Ən çətin öyrənilən 6 dil

Dünya ölkələrinin, xalqların mədəniyyətləri, onların özünəməxsus xüsusiyyətləri və cəhətləri ilə müəyyən qədər tanışsız. Ölkələri bir-birindən ayıran əsas nüanslardan biri də müxtəlif dillərdə danışmalarıdır. Belə ki, hər bir ölkənin özünəməxsus dili var. Bəzi ölkələrdə rəsmi qaydada birdən artıq dil istifadə olunur. 

Çətinliyinə görə birinci yerdə Çin dili durur. Dilin qəliz strukturu, çətin tələffüz forması onu digər dillərdən fərqləndirir. Dünya əhalisinin beşdə biri bu dildə danışır. Çin dili rəsmi olaraq Çin Xalq Respublikasında, Tayvan və Sinqapurda istifadə edilir.
Davamı →

Lev Nikolayeviç Tolstoy

Tolstoylar nəslinin bütün nümayəndələri bədəncə sağlam olublar. Öz ömrünü müharibə və ya ölüm cəzası ilə başa vuranlardan başqa qalanları çox uzun və səmərəli həyat yaşayıblar. Lev Nikolayeviç məlum olduğu kimi xəstəxanada deyil, yolda ölmüşdü. Özü də 82 yaşında, indiki ölçülərlə götürsək kifayət qədər uzun ömürdür.

Qəhvədən də, ətdən də imtina
Tolstoy sağlam həyat tərzinin təbliği ilə bağlı da xeyli işlər görmüşdü. İçmir, çəkmirdi, ömrünün ortalarında qəhvədən, yaşlı vaxtı isə ətdən imtina etmişdi. Gimnastik hərəkətlər kompleksi işləyib hazırlamışdı. Onun tərtib etdiyi gimnastik hərəkətlər dövrü üçün qabaqcıl tapıntı idi, elə müasir dövrdə də kifayət qədər yararlıdır. Başqa sözlə Tolstoy sağlamlıq məsələlərində də nümunə sayıla bilərdi.

Bütün bunlara baxmayaraq əsas sual açıq qalır – Tolstoy belə sağlam həyat tərzinə necə gəlib çıxmışdı? Adətən deyirlər ki, sadaladığımız uğurlar aramsız mənəvi axtarış və düşüncələrin məhsuludur. Prinsipcə bu, doğrudur. Sadəcə bir şeyi dəqiqləşdirmək gərək: Lev Nikolayeviç ali ruhani dəyərlərdən çox sağ qalmaq kimi elementar şeylər haqqında düşünürdü. Çünki yumşaq desək, onun sağlamlığı yerində deyildi.
Davamı →

Bekhemlərin sevgi hekayəsi

  • Sevgi
Hər ikisi iş görüşlərində, tədbirlərdə, axşam yeməklərində tez-tez olurdu. Çox vaxt da məcbur olduqları üçün gedirdilər. Bu da o cür görüşlərdən biriydi. Daha doğrusu, xeyriyyə məqsədilə keçirilən oyun idi. Viktoriya Adams ora “Spice Girls” qrupunun digər üzvünün təkidilə gəlmişdi. Ancaq nə biləydi ki, bu görüş onun bütün həyatını dəyişəcək. İlk dəfə orda tanış olmuşdular. Elə dərhal da Viktoriya Bekhemi təəccübləndirə bilmişdi — ondan avtoqraf istəməməklə. Sonralar Devid Bekhem deyəcəkdi: “O, məni futbol kitablarından, mən isə onu televiziya ekranından seçmişəm. Amma dərhal görünürdü ki, biz bir-birimiz üçün yaranmışıq”.

Onların münasibəti ilk baxışdan sevgi deyildi. Çünki Viktoriya da sevgilisindən təzə ayrılmışdı. Münasibətə söhbətləşməklə başlayırlar. Sonra telefonlaşırlar və bir neçə dəfə yeməyə çıxırlar. Artıq birlikdə vaxt keçirməyi xoşlayırdılar. Devid hiss edirdi ki, heç vaxt maraq dairəsində olmayan pop musiqi ilə maraqlanmağa başlayıb, Viktoriya isə futbol oyunlarına gedir.
Davamı →

Hamiləlik testləri ilə bağlı 10 qeyd

1. Ev şəraitində istifadə olunan bütün hamiləlik testlərinin iş prinsipi eynidir — onlar sidikdə “hamiləlik hormonu” olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur. XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən (yapışdıqdan) sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir. Orqanizmdə olan bütün qan böyrəklərdən keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur.

2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir.
Davamı →

Körpələr bütün gecəni yatmalıdırmı?

Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur.
Davamı →

Hamiləlik dövründə cinsi əlaqə

Hamiləlik müddətində cinsi münasibətlər haqda qulaqdan-qulağa eşidilən bəzi fikirlər cütlüklər arasında qorxulara səbəb olur. Qadın, yaxud kişi 9 ay müddətində cinsi əlaqədə olmağa ehtiyat edir.

 Hamiləlik zamanı cinsi həyat cütlüklərin çox zaman həkimlərdən soruşmağa utandıqları mövzudur. Halbuki soruşsalar, problemə aydınlıq gətirmiş olarlar. Çünki həkimlər cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər. Hamiləlik qayda-qanunlarına düzgün riayət etdikdə cinsi həyatı davam etdirmək olar. Hətta bəlli ölçüdə adi vaxtlardakından daha rəngli bir cinsi həyat yaşamaq mümkündür.
Davamı →

Qadınların kişilərdən gözlədiyi davranışlar

Təxmin edilməyən addımlar
Təbii ki, bu, hər gün onunla başqa bir ölkədə olmalı, ya da eyvanının altında serenada oxumalı olduğunuz anlamına gəlmir. Spontan davranışlarınızı kiçik şeylər üzərində qurun. Məsələn, bir gün yolda gedərkən, “gəl, yeməyə gedək” demək də onu xoşbəxt edəcək. Qadınlar kişilərin növbəti addım olaraq nə edəcəyini bilməyəndə daha çox həyəcanlanırlar.

Bir az təkid edin
Əgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın.
Davamı →

Özümlə birgə 8 saat

Sankt-Peterburqlu psixololoq Yekaterina Muraşova yeniyetmələr arasında bir təcrübə həyata keçirib. Təcrübənin şərtlərinə əsasən 12-18 yaşlar arasındakı gənclər 8 saat ərzində kompüterdən, telefondan, televizordan və planşetdən istifadə edə bilməzdilər. Eyni zamanda onlar 8 saat ərzində heç kimlə ünsiyyətdə olmamalı və təcrüb zamanı gündəliyə qeydlər etməli idilər.

Təcrübəyə 68 yeniyetmə – 31 oğlan və 37 qız cəlb olunur. Psixoloq düşünürdü ki, bu təcrübə tamamilə təhlükəsizdir. Lakin, o, yanılıb. Təcrübənin sonunadək yalnız 2 oğlan və 1 qız tab gətirə bilir. Yeddi yeniyetmə 5 saatdan bir az artıq, qalanları isə daha az dözə bildilər. 20 qız və 7 oğlanda vegetativ simptomlar müşahidə olunurdu: qızdırma, baş gicəllənməsi, tərləmə, ağız quruluğu, qarında və sinədə ağrılar, başın tüklərinin “biz-biz durması” hissi. Demək olar ki, bütün yeniyetmələr narahatlıq və qorxu hissi keçirirdilər. 5 yeniyetmədə “vahimə tutmaları”, 3 nəfərdə isə intihara meyllilik müşahidə olunmuşdur.
Davamı →

Əzələ kütləsini artıran qidalar

1. Yumurta
Böyük miqdarda zülal ehtiyatlarına malikdir. Vitaminlər, sink, dəmir və kalsiy ilə zəngindir. Yumurtadakı bütün bu xüsusiyyətlər onu əzələ kütləsini artırmaq üçün ən mühüm və balanslaşdırılmış ərzağa çevirir.

2. Toyuq filesi
100 qram toyuq ətinın tərkibində 30 qram zülal mövcuddur. Toyuq filesinin digər özəlliyi isə onu müxtəlif xörəklərdə, cürbəcür dadlarda hazırlana bilməsidir.

Davamı →

Xərclərin azaldılması üçün 9 qayda

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir. Maddi rifaha doğru gedən yol.

Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmasız mümkün deyil. Söhbət Sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərdən gedir. Siz sual verəcəksiniz ki, niyə məhz 10?

Davamı →