Həyatın əsl mənası

Bütün təriflər, bütün həmdlər və sənalar şəriki, ortağı, övladı və bənzəri olmayan hər şeydən böyük olan Allaha məxsusdur. Allahın salavatı və salamı onun rəsulu və qulu, peyğəmbərlərin sonuncusu  olan Məhəmmədə (sav) onun ailəsinə olsun və əshabına olsun.

Yaranmasından ölümünə qədər bəşərin yaşadığı müddət — insan ömrü. İnsan bu müvəqqəti həyatını dünyada keçirir; burada Yaradanı tərəfindən ona nemət olaraq  verilənlərdən faydalanır.  Yaxşı və ya pis işlərlə həyatını keçirir. Bütün bunlardan sonra Allahın hüzuruna qayıdar.

Ardı →

Güldürən və düşündürən insan

Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz      gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.

Söhbət türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənalı gülüş bəxş edən və söylədikləri ilə həm də onları düşündürən Molla Nəsrəddindən gedir. Bu insan müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür.
Ardı →

Üzvi Polimerlər

Təbiətdəki canlılardan əldə edilən müxtəlif xammalları əşya istehsalında istifadə edirik. Yaradıcının sonsuz elm və qüdrəti ilə canlıların sintez etdiyi bu maddələrin bəzilərini (pambıq, ipək və yun kimi) insan min illərdir istifadə edir. Kauçuk kimi maddələr isə nisbətən təzə sayıla bilər. Dəri, sümük, ağac və selluloza lifləri ən çox istifadə olunan üzvi xammallar olmuşdur. Allahın qüdrəti sonsuzdur, fəqət təbiətin zənginliyi hədsiz deyil. Ona görə də ekoloji tarazlığı hər gün öz əlimizlə pozur və yer üzünü şüursuz şəkildə ölümə aparırıq. Bu gün tullantı bitki və heyvanlardan təbii yolla əldə edilən xammal, insan sağlamlığı üçün çox uyğun olsa belə, gedərək azaldığı və beləliklə də bahalaşdığı üçün bunların hər kəs tərəfindən istehlakı çətinləşir.

Ardı →

Çörəkotu və onun əhəmiyyəti

  • Flora
Müasir dərman istehsalının olmadığı dövrlərdə xəstəliklərin müalicəsində bitkilərin müxtəlif qisimlərindəki müəssir maddə ayrılmadan istifadə olunurdu. Dövrümüzdə dərman, kosmetika və qida sektorunda bitki qaynaqlı məhsullar saflaşdırılaraq və hər maddənin xüsusiyyətləri öyrənilərək istifadə edilməkdə və xam maddəsi bitki olan məhsullara tələb davamlı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə dünyada 20.000-dən çox bitki növü tibbi məqsədlə istifadə olunur.

Ardı →

Azərbaycan haqqında bunu hamı bilməlidir

Azərbaycan –öz sahəsi və əhalisinə görə Zaqafqaziyanın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Onu şimaldakı qonşusu olan Rusiyadan Böyük Qafqaz sıra dağları ayırır, şimal-qərbdə o, Gürcüstanla həmsərhəddir, Kiçik Qafqaz sıra dağları onu qərbdə Ermənistandan, cənubda isə İrandan ayırır, cənub-qərbdə onu İrandan həmçinin, Talış dağları ayırır. Dəniz sərhədi Azərbaycanı Qazaxıstan və Türkmənistandan ayırır.


Ölkənin ən sıx əhalisi olan rayonları Abşeron yarımadası, Lənkəran ovalığı və Şirvan düzənliyidir. Burada əsasən pambıqçılıq rayonları yerləşən yarımsəhra Kür-Araz ovalığından fərqli olaraq bir çox növ meyvələr yetişir.


Ardı →

Allah haramdan qaçanı qoruyar

Məşhur hökmdar Teymurdan sonra yerinə keçən oğullarından Şahruh atasının tərsinə elmə və biliyə dəyər verən, dindar, həlim, səlim biriydi. Alimlərlə oturub qalxmaqdan zövq alardı. Şahruhun ətrafındakı bilikli kəslərdən biri də Nemətullah Əfəndi idi. Eyni zamanda övliyadan olan Nemətullah Əfəndinin dilindən salmadığı bir söz vardı:
«Allah haramdan qaçanı qoruyar» (Yəni adam haramdan qaçsa Allah ona haram yedirməz, nəsib etməz, demək istəyirdi.)


Ardı →

Qadını daşımaq

İki keşiş yolda gedərkən, bir su yığınından qarşıya keçmək üçün gözləyən gənc bir qadını görərlər. Keşişlərdən biri, gənc qadını qucaqladı və suyun o biri qarşısına keçirdi. O biri keşiş yoldaşının bu davranışını başqa bir şəkildə şərh etdi və bu səbəbə görə də heç də xoş qarşılamadı. Təxminən bir kilometr sonra isə, özünü daha çox tuta bilmədi, yoldaşına bu davranışının səhv olduğunu izah etmək istədi:
«Belə bir şeyi necə edə bildin?» dedi.


Ardı →

Yerin forma və ölçüləri

Yerin kürə formasında olmasını ilk dəfə Pifaqor söyləyib. Erotosfen isə Yerin kürə olmasını sübut etmişdir. Yerin kürə formasında olmasını – gəmilərin sahildən uzaqlaşarkən üfüq arxasında tədricən yox olması, Ay tutulması zamanı Yerin Ay üzərində dairəvi kölgəsi və Yer səthindən yuxarı qalxdıqca üfüq dairəsinin genilənməsi sübut edir. N.Gəncəvi öz «Isgəndərnamə» əsərində Yerin əmələ gəlməsi, onun forması, hərəkəti və s. xüsusiyyətlərinə aid fikirlər söyləyib.
Yerin ölçülərini ilk dəfə Eratosfen hesablayıb. O, yerin radiusunu, diametrini, 10-lik meridian qövsünün uzunluğunu və s. hesablayıb.


Ardı →

Bitki yağları

Bitki yağlarının insan orqanizmi üçün faydalı olduğu məlumdur.Təsadüfü deyil ki, həkimlər gündəlik rasionda,yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər.Zeytun,günəbaxan,qarğıdalı,soya,araxis-bunların hamısını sadalamaqla bitməz.Bəs hansılardan istifadə edək və hansılardan uzaq duraq?


Ardı →

Bunları bilmək maraqlıdır

1. Hər gün hava yollarindan ortalama 10 milyon adam istifadə edir.
2. Pirat Disklər orjinal disklərin gəlirlərini 52% azaldir
3. Hər gün hava yollarindan ortalama 10 milyon adam istifadə edir.
4. Son 3 ildə Azərbaycanda ən çox satilan maşin Mercedes-dir
5. İndiyənə qədər 1 aprel zarafatlarindan 1000-ə qədər adam dünyasini dəyişib.

6. Yaponiyada küçələrin adları olmur
7. Kosmosda astronavtlar qışqıra bilmir, çünki orda cazibə qüvvəsi yoxdu, həmçinin onların gözlərindən yaş da gəlmir
Ardı →