Qədim Misir

Misirin coğrafi mövqeyi. Nil daşqını. Qədim Misir Afrikanın şimali-şərqində Nil çayının vadisində və deltasında yerləşirdi.Dünyanın ən uzun və ən çox lil gətirən çayı Misir ərazisində axırdı. Onu «Böyük çay» da adlandırırdılar. Qədim Şərqdə Misir qızılı çox olan ölkə hesab edilirdi. Qızıl Nubiyada, mis Sina yarımadasında hasil edilirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvü maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini «Qara torpaq» adlandırırdılar. Qədim Misirlilər ili üç dövrə bölürdülər: 1. İlin başlanğıc dövrü (iyul). 2. Torpağın oyanışı, əkin-biçin dövrü. 3. Quraqlıq (susuzluq) dövrü.
 
Misirdə əkinçilik. Böyük səhrada yaşayan insanlar Nil vadisində e.ə. VIII minillikdə tədricən məskunlaşıb buranı mənimsəməyə başladılar. Onların mənsub olduğu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq və əkinçiliklə məşğul olur, torpaq sahələrini kolluqlardan təmizləyir, bəndlər düzəldir, kanallar çəkirdi. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə edirdilər. Şaduf e.ə. II minillikdə ixtira olunmuşdu. İnsanlar güclü daşqınlardan qorunmaq üçün Nil çayı boyunca damba adlanan bəndlər tikirdilər.
 
Qədim Misirdə dövlətin yaranması. Misirdə əkinçilik Neolit dövründən başlayaraq inkişaf etdirilirdi. Əkinçilikdə və digər işlərdə birgə əməyə ehtiyac artdı. Birgə əmək fəaliyyəti zamanı «Nom» adlanan təşkilatlar yarandı. Nom (yunanca vilayət deməkdir) şəhər və onun ətrafındakı yaşayış məntəqələrindən ibarət idi.Nomun mərkəzi müdafiə divarları ilə əhatə olunurdu. Misir ərazisində 40 nom yaranmışdı. Bu nomlar arasında hakimiyyət uğrunda mübarizə gedirdi.
E.ə. IV minilliyin ikinci yarısındaYuxarı Misir və Aşağı Misir padşahlığı yarandı. Hökmdarların hakimiyyət rəmzi Yuxarı Misirdə ağ tac,Aşağı Misirdə isə qırmızı tac idi. Hər iki dövlət arasında uzun müddət müharibə getdi. Bu müharibə e.ə. IV minilliyin sonunda iqtisadi cəhətdən güclü olan Yuxarı Misirin qələbəsi ilə başa çatdı. Yuxarı və Aşağı Misir vahid dövlətdə birləşdirildi, onun ilk hökmdarı Nahmer oldu və Misirin paytaxt ıMemfis şəhərinin əsası qoyuldu. Misir dövlətinin padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqları, suları fironun ixtiyarında idi. Firon öləndən sonra onun oğlu, qohumları firon olurdu. Onlar işğalçılıq müharibələri aparırdılar. Firona allah kimi baxırdılar. Fironun ən yaxın köməkçisi çati adlanan ali məmur hesab olunurdu.Çati adətən fironun övladlarından təyin olunurdu. Ölkənin təsərrüfat həyatı, məhkəmə orqanlarının idarə olunması, fironun dəftərxanası, dövlət xəzinəsi çatinin səlahiyyətinə daxil idi. Hərbi idarəyə hərbi rəis başçılıq edirdi,
Qədim Misirdə piyada ordu kəndlilərdən ibarət idi. Qədim Misirdə din hakim idi. Dinə görə, firon yer üzünün allahı elan edilirdi. Fironu «Günəş oğlu» adlandırırdılar.
Misirdə sənətkarlıq və ticarət. Qədim Misirlilər sənət və mübadilə ilə məşğul olurdular. Misirlilər bacarıqlı dulusçu, daşyonan, toxucu, zərgər idilər. Misir sənətkarları adlı-sanlı misirlilər üçün bər-bəzəkli paltar, ayaqqabı, qab-qacaq, mebel, bəzək əşyaları hazırlayırdılar. E.ə. II minillikdə Misir dövlətinin yeni paytaxtı Fiv şəhəri oldu.
Misirlilər Ön Asiya ilə ticarət edirdilər. Misir karvanları Süveyş aşırımı və Sina yarımadasının şimalından keçərək Fələstin və Suriyaya gedirdi. Misirə Babil vasitəsilə sidr ağacı, Mesopotamiyadan qiymətli əşyalar gətirilirdi. Misirin cənubunda Nubiya ilə ticarət genişlənirdi.
Misirdə sosial qruplar. Tayfa başçıları, iri əyanlar öz qəbilə üzvlərinin əməyini istismar etməyə başladılar. Qədim Misirdə əhalinin bir hissəsini kəndlilər təşkil edirdi. Kəndlinin bir parça torpağı, əmək aləti, mal-qarası var idi. Onlar istehsal etdikləri məhsulun bir hissəsini vergi şəklində əyanlara verirdilər.
Qədim Misir cəmiyyətində istismar olunanlar içərisində çoxluğu qullar təşkil edirdi. Qulun heç bir hüququ və əmlakı yox idi, sahibinə məxsus idi. Ağası onu sata, bağışlaya və öldürə bilərdi! İnsanlar iki yolla qula çevrilirdilər: ya varlı əyanlardan aldığı borcu qaytara bilmədiyinə, ya da müharibələr zamanı əsir düşdüklərinə görə. Əvvəllər əsirləri öz yeməklərini qazana bilmədiklərinə görə öldürürdülər. Əmək alətləri təkmilləşdirildikdən sonra əsirləri öldürməyib qula çevirdilər. Qulu«canlı ölü» adlandırırdılar. Çoxlu qulları, geniş torpaq sahələri, əmlakı olan varlı əyanlar quldar adlanırdı. Beləliklə, Misirdə qullar və quldarlar sinfi yarandı. Qəbilə və tayfa başçıları quldar oldular. Misirdə icmanın üzvü olan xırda əkinçilər, maldarlar «kiçiklər» adlanırdı.
Fironların hərbi yürüşləri. ITutmos hakimiyyətə gəldiyi gündən işğalçılıq müharibəsini genişləndirdi. O, Aralıq dənizinin şərqindəki ölkələrə uğurlu hərbi səfər edərək, Fərat çayına qədər ərazini tutdu. I Tutmos, özündən əvvəlki fironlardan fərqli olaraq, piramidalar əvəzinə qayalıqlar arasında yer altında sərdabələr tikdirdi və orada dəfn olundu. Onun oğlu II Tutmosun hakimiyyəti uzun çəkmədi.
E.ə.l504-cü ildə III Tutmos (e.ə. 1504-1450) Misirin hökmdarı oldu və Ön Asiyada Misirə tabeçiliyi bərpa etmək üçün Suriya və Fələstinə hücum etdi, Suriya və Mitani hərbi birləşməsinə qalib gəlib çoxlu qənimət ələ keçirdi. Ön Asiya ölkələrini firona tabe olan canişinlər idarə edirdi. Onun hər il Aralıq dənizi sahillərinə etdiyi hərbi səfərlər Misirin sərhədlərini genişləndirdi. Nubıyada da Misir hakimiyyəti qurulmuşdu. Onun sərhədd cənubda dördüncü Nil keçidindən başlayaraq Şimalda Şimali Suriyaya Çatırdı. III Tutmos dövründə əyanların mövqeyi möhkəmləndi. Misir fironları Mesopotamiya hökmdarlarına qızıldan hədiyyə göndərirdilər. III Tutmos 54 il hakimiyyətdə oldu, 70 yaşında öldü, hökmdarlar vadisində gizli sərdabədə dəfn edildi.
II Ramzes (e.ə.1301-1235) dövründə işğalçılıq müharibələri genişləndi. Həmin dövrdə Fələstin, Suriya və Finikiyada Misirin mövqeyi zəifləmişdi. II Ramzes Suriyaya iki hərbi səfər etdi. E.ə.1296-cı ildə birinci hərbi səfərdə Hetlər onu məğlub etdilər. Ikinci yürüş zamanı Fələstin, Finikiya, Suriya tutuldu və Misirin hakimiyyəti altına düşdü. E.ə. 1280-cı ildə II Ramzes və Hett çarı III Hatuşili arasında dünyada ilk dəfə diplomatik yazdı sənəd imzalandı. Şimali Suriya hetlərin hakimiyyəti altında qaldı.
II Ramzes ölkədə quruculuq işlərinə başladı. Misirdə və Nubiyada böyük sərdabələr, məbədlər, imarətlər tikdirdi. Nubiyada oyulmuş sıldırım qayanın oyuğunda tikilmiş məbədin qarşısında II Ramzesin 24 metr hündürlüyündə heykəli qoyuldu.
E.ə. I minillikdə Qədim Misir dövləti zəiflədi. Onun başlıca səbəbi kəndlilərin var-yoxdan çıxması, qulların və yoxsulların üsyanı, əsarət altında olan xalqların çıxışları idi. Misirin hakimiyyəti altında olan xalqlar Misirin zəifləməsindən istifadə edib onun tabeliyindən çıxdılar. Qədim Misir sərhədlərini xarici düşmənlərdən qoruya bilmədi. Fürsəti əldən verməyən İran şahı Kambiz e.ə. 525-ci ildə Misiri işğal etdi.

Diplomatiyada birincilik

Ümumən qəbul edilib ki, diplomatik nümayəndəlik başçılarının birinciliyi onların ranqı – dərəcəsindən asılıdır: səfir, ali komissar yaxud apostol nunsisi; föv­qəl­adə elçi və səlahiyyətli nazir, yaxud Vatikan elçisi (nadir hallarda təsadüf edilən ranq); işlər üzrə müvəkkil en titre yaxud en pied (titulu, rütbəli).
Hər növ ranq çərçivəsində isə birincilik müvafiq diplomatik nümayəndəlik başçısının vəzifəsinə keçməsi zamanı ilə müəyyən edilir. Dövlət başçısına etimadnamələrin verilməsi tarixi, yaxud xarici işlər nazirinə gəlişi barədə bildirişin və ya xarici işlər nazirinə etimadnamənin nüsxəsinin verilməsi tarixi nəzərə alınır. Hər şey bu və ya digər dövlətin rəhbər tutduğu təcrübədən asılıdır. Əksər ölkələrdə dövlət başçısına etimadnamənin verilməsi tarixi nəzərə alınır, bəzi dövlətlər etimadnamənin nüsxəsinin verilməsi anını qəbul edirlər.
Əgər eyni zamanda bir neçə diplomatik nümayəndəlik başçısı etimadnamələrini təqdim edirsə, birincilik onların təmsil etdiyi dövlətin adının birinci hərfinin fransız yaxud ingilis əlifbasında yerindən, yaxud onların öz vəzifələrini icra etməsi anından keçdiyi müddətdən asılı olaraq müəyyən edilir.
Ardı →

Atmosferin ümumi sirkulyasiyası

Planetar küləklər. Troposferin eyni xassələrə malik böyük həcmli havasına – hava kütləsi deyilir. Hava kütləsi müxtəlif səth örtükləri üzərindən keçərkən onların fiziki xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, okean üzərində hərəkət edən hava kütləsi rütubətli; səhra üzərində hərəkət edən hava quru, isti və tozlu; qar və buz örtüyü üzərində formalaşan hava soyuq, quru və şəffaf olur. Hava kütlələri daxil olduqları ərazinin havasının uzun müddət dəyişməsinə səbəb olur. Temperaturuna görə hava kütlələri isti və soyuq olur. Yer kürəsində 4 hava kütləsi var:


Ardı →

Sakura 4 aprel turniri-cavablar

1.Pablo Pikasso- 290, Mark Şaqal — 220, Salvador Dali — 128, Albrext Dürer — 116. Burdakı ədadlər nə qədər çox olsa,rəssamın başı bir o qədər uca olar))) Bu ədədlər nəyi ifadə edir?
Cavab: oğurlanan rəsmlərin sayı


2.optimist təyyarə haqqında fikiləşir,bəs pessimist?
Cavab: paraşüt haqda


3.Napoleon deyirdi ki,… bir fahişədir və onunla istədiyi kimi rəftar edəcək. Hitler deyirdi ki,ona sahib olmaqdan ötrü əvvəlcə onu zorlamalıdır. Amma hər ikisinin arzusu ürəyində qaldı:-))) qədim yunan əfsanəsinə görə Zevs onu Finikiya çarının sarayından oğurlayıb Krit adasına qaçırtmışdı. Nöqtələrin yerinə hansı coğrafi obyekt yazılmalıdır?
Cavab: Avropa


4.  1  və 2 məhz bizə məxsusdur.3 və 4 havanın soyuq olduğu üçün istəyir ki,qapını örtülsün. 5 və 6 geoloji tədqiqat üçün daşın altına baxmaq lazımdır.7 və 8 hansı qıza aiddir?
Cavab: bir,iki,bizimki
Üç,dörd-qapını ört,
Beş,altı-daşaltı
Yeddi,səkkiz-Firəngiz
Doqquz,on-qırmızı don


5. diplomat,filosof,kimyaçı,həkim,fizik,mexanik,linqvist və əlbəttə ki riyaziyyatçı. Norbert Viner deyirdi ki, kibernetika elminin atası o sayıla bilər.Öz vətənində şərəfinə heykəl ucaldılmış ilk mülki şəxs odur. 1646-cı ildə anadan olmuş bu şəxs kimdir?
Cavab: Vilhelm Leybnits


Ardı →

Göz müayinəsi

Gözün müayinəsinə göz qapaqlarının, göz qapaqları və göz alması konyuktivalarının yoxlanılması ilə başlanır. Aşağı göz qapağı konyuktivasının müayinəsi zamanı aşağı göz qapağını şəhadət barmağı və ya baş barmaq vasitəsilə aşağıya elə çəkirlər ki, keçid büküşü aydın görünür. Yuxarı göz qapağı konyuktivasının müayinəsində xəstəyə aşağı baxmağı təklif edirlər. Sonra göz qapağının kirpikli kənarını sağ əlin baş və şəhadət barmaqları ilə tutub göz almasından aşağı və qabağa çəkirlər, Tibb bacısı sol əlinin baş barmağı ilə göz qapağının ortasını qığırdağın yuxarı kənarında təsbit edir. Bu zaman yuxarı göz qapağını diyircək üzərində çevrilmə kimi barmaq ətrafında çevirirlər.


Ardı →

Salvador Dali və La persistencia de la memoria

Elə sənət əsərləri var ki, məsələn, «Mona Liza» kimi sözün həqiqi mənasında baxılmağa və haqqında məlumat öyrənməyə dəyər. Bu səbəbdən ən çox xoşuma gələn bir əsərlə Salvador Dalinin “Yaddaşın əzmi” (və ya “Yaddaşın sabitliyi”) əsəri ilə başlamaq istədim.
La persistencia de la memoria – Bu əsər eyni zamanda “Əriyən saatlar” kimi də məhşurdu.
1931-ci ilə aid olan bu rəsm əsəri 1932-ci ildə 250 ABŞ dolları müqabilində satılıb. 
Ardı →

düzgün yazı və tələffüz qaydaları

Bu məqalədə sizin diqqətinizi rus dilini öyrənməyinizlə əlaqədar olaraq, bəzi mühüm məsələlərə cəlb etmək istəyirəm.
Birincisi, ьъ hərflərini düzgün işlətmir və həmin hərflərin olduğu sözləri düzgün tələffüz etmirlər. Məsələn: шью yerinə шју (bəzən dəшију), съел əvəzinə sel və ya, siyеl, syеl işlədirlər və s. Ikincisi, sözlərin hansında ь və hansında ъ yazmaqda çətinlik çəkirlər. Misal üçün, подъезд sözünü подезд, подијезд kimi yazırlar.
Ardı →

maraqlı faktlar 2

1.  Bədənimizdəki ən güclü əzələ dilimizdədir ·
2.  Sağ əllə işləyən insanlar solaxay insanlardan orta hesabla 9 il çox yaşayır ·
3.  Mirvarilər sirkədə əriyir ·
4.  Fillər tullana bilməyən yeganə heyvandır.
5.  Planetlərdən yalnız Venera saat əqrəbi istiqamətində fırlanır.
6.  İlbizlər üç il yata bilirlər.
7.  Gözlərimiz anadan olandan ölənə kimi eyni ölçüdə olurlar, amma qulaqlarımız və burnumuz daima inkişaf edir
Ardı →

Critical Reasoning 1

  • GMAT

Verbal hissə: Dərs 1


Critical Reasoning: An İntroduction




Critical Reasoning(CR) bölməsi Azərbaycan tələbələrinin ən az tanış olduğu bölmə hesab oluna bilər.Digər bölmələrə biz ən azı  məktəb vaxtı və qəbul imtahanlarında rast gəlmişik! Sizin CR suallarında rast gəldiyiniz istənilən arqument 2 hissədən (assumption(evidence  və conclusion) hissələrindən ibarətdir. CR bölməsinin ğhdəsindən gəlmək üçün 7 əsas prinsip:


Ardı →