Qlükoza

Bütün canlıların əsas qida mənbəyi olan qlükoza çox vacib molekuldur. Çünki qlükoza sayəsində qolumuzu hərəkət etdirir, yeriyir, çənə əzələlərimizi işlədib yemək yeyirik. 6 karbon, 12 hidrogen və 6 oksigen atomundan təşkil olunmuş qlükoza molekulu hidrogen atomları sayəsində altıbucaqlı formaya malikdir. Tərkibindəki 6 oksigen atomu qlükozaya çox mühüm xüsusiyyət qazandırır. Bu oksigen atomlarına görə

Davamı →

Nutella® ♥ Azərbaycan!

Ənənəvi səhər yeməyi gün ərzində ən vacib qida qəbuludur. Bu yeməyin daha da dadlı olması üçün ona bir inqrediyent daha əlavə olunmalıdır – qozlu – şokoladlı Nutella® pastası. Bu brend məxsusi olaraq Azərbaycan üçün etiketlərinin üzərində ölkəmizin füsunkar guşələrindən çəkilmiş gözəl mənzərələrin əks olunduğu üç pasta bankasından ibarət məhdud kolleksiyanı yaratmışdır. Nutella® füsunkar təbiətimiz, insanlarımız və unikal un məmulatlarından o qədər ilhama gəlmişdir ki, ölkəmizin gözəlliklərinə həsr olunmuş bütöv bir layihə ərsəyə gətirmişdir!
Davamı →

Ürəyi zəiflədən 3 xəstəlik

Diabetə görə gənc yaşda ürək xəstəsi olurlar
Diabet yəni şəkər xəstəliyi əslində bir damar xəstəliyidir. Damar toru baxımından zəngin olan ürək, böyrək və göz kimi orqanlar diabet xəstəliyindən daha çox əziyyət çəkir. Diabet nəticəsində damar çəpərlərinin daralması qan axınını azaldır. Böyük bir iş gücü ilə işləyən ürək əzələsi, damar yolu ilə lazımi qanı alan zaman ziyan görür və gücü azalır. Ürək çatışmazlığı baş verməsinə səbəb olan bu tablo ilə yanaşı diabet eyni zamanda yüksək təzyiqə da səbəb olur. Diabetin damar divarında qalınlaşma ilə birlikdə böyrəkləri də təsir etməsi, yüksək təzyiq baxımından xüsusi bir təsir yaradır. Təzyiq meylinin yanında xolesterin yüksəkliyinin artıq görülməsi və qan şəkər tozunun nizamlanmaması laxtalanma problemlərinə də səbəb olur. Diabet xəstələrində koronar ürək xəstəlikləri və ürək infarktları daha erkən dövrdə və daha tez-tez görünür.

Davamı →

Gözəllik anlayışları ilə əlaqədar şəxs adları

Məlum olduğu kimi, gözəllik anlayışı çox geniş mənaya malikdir və özünü xalqın həyat hadisələrinə, insana münasibətində təzahür etdirir. Gözəllik anlayışı xalqın estetik idealı, ülvilik, qəhrəmanlıq kimi xüsusiyyətlərlə sıx əlaqədardır. Gözəllik haqqında anlayışın məzmunu və qiymətləndirilmə dərəcəsi, əsasən, xalqın estetik idealı ilə əlaqədardır. Etnoqrafiyamızda şəxs adlarının gözəl olması, gözəl səslənməsi həmişə diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, antroponimikamızda semanti-kasında gözəllik, incəlik, saflıq, igidlik, mübarizlik və s. keyfiyyətləri ifadə edən yüzlərlə kişi və qadın adları formalaşmışdır.

Davamı →

Kariyes nədir və ona qarşı necə tədbir görək?

Kariyes – diş toxumalarında qüsurların əmələ gəlməsi ilə təzahür olunan stomatoloji xəstəlikdir. Müalicə olunmadıqda diş toxumalarının dağılmasına gətirib çıxarır. Kariyes çox təhlükəli bir xəstəlikdir. O yalnız dişin dağılmasına və sonda itirilməsinə səbəb olmur. Kariyesli diş daim infeksiya mənbəyi olub son nəticədə ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər. Bundan başqa, kariyesin özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki ltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər. Buna görə də kariesli dişləri (müvəqqəti və ya daimi olmasından asılı olmayaraq) mütləq müalicə etmək lazımdır.


Davamı →

Cizgi filmlərinin uşaqlara təsiri

Müasir uşaqlar daha çox yeni tipli cizgi filmlərinə baxmağa üstünlük verirlər, hansı ki, mütəxəssislər bu tip filmlərin uşaqların psixologiyasında dərin və zərərli iz buraxdığını söyləyirlər. Uşaqlara aqressivlik, zorakılıq təbliğ edən cizgi filmləri çoxalır.
Mütəxəssislər deyir ki, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Amma bu, hər cizgi filminə aid edilə bilməz. Bu gün telekanalları zəbt edən qanlı, döyüşlü-davalı ciizgi filmləri uşaq psixologiyasına olduqca böyük zərər verir. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgilərdəki münasibəti həyatında da görmək istəyəcək.
Çoxları razılaşar ki, 35-40 yaşlı insanlar sülhü, paylaşmağı, sakitliyi, təbiəti və heyvanları sevməyi daha yaxşı bacarırlar. Təbiidir, burada onların körpəlikdə bu cür hissləri aşılayan cizgi filmlərinə baxmasının önəmli rolu var.

Müasir cizgi filmlərinin uşaqlara zərəri


Davamı →

Uşaqların dünyasını onların rəsmlərində kəşf edin

Ev və ağac şəkli
Övladınıza ev, ağac və insan şəkli çəkməyi təklif edin. Onun (Mən evi necə çəkim? Evin neçə pencərəsi olur? Ağacın yarpaqları necə olur? və.s) suallarına isə cavab verməyin. Çalışın uşağınıza başa salasınız ki, rəsmi o özü tək, bir kimsənin köməyi olmadan çəkməlidir. Bu şəkli çəkmək üçün övladınıza tam sərbəstlik verin. O rəsm çəkməklə məşğul olan zaman siz onun verdiyi sual və şərhləri, həmçinin işləmə müddətini və digər vacib momentləri qeyd edin. Balaca şəkli bitirəndən sonra onunla söhbət edin:


Davamı →

Etiket qaydaları

Etiket – lazım olduğu zaman yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir.

Hər kəsin bilməli olduğu aktual etiket qaydalar:


Davamı →

Rənglərin psixologiyamıza təsiri

İnsan bu həyatı dadaraq, qoxlayaraq, toxunaraq görərək və bir çox hisslərlə kəşf edir. 
Bu gün sizə insan üçün əvəzedilməz olan rənglərin insan psixologiyasına təsirindən danışacağıq. 

Rənglər insan psixologiyasına yaxından təsir edən amillərdir.

Tarix boyu şərqdən qərbə hər sahədə rənglərin və insan psixologiyasının əhəmiyyəti vurğulanmış, rəssamlar rənglərin əsərlərindəki təsirlərini nəzərə alarkən, ictimai məkanlarda da bu təsiri nəzərə alaraq dizaynlar hazırlanmışdır.

Əslində gözümüzə gələn görüntü iki növ vizual


Davamı →

Van Qoqun "Yataq otağı"

Van Qoq hər zaman özünəməxsus əsərləriylə olduğu kimi, həyat tərzi, seçimləri, həyata baxışı və çılğın fikirləri ilə də digər rəssamlardan fərqlənirdi. Yaşadığı travmalar, xoşbəxtliklər, itkilət onu bəzən tutqun bəzən də səma kimi açıq əsərlər yaratmağa ruhlandırırdı. 
Bu gün sizə dahi rəssam Van Qoqun «The bedroom» (Yataq otağı) əsərinn kiçik hekayəsini danışacağıq.
Davamı →