədiyyəsi kimi verib. 20 yaşında olanda Prust bu suallara bir daha cavab yazıb. 7 ildə cavabları çox az dəyişmişdi. Lakin bu suallar Prustun ölümündən sonra tapılıb və çap edilib. Hətta bir neçə il əvvəl yazıçının tərtib etdiyi xatirə dəftərinin vərəqlərinin əsli Parisdə hərraca çıxarılıb və 120 min avroya satılıb.  Sualların indiki şəklə salınmasına isə Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Elif Şafaq Prustun suallarına cavab verir.

— Sizi ən çox həyəcanlandırana bilər?
— Qışqırıq.

— Harada yaşamaq istərdiniz?
— Yollarda, köç vəziyyətində.

— Yaşaya biləcəyiniz ən xoşbəxt an hansıdır?
— Hələ yaşamamışam.

— Hansı səhvləri gülərüzlə qarşılaya bilərsiniz?
— Eşqlə bağlı səhvlər.

— Ən sevdiyiniz kişi obrazı hansıdır?
— “Səfillər”in qəhrəmanı Jan Valjan.


Ardı →

Üstün olmaq

Charles Schwabın istədiyi qədər səmərə ala bilmədiyi bir fabriki var idi. Bir gün usta ilə danışırdı:

— Sənin kimi bacarıqlı biri necə olur ki, fabrikdən istədiyi qədər səmərə ala bilmir.

— Bilmirəm. Bütün işçiləri çox çalışdırdım. Bir çoxunu işdən atmaqla təhdid etdim. Amma müvəffəqiyyətli ola bilmədim. Schwab yaxınında dayanan bir işçini soruşdu :

— Bu gün neçə qazan polad əritdilər ?

— Altı.

Ardı →

Xama

xamaXama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi ağ, yaxud açıq sarı çalarlı olmalıdır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır.

Əsas xamanın tərkibinə, keyfiyyətinə, istehsal tarixinə və saxlanma müddətinə fikir vermək lazımdır.

Xama istehsalı üçün yağlılığı normalaşdırılan qaymaq 92-95 dərəcə C-də pasterizə edilir. 60-70 dərəcə C-də hemogenləşdirilir və 18-22 dərəcəC-yə qədər soyudulub, üzərinə 1-5% miqdarında əvvəlcədən hazırlanan maya əlavə edilir. Maya vurulan qaymaq ilk 3 saat ərzində hər saatdan bir qarışdırılır və 15-20 saat turşudulur. Xamanın turşuluğu 65-75 dərəcə olduqda, 2-4 dərəcəyə qədər soyudulur və tam yetişənə qədər saxlanılır.
Ardı →

Şeir yazma | Bukovski

Tibetə getCharles Bukowski
Dəvəyə min
Incil oxu
Ayaqqabılarını maviyə boya
Saqqal saxla
Kağız bir qayıqla gəz dünyanı
“the saturday evening post”a abunə ol
yeməyi ağzının sol tərəfində çeynə
tək ayaqlı bir qadınla evlən
küt ülgüclə təraş ol
və qadının qoluna adını döydür
benzinlə fırçala dişlərini
bütün günü yat və gecə ağaclara dırmaş
keşiş ol
viskini pivəylə iç
başını suyun altında saxla
və skripka çal
Ardı →

Hər günah bir qara xaldır

İşlədiyimiz hər günahdan könül aynamıza qara bir xal düşər.

Əgər tövbə edib Allahdan əfv diləsək, o qara xal silinər, həm də o xalla birlikdə bütün ayna tərtəmiz hala gələr.

Tövbə etməsək, hər qara nöqtə növbəti qara nöqtənin dəvətçisi olar və o nöqtələr o qədər çoxalar, o qədər sıxlaşar ki, bir gün ayna işığı, nuru əks etdirməz hala gələr.

Qəlbi möhürlənmək də elə budur, tövbəsizlik, halal-haram demədən hər günaha girmək, zülmdən çəkinməmək...

Vicdan dediyin bir qüvvə səni daim narahat edir ki, könül aynasını təmizləyəsən. Əgər sən vicdanın səsinə qulaq vermirsənsə, o da həmin qara nöqtələrin altında qalıb zəifləyir, inləyir və bir müddətdən sonra sən onu da eşitməz olursan.
Davamı →