Rauf Canıbəyov firçası

Rauf Canıbəyov özü haqqında çox danışmağı sevmir, əsərlərinin onun haqqında danışmasını və onu tanıtmasını daha məqsədəuyğun hesab edir.

Rauf Canıbəyov 19 dekabr 1956-cı ildə Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunu olan Rauf bəy ixtisasca cərrahdır. 1984-1993-cü illərdə Bakı Dəmiryol Xəstəxanası, 1993-2003-cü illərdə Mərkəzi Kliniki Xəstəxanada plastik cərrah kimi çalışıb. 2004-cü ildən Azərbaycan səhiyyə sistemini tərk edib.
Ardı →

Intihar

Intiharlar Azerbaycanda Demoqrafik bohrana sebeb olacaq axirda.  her gun 5 nefer avtoqezada 1 nefer Suriyada  azi 1 neferde Ipden salladir ozunu .Hetta biri Ozunu  Goy qurwagina oxwuyan bayragdan asib. Dunya bunun renglerini dashiyacaq qeder guclu deyilmish behanesi. guya o biri dunya da kefi isteyeni edecek. Bu yaxinlarda Guleruz bir gencde facebook profilini Dostu Senana tehvil verib ozunu asmishdi. Yaxshi bes bu dunyanin sene yuklediyi borclari kime tehvil verdin gedende? Gozu yawli ananin qeddini eydiyin atanin borcunu kim verecek senin yerine? Problemi neydi derdi neydi bilen olmadi Meni maraqlandiran bu insanlara o biri terefde ne ved edirler  ki, bunlar bu qeder gunahla o terefe penah aparirlar? Bu gunde Goychayda tovlede 24 yawli oglan ozunu asib. Deyesen rayonlarda Tovlede mal qara saxlamirlar artiq. Ora ozunu asmaq kimi zeruriyyet hiss edenlerini zeruri ehtiyaclarini odemekcun  tikilir artiq  .Cunki son zamanlar azi 2 gunden bir tovlede ozunu asdi basligini oxuyuram.  Men gunahi ele ozumuzde gorurem. Dunen Homoseksualin intiharini Boyuk hadise kimi ictimailewdiren sevimli jurnalistlerimiz Bugun Shehid olan Zabitimizin xeberinde eyni seyi gostermediler. Ele problem burdadi. Biz Intihari daha chox reklam edirik. Intihar edencun daha cox aglayiriq. Menim ise intihar etmek fikrinde olanlara teklifim var! Ozunuzu Goy QUrshagina oxwayan bayraqlardan, Kohne kemerden ,Inek bagladiginiz kendirden asmaqdansa  baltadan bicaqdan goturun gedin cebhe xettine kecin ermeni terefe. Ya yolda minaya duwub oleceksiz ya snayper sizi gorub oldurecek 1 az shansli olanlari ermeni sengerine duse bilenlerde 1, 2 ermeni geberdennen soram sizi gulleleyecekler. Bele olsa ne xalqimiz sizden inciyer ne de ana atanizin derdi bir ele boyuk olmaz. Ozunu tovleden asan ogulun anasi hara SHEHID anasi hara....


Davamı →

"İdiot"dan seçdiklərim


 F.M.Dostoyevskinin ən lirik əsəri sayılan "İdiot" romanını bundan bir neçə ay öncə oxumuşam. Romanı oxuyarkən bəyəndiyim bəzi cümlələri özüm üçün qeyd etmişdim. Bu yazımda isə onlardan bəzilərini sizlərlə paylaşmaq istəyirəm:

• Adam öldürməyə görə insanı öldürmək cinayətin özü ilə müqayisədə çox böyük cəzadır.   

• Hökm ilə adam öldürmək,quldur kimi adam öldürməkdən  qat-qat dəhşətlidir.

• Şəfqət bütün bəşəriyyətin ən əsas ,bəlkə də, yeganə varlıq qanunudur.

• Lakin ən ehtiyatlı adam da, qonşu evindən başına düşən kərpicdən heç vaxt qoruna bilməz.

• Məsələ həyatdadır, yalnız həyatda, — heç də onu kəşf etməkdə deyil, kəşfetmə prosesində, fasiləsiz və daimi kəşfetmə prosesindədir !

Ardı →

İlk "7 Saniyə" qanunu

İnsan tanımadığı bir insanlar ilk dəfə qarşılaşanda, qarşıdakı insana daha çox insan kimi baxmır. Eynilə heyvanlardakı kimi bioloji diqqətlə baxıb «mən onu yeyəcəm, yoxsa o məni yeyəcək?” kimi bir instinktiv sualla cavab axtardığımızı heç düşünmüsünüzmü?

İlk 7 saniyə ərzində gözümüz qarşımızdakı insanı tutub-tutmayacağına baxır, beynimiz isə buna qərar verir. Bu şüurlu sürətdə gedən bir prosses deyil, qeyri-şüuri olaraq, çox zaman da biz fərqində olmadan reallaşır. Bu zaman ortaya belə bir sual çıxır: „Bəlkə biz 2 saat söhbət edəsi olduq. 7 saniyəni heç 2 saatla müqayisə etmək olarmı?”

Burada maraqlı bir məqam var. İlk saniyələrdə müsahibimizin “yaxşı və ya pis” olmasına qərar veririk. Əgər qərarımız „pis”dirsə, ondan sonra saatlarla söhbət etsək də, beynimiz qarşımızdakı insanda “pis”ləri axtarmaqla məşğul olacaq və mütləq bir çox şey tapacaqdır.

Bəli, ilk təəssürat 7 saniyədə yaranır. 7 saniyəyə hədəfinizə çata bilərsinizmi? Əgər müsahibinizə yaxşı təsir etməyi bacarsanız, bu sizdə alınacaq. İlk təəssüratdan çox şey asılıdır. Əgər, ilk təəssüratınız yaxşı alınmasa, ikinci bir şansınızın yaranması çox çətindir. İlk baxışdan qaneedici təəssürat yarada bilsəniz, müsahibiniz sizi və təcrübələrinizi ciddi qəbul edəcək və sizə diqqət yetirəcəkdir.


Ardı →

Stressi sakitləşdirən ətirlər

Özünüzü stressli hiss etdiyiniz zamanlarda lavanta, limon, mango ya da digər xoş ətirli bitkilərin köməyiylə stressdən uzaqlaşa bilərsiniz .

Yapon elm adamları, bəzi ətirlərin gen hərəkətliliyini və qanın kimyasına təsir edərək stress səviyyəsini azaltdığını qarşıya qoyan ilk elmi dəlilləri ortaya çıxardılar. Bu tədqiqat Journal of Agricultural and Food Chemistry adlı jurnalda nəşr olundu.

Yeni araşdırmaya görə, Akiio Nakamura və qrupu, insanların qədim zamanlardan üzü bəri stressi azaltmaq, depressiya ilə başa çıxmaq və yuxu keyfiyyətini artırmaq məqsədiylə bəzi bitkilərin ətirlərini istifadə etdiklərini ifadə etdi.


Ardı →

Qodiva

Qodiva
Əfsanələrə görə, gözəl Qodiva qraf Leofrikin xanımı idi. Qraflığın bütün sakinlər vergilərin çox olmasında əziyyət çəkirdilər və qrafın xanımı Qodiva dəfələrlə öz həyat yoldaşından vergiləri azaltmasını xahiş edirdi. Bir gün bayramlar zamanı qraf hədsiz dərəcədə çox içir və içkili vəziyyətdə bu sözləri işlədir: "Əgər yoldaşım Qodiva qraflığın küçələrini atın belində çılpaq şəkildə keçsə, onda mən bütün vergiləri azaldacağam".
Ardı →

Bir mahnının tarixçəsi: "Ölkəm"

  • Musiqi
1919-cu ildə, Azərbaycan demokratik cümhuriyyətinin cəmi bir yaşı olarkən, 20 yaşlı Cəfər Cabbarlı "Ölkəm" adlı şeir yazdı. O dövrdə bu mövzuya toxunmaq çox aktual idi. Amma bu poetik əsərin mahnıya çevrilməsi 10 il sonra baş tutdu. İstedadlı musiqiçi Asəf Zeynallı “Ölkəm”ə musiqi bəstələdi. Beləliklə, Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana çıxdı. Bu əsər bütün Azərbaycan musiqi tarixinin ən ciddi və əhəmiyyətli əsərlərdən biri hesab olunur.
 
"Ölkəm" şeiri «Azərbaycan» qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, daha doğrusu, şeirin ikinci məşhurluq dövründə onu iki bəndi heç yerdə ifadə olunmadı. Buna səbəb həmin bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi.
Ardı →

Psixoloji faktlar

6-7 saat yatan insanlar vaxtından tez ölümə daha çox məruz qalır, nəinki 8 saat yatan insanlar. 5 saatdan az yatan insanlarda 8- 9 saat  yatan insanlardan fərqli olaraq gecələr üç dəfə çox psixi problem yaşanır.
    
Bir insan üçün ən xoş səs onun adının  səslənməsidir. Kiminləsə tanış olduğunuz zaman çalışın onun adını yadda  saxlayın. Vəzifəsini, ixtisasını deyil, adını yadda saxlayın. Bu yaxşı   münasibətlərin qurulmasının əsas qaydasıdır.
    
Tez yatmaq üçün kürəyi üstünə uzanın.  Gözlərinizi bağlayın və göz bəbəylərinizi yuxarı qaldırın. Bu yuxu zamanı  gözlərin normal halıdır. Bu vəziyyətdə yatarkən insan tez, asan və bərk yatır.
Davamı →

Kasıb və zəngin uşaq

Rəvayətə görə bir varlının və də bir kasıbın uşaqları bir sinifdə oxuyurmuş. Zəngin olan kişinin oğlu hər zaman dərsllərindən aşağı qiymət alar və danlanarmiş… Kasıbın oğlu yüksək qiymət alar və hər zaman təriflənərmiş.
Bir gün zəngin bəyzadə öz oğlunu da götürüb müəllimi danlamağa gələr. Deyir ki, mənim oğlum zəngin, atası böyük nüfuza malik bəs niyə o yoxsul gədanın oğlu mənim oğlumdan yaxşı qiymət alır, təriflənir… (aciqli halda )
Müəllim: — Bilmək istəyirsinizmi səbəbi?
Zəngn bəyzadə :- Bəli!
Müəllim uşaqlara eyni tapşirıq verib deyir ki, sabaha kimi hazır olsun tapşırıq belədir. Qonşunun hinindən yumurta götürmək, amma bu yumurta elə götürülməlidir ki, hec kim görməsin.


Ardı →

Keyfiyyətli insan və cəmiyyət...

Keyfiyyətli insan modelini təqdim etməzdən əvvəl bəzi insanların niyə görə keyfiyyət əskikliyindən əziyyət çəkməsini araşdıraq. Bəzi insanların əxlaq pozuntusu yaşaması onların zövq və davranışlarına ciddi mənfi təsir edir. İnsanlardan uzaqlaşır, xoş söhbət etmirlər, başqalarını tərifləmirlər. Musiqi dinləmir, rəsm əsərindən xoşlanmır, özlərinə qapalı olurlar. Ya da aqressiv və ya pessimist olur, hadisələrin ancaq mənfi tərəflərini görürlər. Bu düşüncələrinə görə həyatlarının hər anında keyfiyyətsizlik yaşadıqlarından həyata tamamilə küsürlər. Keyfiyyətsizliyin çöküntüsünü yaşadıqlarından evlərinin içi, özləri, hətta yaşadıqları şəhərlər belə keyfiyyətsiz olur. Küçələrdə rəngsiz, ağacsız, çiçəksiz mühit, yerə atılmış zibil, zibilin yaratdığı iyrənc qoxu, estetikadan uzaq binalar, köhnə evlər insanın içini qaraldır. Hər insan çalışmalıdır ki, keyfiyyətli insan modelini öz üzərində cəmləsin. Keyfiyyət davamlı inkişaf etdirilməlidir. Bir insan «Mən mükəmmələm» deyə bilməz. Deyirsə, deməli keyfiyyətsiz insandır.
Ardı →