106 manatlıq maaş kartı

Səhərə kimi yatmayıb Den Braunun “ Da Vinçi şifrəsi”ni oxumuşdum. Günortaya az qalmasına baxmayaraq, əsərin təsirindən hələ də qurtarmamışdım.

Maaş kartını bankomata salıb, şifrəmi yazanda qəribə, mistik duyğular məni bürüdü;  elə bil önümdəki elektron lövhəcik indicə  bəşər tarixinin qədim bir sirrini açacaqdı. Amma heç bir qəribəlik baş vermədi, monitorda əvvəlcə adım, sonra balansımdakı məbləğ göründü: 106 manat.

Məbləğ məni  elə də  narahat eləmədi. Beş-altı saat dərsim vardı cəmi. Yaş ötdükcə vaxta  daha çox qənaət etməyi düşünürdüm. Məktəbdə dərs, evdə dərs, “skayb”la dərs və fonda iri hərflə yazılmış devizim: Vaxt bütün qazanclardan daha dəyərlidi.

Pulu çıxarıb geri döndüm. Geyim mağazasının yanından ötəndə vitrində  gözümə bir gödəkcə sataşdı. Adi yun parçadan tikilmiş, olduqca sadə və rahat görünən tünd bənövşəyi rəngli  gödəkcə məni mağazaya girməyə vadar etdi.


Ardı →

Odri Hepbern

Audrey HepburnO, əsl mələk idi...

Arıq, cansız vücudlu bir xanım ilk dəfə ekranlara çıxarkən heç kim, ilk növbədə özü də bilməzdi ki, o, əsrin ən gözəl, cazibədar aktrisası, xanımı kimi tarixə düşəcək...

Bəli, bu gözəllik şahzadəsi, ilahəsi Odri Hepbern idi! Milyonlarla kişi milyonlarını bu xanımın tək bir baxışı üçün qurban verərdi…

Odri Hepbern 1929-cu ilin mayın 4-də Brüsseldə dünyaya gəlir. Anası holland baronessası, atası ingilis bankiri olan Odrinin uşaqlıq dövrü ağır müharibə illərinə təsadüf edir. İkinci dünya müharibəsinin dəhşətli səhnələrini Odri öz gözləri ilə görür, bu dəhşəti özü də yaşayır. Müharibə başlayan zaman anası ona İngiltərədən Hollandiyaya qayıtmasını tapşırır. Odrinin anası düşünür ki, Hollandiya əvvəlki tək olduğu kimi, bu dəfə də öz bitərəfliyini qoruyacaq və neytral zona olub müharibədən sığortalanacaq.

Hollandiyanın Arnem şəhəri ölkənin ən sakit və dinc şəhərlərindən biri idi, ta almanlar şəhərə bombaları yağdıran ana qədər…
Ardı →

Sağlam, güclü dırnaqlar

Dırnaqlarınızın qırılmadan tez və sağlam uzanması üçün bu məsləhətləri etmək kifayətdir.  
Qadınlar dırnaqlarına çox diqqət etməlidilər. Çünki qadının əllərinə baxıb onun hansı yaşda olduğunu müəyyən etmək olar. Baxımlı əllər və gözəl dırnaqlar sizi daha gənc göstərir.

Lakin qadınlar dırnaqlarına qulluq etmədiyi üçün tez qırılır və səliqəsiz görünür. Biz bir neçə məsləhətlə dırnaqların tez və sağlam uzanmasına kömək edən məsləhətlər verəcəyik. 
 
  1. Sağlam dırnaqlara qovuşmağın ən birinci maddəsi qidalanmadır. Ət, süd və balıq məshullarını mütəmadi olaraq yeyin. 
     
  2. Aseton dırnaqlara zərər verən əsas maddədir. Mümkün qədər az aseton istifadə edin.
     
  3. Təmizliklə məşğul olanda mütləq əlcək geyinin. Yuyucu tozlarının tərkibindəki kiməyvi maddələr dırnaqların korlanmasına gətirib çıxarır. 
     
  4. Manikür etdirdiyiniz yerin gigiyenik təlabatlara cavab verdiyinə fikir verin. Dırnaqlara mikrob düşə bilər. 
     
  5. Dırnaqlarınızı dırnaq qayçısı yerinə pilka ilə qısaldın. Dırnaqların sağlam uzanması üçün pilka daha effektlidir. 

Davamı →

"Köhnə Simit pulları ilə cənnəti satın almaq".

Günün son dərsinin sonuna gəlinmişdi. Şagirdlər çıxmaq üçün səbirsizlənirdi.                                                      Dəftər və kitablarını çantalarına qoydular. Zəng çalar çalmaz, çölə çıxmaq üçün hazır idilər. Tək, Əli hazırlanmamışdı. Gecikmək üçün də əlindən gələni edirdi. Nəhayət zəng çaldı. Şagirdlər bir anda qapıya yönəldi. Əli, yerindən qalxmadı. Ağır ağır əşyasını yığdı. Bir tərəfdən göz ucuyla müəlliməinə baxır, bir tərəfdən də yoldaşlarının getməsini gözləyirdi. Müəlliməsi, onun bu halını gördü:

— Xeyir ola Əli, dedi. Evə getməyəcəksənmi? Əli, son yoldaşının da çıxdığını görüncə cavab verdi: — Sizinlə danışmaq istəyirdim müəllimə. — Yaxşı, dedi müəlliməsi. Nə söyləyəcəksən baxaq? — Əhməd yoldaşım var ha… -Bəli, nə olub Əhmədə? — Vəziyyətləri çox yaxşı deyil yəqin. Anası, bəslənmə çantasına yaxşı şeylər qoymur. — Həə, nə olsun? — Ona kömək etmək istəyirəm. Amma mənim yardım etdiyimi bilsə kədərlənər.

Ardı →

Yumurta deyib keçməyin.

Yumurtanı qaynatdığınız suyu atmayın

Yumurta qaynadılan su mineral və kalsiumla zəngindir. Dibçək güllərini bu su ilə sulayaraq solmuş güllərə yeni həyat verə bilərsiniz. Yumurtanı qaynatdığını suyu ilıqlaşandan sonra saça tökmək də çox faydalıdır. Yumurta proteinlə zəngin olduğu üçün qaynayanda tərkibindəki protein suda həll olur, bu su isə saçları daha sağlam edir.

Yumurtanın qabıqlarını da qablardakı kiri təmizləmək məqsədi ilə istifadə edə bilərsiniz. Qablardakı kiri təmizləmək üçün qabın içinə yumurtanın qabıqlarını atıb qaynadın. Qabın divarlarndakı kirin yox olduğunu görəcəksiniz.


Ardı →

“Soba istidir”.

Mirzə Cəlil həmişə deyərdi ki, uşaqları yaxşı yedizdirmək lazımdır, yoxsa xəstələnib ölərlər. Amma buna maddi imkan çatmırdı. Ona görə də, həyəcanlanır, əsəb keçirirdi. Gedib kömək istəməyə də razı deyildi. Düşünürdü ki, onu lazımınca qiymətləndirmirlər. Biz heç odun da ala bilmirdik. Bir dekabr axşamı qar qarışıq güclü xəzri əsirdi. Mirzə Cəlil oğlanlarının otağına girdi və oradan çıxarkən: “Çox soyuqdur, bu soyuqda başlarına bir şey girməz, gərək sobanı qalayaq” – dedi. Öz otağına gedib şkafı açdı, əlyazmalarını çıxartdı. Onları bir-bir gözdən keçirib yerə atırdı.
Mən narahat oldum, soruşdum ki, nə etmək istəyirsən? Dedi sobanı qalamaq istəyirəm. Xahiş etdim ki, əlyazmalarını yandırmasın, gərək ola bilərlər. Ondansa taxta bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə mümkünsə hamısını yandırmışıq. Mən ürək ağrısı ilə onun əli ilə yazdığı səhifələri qalaq-qalaq yığıb sobaya qoymasına və kibrit çəkməsinə baxırdım. Hiss edirdim ki, bu, çox böyük itkidir. Amma mane ola bilmirdim, o, çox əsəbi idi. Nəhayət, sobanın ağzını bağladı, yenidən oğlanlarının otağına getdi və qayıdıb: “Soba istidir” — dedi. O, məmnun idi və arxayın yıxılıb yatdı”.


Həmidə Məmmədquluzadə

 


Davamı →

Pişiklər dünyanı belə görür

Bir çoxlarımız pişiklərin dünyaya necə baxdığını bilmək istəmişik. Sən demə onlar demək olar ki, bizim gördüklərimizi, bəzən isə bizdən də yaxşı görürlər. Onlar  binokulyar görmə qabiliyyətinə malikdirlər və dünyanı 3 ölçülü qəbul edə bilirlər. İnsanların görmə arealı 180 dərəcə olduğu halda, pişiklərdə bu göstərici 200-dür.

Sadəcə bu heyvanlar uzağı görmürlər, onlar yüz metr uzaqda olanlara adətən fikir vermirlər. Pişiklər ən yaxşı göy və yaşıl rəngi seçirlər, qırmızı, narıncı və qəhvəyi rənglə isə onların problemləri var: bu rəngləri  boz, yaxud bənövşəyi kimi qəbul edirlər.

Rəssam Nikolay Lam Heyvanların Görməsi Klinikasının mütəxəssisləri və aparıcı oftalmoloqlarla məsləhətləşəndən sonra, yuxarıdakı bilgilərdən yararlanaraq hazırladığı fotoları dərc edib.

Dünyaya pişiklərin gözü ilə baxmaq istəyənlər buyurun bir yerdə baxaq.


Ardı →