Xalqa necə kitab oxutduraq?

Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər (R.Bredberi)

Ata tərəfdən uzaq qohumlarımız var, kəndə yaşayırlar. Ata təsərrüfatla məşguldu, ana isə evdar qadındır. Üç uşaqları var. Adətən, yay aylarında onlara qonaq gedərdik. Bəzən bir həfət onlarda qalırdıq. Bu həftə boyu bir şeyə diqqət etmişdim ki, uşaqlar boş vaxtlarında kitab oxuyurlar. Düzü, təəccüblənirdim. Kənd yerində yaşayan uşaqların mütaliəyə belə güclü həvəsinin olmağı mənə qəribə gəlirdi. Düşünürdüm, indi məktəbdə belə uşaqlara kitabə zorla oxudurlar, qaldı evdə onların könüllü müataliə etməsi…

Davamı →

SSRİ 1960-cı İLLƏRİN İKİNCİ YARISI -1980-ci İLLƏRİN ORTALARINDA

İctimai-siyasi həyat
N.S.Xruşşovun istefası ilə onun başladığı ictimai-siyasi həyatın liberallaşması prosesinin dəyişiklikləri dayandı. N.S.Xruşşovun istefasının təşəbbüskarı və təşkilatçılardan biri olan L.İ.Brejnev Sov.İKP MK-nın birinci katibi (1966-cı ildən Baş katibi) seçildi. Brejnev Leonid İliç (1906-1982) Yekaterinoslav quberniyasının Kamensk qəsəbəsində fəhlə ailəsində doğulmuşdur. 1935-ci ildə Metallurgiya İnstitutunu bitirmiş, 1939-cu ildən partiya işinə keçmişdir. Böyük Vətən müharibəsində siyasi işçi kimi iştirak edərək general-mayor rütbəsində 4-cü Ukrayna cəbhəsinin siyasi idarəsinin rəisi olmuşdur.
Davamı →

Yeraltı (underground) ədəbiyyat nədir?

“Yeraltı mədəniyyət” müasir incəsənətdə (musiqi, ədəbiyyat, kino, təsviri incəsənət və s.) kütləvi mədəniyyətə, əsas və rəsmi sənətə zidd olan yaradıcı meyllər toplusudur. “Yeraltı mədəniyyət”ə qeyri-rəsmi, müstəqil və ya senzuralı növlər və sənət əsərləri daxildir. “Yeraltı” ilə əsas cərəyan arasındakı sərhəd həmişə bulanıqdır, çünki bir “yeraltı” olaraq başlayan bir çox sənət növü və əsərləri zaman keçdikcə populyarlaşdı və geniş yayıldı. “Yeraltı”, hakim ideologiyanı pozmaq, üslub və dil məhdudiyyətlərini bilməmək, ümumiyyətlə, qəbul edilmiş dəyərləri, normaları, sosial və bədii ənənələri rədd etmək, tez-tez ictimaiyyəti şoka salmaq, üsyanla xarakterizə olunur.

Davamı →

Sofi Loren haqqında

Heykəltaraşlıq arzusundan aktrisalığa…
Cina Lollobridcida 4 iyul 1927-ci ildə İtaliyanın Subyako şəhərində yerləşən Latsio rayonunda doğulub. Onun atası dülgər, anası isə evdar qadın olub. Ailədə Cinanın özündən başqa daha üç bacısı da vardı. Culiana, Fernando və Mariya. Cinanın uşaqlığı çox çətin illərə təsadüf edib. Həddindən artıq kasıblıq çəkən ailə başçısı daha yaxşı iş tapıb ailəsini dolandıra bilməkdən ötrü Romanın yaxınlığındakı şəhərə köçməli olur. Həmin ərəfədə Cinanın bacılarından biri çəkiliş meydançalarına gedərək orda kiçik rəsmlər və karikaturalar çəkib sonra küçələrdə satmağa başlayır.

Davamı →

Gözəlliyin gətirdiyi risklər

İstənilən xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif formalı və ölçülü zinət əşyaları var. Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin əhvala təsiri necədir? Həkimlər deyirlər ki, gözəlliyin cazibəsinə aldanıb, sağlamlığınızı təhlükəyə ata bilərsiniz.

Bəzək əşyaları, aksesuarlar bineyi-qədimdən həm dünya, həm də bizim xanımların marağındadır. Geyimlərini tamamlamaq, bəzəklərinə bəzək qatmaq, özlərini daha gözəl görmək və göstərmək üçün bu cür məmulatlar əvəzolunmazdır.

Davamı →

Slavyanofillər və qərbçilər. Rus utopik sosializmi

XIX əsrin birinci yarısında Rusiyada mövcud ictimai quruluşun ideoloji nöqteyi-nəzərdən dərk edilməsi prosesi formalaşmışdır. Qraf Sergey Uvarov və onun «Rəsmi xalqçılıq nəzəriyyəsi» («Теория официальной народности») rəsmi mütləqiyyət nöqteyi-nəzərini ifadə edirdi. Bununla birlikdə fərqli ideoloji istiqamətlər də meydana çıxmışdır. XIX əsrin I yarısında daha çox özlərini «slavyanpərəstlər» («славянофилы») və «qərbçilər («западники») adlandıran iki cərəyan fərqlənmişdir.


Davamı →

Dünyagörüşü üçün intellektual Xəmsə sualları və cavabları

Qaraca qız
1. Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi məhz bu silsiləyə daxildir. “Qorxulu nağıllar”
2. O, “Forbs” jurnalına görə 2004 və 2005-ci illərdə dünyada ən nüfuzlu qadın seçilmiş, həmçinin “Time” jurnalının müəyyənləşdirdiyi 100 nüfuzlu şəxs siyahısına daxil olan 2 afroamerikalıdan biri olmuşdur. Kondoliza Rays
3. Onun “Cangüdən” albomu ən çox satılan 2-ci albomdur. “Keşişin arvadı” filmindəki rola görə 10 mln ABŞ dolları almaqla o həm də ən böyük qanarar alan aktrisalardan biri oldu. Uitni Hyuston
4. Nyu-York ştatının “Fırlanan daş” kazinosunda debüt edən bu idmançının ləqəbi “Sancan arı”dır. Leyla Əli
5. Hər il Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının təqdim edilmə mərasiminin keçirildiyi “Kodak” kinoteatrında 2333-cü ulduz məhz bu aktrisanın adını daşıyır. Holli Berri

Davamı →

Rus-yapon müharibəsi

II Nikolayın 1899-cu ilin əvvəlində İngiltərənin kraliçası Viktoriyaya yazdığı məktubdan məlum olur ki, Rusiyanın xarici siyasətində Uzaq Şərq regionu və uzunmüddətli sülhün bərqərar olması məsələləri birinci sıraya yerləşmişdi. 1898-ci ilin avqustun 12-də Peterburqdakı xarici dövlətlərin nümayəndələrinə xarici işlər naziri adından Rusiyanın təkliflərindən ibarət yazılı müraciət təqdim edilmişdi. Müraciətdə beynəlxalq miqyasda silahlanma yarışının ayrı-ayrı ölkələrin maliyyə sabitliyi üçün nöqsan olduğu, dünyadakı sabitliyi pozduğu qeyd olunur və məsələni müzakirə etmək məqsədilə beynəlxalq konfrans çağrılması təklif edilirdi.

Davamı →

Həyat Da Əslində Bu Deyilmi? | Sevgi hekayəsi

Həyat yoldaşımın sakit təbiətIi birisi olması onda ən sevdiyim cəhət idi. Evliliyimizin ilk illəri bir çoxlarının qibtə edəcəyi qədər gözəl və xoş bir şəkildə keçmişdi.

Ancaq iki illik nişan və beş illik evlilikdən sonra bu sakitlik məni yormağa başladı. Bir vaxtlar çox sevdiyim həyat yoldaşımın bu xüsusiyyəti indi mənim ürəyimcə deyildi.

Münasibətə gəlincə, mən çox yeniliksevər və xəyalpərəst, hətta son dərəcə həssas bir qadındım. Şirniyyat istəyən balaca uşaq kimi romantik anlara can atırdım.Monoton bir münasibət məni bir yerdən sonra yorurdu. Yoldaşımın sakitliyi, başqa sözlə desək, sonrakı illərdə romantik olmaması səbəbindən aramızdakı münasibət soyuq idi.


Davamı →

Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz

«Vaxt» mənşəcə ərəb sözüdür, zaman bildirir. İşlənmə məqamından asılı olaraq zamanın müxtəlif çalarlarını da əks etdirir. Məsələn, «Bir vaxt cavan idim», «Vaxtdır, gəlini gətirək», «Vaxt gələr məni xatırlayarsan», «Vaxtsız gələn qonaq kisəsindən yeyər» və s. Vaxt həm də qızıldan qiymətlidir — deyirlər, amma nədənsə bir manatının qədrini yetərincə bilən insan da çox hallarda bu «qızıl»ın, yəni, vaxtın dəyərini o qədər anlamır. Ya bəlkə də vaxt gözə görünmədiyindən hansı qiymətdə, hansı bahalıqda, hansı mərtəbədə olduğu xəyalımıza gəlmir? Deyirlər ki, dünyada ən dəqiq millət almanlardır. Dəfələrlə səyahətlər zamanı biz bunun şahidi olmuşuq. Bəlkə də elə ona görə almanlar dünyanın ən mədəni xalqı sayılırlar. Əslində, dəqiqlik mədəniyyəti çox vacibdir. Bu xəzinəni, analoqu olmayan bu varidatı Tanrı bizə bəxş edir. Onu qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək məhz özümüzdən və bir də ətrafımızdan asılıdır.

Davamı →