Milli Dirçəliş Günü

17 noyabr dövlətimiz və xalqımız tərəfindən «Milli Dirçəliş Günü» kimi bayram edilir.
1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı.

Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.
Ardı →

Rəsm əsərləri canlanarsa

Dünyaca tanınmış rəsm əsərləri bir çox fotoqraflara ilham mənbəyi olub.

Fotoqraflar mövzu seçən zaman ilham mənbəyini tanınmış rəsm əsərlərindən tapır. Orijinal rəsm əsərləri fotoqrafların modern və maraqlı fantaziyaları ilə birliləşir.


Ardı →

Nissan Qaşqai 2014

Nissan tam olaraq Qaşqai 2014 təqdim etdi. Nissan marketoloqlarının şuarlarına əsasən yeni Qaşqai heç də «Müasir tarixin ən mühüm avtomobili Nissan», «sıfırdan yaradılmış» və «yeni standartlar müəyyən edəcək » bir avtomobil deyil.

Yeni Qaşqai 2014 Nissan-ın Renault ilə birgə inkişaf etdirilən CMF platformasında inşa edilmişdir. Yeni avtomobilin çəkisi 40 kq azalıb. Active Menfez Shutter sistemilə təhçiz olunan radiator barmaqlığı 30 km/s sürəti aşdıqdan sora avtomatik olaraq bağlanır. Qaşqai 2014 7 düymlük sensor ekran və yeni Nissan Connect sistemilə təhciz olunub.

Motorlar :

1.2 litrlik DIG -T (116 a.g ) və fırlanma anı 190 Nm

1,6 litr həcmli DIG -T (150 a.g ) və fırlanma anı 240 Nm

1,5 litrlik DCI (110 a.g )

1,6 litr həcmli DCI (131 a.g )


Ardı →

Kompüter terminləri

ABORT: Əməliyyat sistemi üzərində proqram işlə/çalışarkən təbii olmayan bir səbəbdən proqramın dayanması və ya dayandırılması. Nəticə olaraq proqram ya da əməliyyat sistemi bir səhv mesajı verər. Səhv mesajının üzərində davam, proqramı bağla variantları vardır.

ACCELERATOR BOARD:
Kompüterinizi sürətləndirmək üçün ilişən kart. Bu kartların funksiyas(n)ı, kompüterin CPUinin üzərindəki bəzi işləri al/götürüb öz üzərlərində işlətməsidir. Beləcə CPUin yükünü yüngülləşdirib kompüterinizin performansını artırarlar.

ACCESS:
Bir məlumata, yaddaşa, diskə, CD-ROMə vs. çatmaq.

ACCESS CODE:
Daxilolma/müraciət kodu. (şifrə)

ACCESS TIME:
Daxilolma/müraciət üçün keçən zaman.
Ardı →

Cazibədar qadın ayaqları üzərində incəsənət

24 oktyabrda ABŞ-ın Vilminqton Şatatının univermaqlarından birində ilk dəfə olaraq nazik qadın corabları satışa çıxır. Bu corabların satışı rekord qırır, bütün qadınlar nazik corabdan ötrü növbəyə düzülməli olur.

Bu gün isə onlar qadın qarderobunun ayrılmaz hissəsinə çevrilib. Dizaynerlərin maraqlı ideayaları bununla bitmir. Orijinallıq etmək istəyən dizaynerlər corablar üzərində maraqlı şəkillər təsvir ediblər.

Qadın ayaqlarına baxanda onların döymə, yaxud şəkil olduğunu müəyyən etmək çətindir. 


Ardı →

Eşşək südünün inanılmaz faydası


Eşşək südü xərçəng xəstəliklərinə yaxşı təsir etdiyi və az tapıldığı üçün 1 litri 50 dollara satılır. Süleyman Dəmirəl Universitetinin professoru Zübeydə Öner eşşək südünün ana südünə bənzədiyini söyləyib. Eşşək südü ən çox Çində sağılır.
Mütəxəssisin sözlərinə görə eşşək südü Avropada da yayılmağa başlayıb. Bunun ən böyük səbəbi, tərkibindəki şəkər və protein baxımdan ana südünə çox yaxın olmasıdır.


Ardı →

Qadın-kişi bərabərsizliyi

Bu gün yaşadığımız cəmiyyətin ən böyük problemlərindən biri qadın-kişi bərabərsizliyidir. Xüsusilə də əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə bu problem özünü daha çox büruzə verir. Dünyanın bir çox ölkəsində qadına ikinci dərəcəli varlıq kimi baxırlar. Qadınlar zəif və qorunmağa möhtac hesab edildiklərinə görə alçaldılırlar və əzilirlər, yenə bu kimi səbəblərdən qadınların fikirlərinə də hörmətlə yanaşılmır. Ümumi şəkildə desək, bütün dünyanın qadınlarla bağlı təsvirləri belədir: Özünə inamı olmayan, bacarıqsız, qorxaq, zehni baxımdan çox inkişaf etməyən, ağlı dayaz və s. Elə onların bu yanlış təsvirlərinin nəticəsi olaraq da bir qadının etdiyi səhv həmin şəxsin insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv şəklində qiymətləndirilir. Lakin qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırırlar, onlara edilən anormal rəftarları normal qəbul edirlər.


Ardı →

Evin böyük uşağı olmağın çətinlikləri

Böyük bacı, yaxud qardaş olmaq həqiqətən gözəl hissdir. Amma yeri gələndə müxtəlif çətinliklər ortaya çıxır. Həmin çətinliklərin bəzilərini təqdim edirik.

“Axı o balacadır”
Evin böyük uşağının ən çox eşitdiyi cümlədir. Balaca uşaq ona istədiyini edər, amma o əsəbiləşib qışqırsa, günahkar çıxar. Üstəlik ata-anadan da danlaq eşidər: “O balacadır, başa düşmür, sən ki böyüksən!”. 

Özünə alınanları yeyib böyük uşağınkılara göz tikmək
Balaca uşaqların ən çox sevdiyi şey yəqin ki budur. Ata iki dənə şokolad alır, böyük uşaq şokoladı açınca balaca uşaq özününkünü tez yeyib qurtarır. Çünki arxayındır ki, biri də var. Başlayır ağlamağa. Ana da “qardaşın indi bunu yesin, sənə sonra alarıq” deyir.

Balacaların əşyaları qırıb dağıtmağı
Böyüklər həvəslə bir şəkil çəkər, yarım saatdan sonra həmin şəklin üstündə ya tüpürcək, ya da başqa cızma-qara, ən pis halda balkondan atıldığını görərlər. Mobil telefonu suya atar, televizorun pultunu gizlədər, ən sevimli oyuncaqları qırar, amma ona “gözün üstə qaşın var” deyən tapılmaz.


Ardı →

Görüntüsü gözəl olan ən yaxşı 30 film

  • Kino
1. Tarkovski- «Stalker»
Disident rejissorun dünya kinosuna bəxş etdiyi sənət əsəri. Film ustalıqla və incəliklə lentə alınıb. Tarkovski öz ampulasında tamaşaçıları simvollarla çaş-baş salır. Film yüksək səviyyədə yaradılıb. 

Ardı →

“Səni sevirəm” demək üçün nə qədər gözləyirik?

  • Sevgi

Çoxları üçün sevgilisindən “səni sevirəm” sözünü eşitmək bahalı hədiyyələrdən daha vacibdir. Amma qadınlarla kişilərin o sözü ilk dəfə eşitmə müddətləri fərqlidir. Kişi vurulubsa, çox keçmədən hislərini həmin qadına bildirmək istəyir. Qadınlarsa bu mövzuda olduqca təmkinlidirlər. Kişilər təqribi 88 gün “dözə bilirlərsə”, qadınlar 134 gün hislərini gizlətməyə və “səni sevirəm” sözünü deməməyə nail olurlar.


Ardı →