Lev Davıdoviç Landau

«Bütün fiziki nəzəriyyələrin ali məhkəməsi təcrübədir»
L.D.Landau
L.D.Landau görkəmli Sovet nəzəriyyəçi-fizikidir. Lev Davıdoviç 1908-ci ildə Bakıda anadan olub. Onun atası mühəndis, anası həkim idi. 13 ya­şında olarkən orta məktəbi qurtaran Landau ali məktəbə daxil olmamışdan ali riyaziyyatı bilirmiş. Yaşı az oldu­ğundan Landau Universitetə qəbul olmaq üçün işini verə bilmir və ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda bu istedadlı gənc Azərbaycan Dövlət Universitetinə daxil olaraq eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya.

1924-cü ildən etibarən Landau öz təhsilini Leninqrad Dövlət Universitetində davam etdirib 19 yaşında fizika fakültəsini bitirmişdir. 1927-ci ildə o, Leninqrad Fizika-Texnika institutunda aspiranturaya daxil olmuş və 1929-cu ildə bir çox xarici ölkələrdə /Almaniya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika, Danimarka/ ezamiyyətdə olmuşdur. Həmin dövrlərdə Landau bu ölkələrin adlı-sanlı alimləri ilə bilavasitə tanış olmuş və onların tədqiqat işlərinə böyük maraq və meyl göstərmişdir.
Landau 1931-ci ildə vətənə qayıdaraq geniş tədqiqat işləri­nə başlayır və dövrün problem məsələləri üzərində işləyir. 1932-ci ildən 1937-ci ilə kimi Landau Xarkov Fizika-Texnika İnstitutunun nəzəri fizika şöbəsinə rəhbərlik edir. Burada, o, bərk cisimlərin nəzəriyyəsinə aid bir sıra fundamental işlər yerinə yetirir. 1937-ci ildə Lev Davıdoviç P.L.Kapitsa tərəfin­dən təşkil olunmuş fizika problemlər institutuna keçir. O, burada aşağı temperaturlar fizikası sahəsində mühüm təd­qiqatlar aparır və dünyada şöhrət qazanmış kəşflər edir.
İfrat keçiriciliyin təbiətini aydınlaşdırmaqda müvəffəqiyyət qazanan ilk alim Landau olmuşdur. O, həmin institutda uzun müddət işləmiş və məşhur əsərlərini burada yazmışdır. Landau bütün dünyada məşhur olan «Nəzəri fizika» kitabının və başqa dəyərli kitabların müəllifidir. Onun əsərləri xaricdə: ABŞ-da, Yaponiyada, Çində, İngiltərədə, Polşada və başqa ölkələrdə çap olunmuşdur. Onun ən çox maraqlandığı sahə kvant mexanikası olub.
Landau iki «qəribə» hadisəni — ifrat keçiriciliyi və ifrat axıcılığı-duru helium 2-nin dar kapillyardan sürtünmədən axmasını tutuşduraraq belə fikir irəli sürür ki, həmin hadisələrin bir-biri ilə qohumluğu var. İfrat keçiricilik maraqlı xüsusiyyətə malik mayenin-elektron mayesinin ifrat axıcılığıdır. Beləliklə, Landau 1941-ci ildə ifrat axıcılığın ilk nəzə­riyyəsini yaratmışdır. İfrat keçiricilik haqqında sonrakı nəzəriyyələrin yaranmasında onun ideyalarından istifadə olun­muşdur.Landaunun bu kəşfi fizikada bir sıra yeni istiqamətlərdə tədqiqat işlərinin aparılmasına səbəb olmuşdur. O, elmin bir çox müxtəlif sahələrində /bərk cisimlər fizikası, faza keçidləri nəzəriyyəsi, kosmik şüalar fizikası, nüvə nəzəriyyəsi, heliumun ifrat axıcılıq nəzəriyyəsi, hidrodinamika, sahənin kvant nəzə­riyyəsi və elementar zərrəciklər, Fermi mayesi nəzəriyyəsi və s./ dəyərli kəşflər etmişdir. Landaunun əməyi yüksək qiymətləndirilərək SSRİ EA-nın həqiqi üzvü /1946/ seçilmiş, 3 dəfə Dövlət mükafatına /1946, 1949, 1953/, Sosialist Əməyi Qəhrəmanı /1954/ adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuş, 1962-ci ildə isə Lenin mükafatı laureatı adı almışdır.
Beynəlxalq miqyasda Landaunun elmi xidmətləri yüksək qiymətləndirilmişdir. O, İngiltərədə Kral Cəmiyyətinin, Danimarka və Niderland EA-nın, ABŞ Milli Elmlər Akademiyasının, Amerika Elm və İncəsənət Akademiyasının üzvü olmuşdur. 1960-cı ildə ona F.London adına mükafat və Maks Plank adına medal, 1962-ci ildə isə «İfrat axıcılığın nəzəriyyəsini verdiyinə görə» Nobel mükafatı verilmişdir.
1962-ci ildə Landau avtomobil qəzasından ağır zədələndiyinə görə elmi yaradıcılığını davam etdirə bilmir və 1968-ci ildə vəfat edir.
Landau Nəzəri minimum adlı geniş əhatəli imtahan kursu işləmiş və tələbələri yalnız bu imtahandan keçdikdən sonra banisi olduğu Landau məkətəbinə qəbul olunurdular. İmtahan nəzəri fizkikanın bütün aspektəlırin əhatə edir və yalnız 43 nəfər bu imtahanı keçə bilmişdir,onlardan 11 donralar akademik olmuşdur.Onun teorminimiumunu vermək böyük nailiyyət sayılırdı. İkisi riyaziyyat,qalanı fizika olmaqla 11 sual verilirdi:
riyaziyyatdan iki sual
mexanika (механика)
sahə nəzəiyyəsi (теория поля)
kvant mexanikası (квантовая механика)
statik fizika (статистическая физика)
механика сплошных сред
электродинамика сплошных сред
kvant elektrodinamikası (квантовая электродинамика)
Sualların tam siyahısı üçün http://chair.itp.ac.ru/index.php?sub=minimum ünvanına baxmaq olar.
Mənbə Görkəmli fiziklər kitabı
Müəllif Fərhad Hacıyev

Dahilər və şahmat

Firdovsi, Nizami, Məhsəti Gəncəvi, Ömər Xəyyam, Dante, Höte, Volter, Puşkin, Turgenev, Brext, Hemenquey, Qaliley, Nyuton, Leybnits, Mendeleyev, R.Ştraus, E.Karuzo, Rimski-Korsakov, Lenin və başqaları çılğın şahmat həvəskarı idilər.
Məlumdur ki, görkəmli fizika alimi L.O.Landau şahmat oyununu sevir və oynamağı bacarırdı. Buna baxmayaraq, onu şahmat oynamağa dəvət edənlərin təklifindən imtina edirdi. O eşidəndə ki, məşhur ingilis fiziki Zommerfald öz tələbələrinə şahmat oynamağı qadağan etmişdir, bunu xüsusi rəğbət hissi ilə alqışladı. Yəqin ki, bu elmi işlə məşğul olanların əsas işlərindən yayınmaları ilə əlaqədardır.
Ardı →

İşığa doğru...

Bir dəstə arını və milçəyi şüşə qaba salırlar. Şüşənin açıq, yəni ağız tərəfini qaranlığa, bağlı, yəni dib tərəfini isə işığa doğru yerləşdirirlər. Arıların hamısı işıq olan tərəfə uçurlar. Ancaq şüşənin dibi bağlı olduğu üçün qaça bilmirlər. Milçəklər isə qaranlıq olan tərəfə uçurlar və şüşənin ağzı açıq olduğu üçün qaça bilirlər. Təcrübə davam edir və nə qədər qəribə də olsa, heç bir arı ( hətta şüşənin ağzıaçıq olmasına baxmayaraq) qaranlıq tərəfə getmir. İlk baxışdan arıların ağılsız olduqlarını düşünmək olar. Ancaq daha dərindən düşündükdə çox əhəmiyyətsiz görünən bu hadisədə böyük bir hikmət olduğunu görmək olar…
Ardı →

Xəzər dənizi

Xəzər dünyanın ən böyük qapalı su hövzəsi-gölüdür. Lakin böyüklüyünə, hidroloji xüsusiyyətlərinə görə ona dəniz deyirlər. Vaxtı ilə o, Qara dənizlə bitişik olan Sarmat dənizini əmələ gətirib. Keçmişdə Xəzərin okeanla əlaqəsinin olmasını okean üçün xarakterik olan suitinin Xəzərdə yaşaması bir daha sübut edir. Tarixən Xəzərin 70-ə yaxın adı olub; Kaspi, Hirkan, Bakı, Dərbənd, Xvalın, Gürgan və s. Xəzər 5 ölkənin — Iran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmanistanın dənizidir. Xəzər sahillərində yarımsəhra və səhralar geniş sahə tutur.
Sahəsi 371 min km2, həcmi 76000 km3, uzunluğu 1200 km, eni 320 km, orta dərinliyi 184 m, ən dərin yeri — Lənkəran çökəkliyində — 1020 m, ən dayaz yeri şimalda 5 m-dir. Xəzərin sahil xətlərinin uzunluğu 6,5 min km-dir.
Davamı →

CV necə yazmalı?

Rezüme(xülasə)- iş axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır:


1. Soyadınız, adınız, atanızın adı
Bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir.

2. Əlaqə məlumatları
Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə ev səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin.
3. Məqsəd
Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz.


Ardı →

Xəzər xaqanlığı

Xəzər xaqanlığının ərazisi və məşğuliyyəti. Xəzərlər Sabir türklərinin davamçıları idi. 470-ci ildə Hun imperiyası dağılan­dan sonra Şərqi Avropa çöllərində yaşayan xalqlar müstəqillik qazandılar. VII əsrin əvvəllərində xəzərlər əvvəlcə Xəzər dənizinin qərb sahillərində yaşamış və sonra isə qərbə və şərqə yayılmışdılar. Xəzərlər Göytürk dövlətinin tərkibinə daxil olmuş, 634-cü ildə bu dövlət dağılandan sonra yenidən müstəqil olmuşdu. VII- IX əsrlərdə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi, Şərqi slavyanların bir qismi, Manqışlaqdan Aral gölünə qədər ərazi Xəzər xaqanlığına daxil idi.

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.
Xəzər xaqanlığı VII-IX əsrlərdə qüdrətli dövlət idi. Ölkəni qeyri-məhdud hakimiyyətə malik xaqan idarə edirdi. Xaqanın baş məsləhətçisi irsi olan «məlik» və ya «xaqanbəyi» adlanırdı.


Ardı →

Biz evə qəzet almırıq

Ankarada, neçə ildən bəri görüşmədiyim çox yaxın bir dostumun evində qonaq idim. Səhər tezdən yuxudan oyanan kimi qəzet oxumasam, başqa iş görə bilmərəm. Mən qonaq yerində də bu vərdişimdən əl çəkmək istəməyib səhər tezdən xidmətçidən qəzet istədim. O, əvvəlcə özünü eşitməməzliyə vurdu. İkinci dəfə istəyəndə isə bir söz deməyib getdi. Mən elə bildim ki, o, qəzet gətirməyə getmişdir.
Bir az sonra dostumun arvadı salona gəldi.
— Sabahınız xeyir!...
— Sabahınız xeyir...
— Rahat yata bildinizmi?
— Çox rahat yatdım.
— Xidmətçidən qəzet istəmişsiniz?
— Bəli.
Qadın pıçıltı ilə dedi:
— Biz evimizə qəzet almırıq.
Mən də onun kimi pıçıltı ilə soruşdum:
— Nə üçün?
O yenə də pıçıltı ilə dedi:
— Əvvəllər hər səhər üç qəzet alırdıq, indi almırıq… Altı aydır evimizə qəzet gəlmir.
Mən yenə də pıçıltı ilə:
— Nə üçün yavaşcadan danışırsınız – deyə soruşdum.
O bir az da qulağıma tərəf əyilib dedi:
Ardı →

Erotik çalarlar

Bu,heç də göydəndüşmə deyil və münasibətlər psixologiyasının şah damarıdır. Ona görə ki, məhəbbətin ilkin qığılcımları alışana qədər müəyyən cinsi həvəs əlamətləri özünü büruzə verməlidir. Bir az açıqlasaq, intim yaxınlıq məhəbbətin apogeyidir — desək yanılmarıq və ər-arvad (bu, sonrakı mərhələdir) bağlılığının əsasında durur. Yeniyetmələrdə isə erotik fantaziya özünü o vaxt diktə eləyir, onlar artıq diqqət mərkəzindədir, yaxud buna cəhd göstərir, ətrafı duyur, fikrən həyat çalarlarını təsəvvürlərində canlandırırlar. Bu isə zəruri və normal haldır. Maraqlıdır, bu dövrdən də irəli getmək lazım gəlir. Necə deyərlər, ilk məhəbbət əlamətləri (əlbəttə, bəsit formada, qeyri-şüurlu) bağça yaşlarında özünü göstərir və xüsusilə, oğlan uşağı intuitivcəsinə düzgün hərəkətdə bulunur: xoşuna gələn qıza oyuncaq gətirir, naharda almasından pay verir, ikilikdə həyətdə oynamağı təklif eləyir və sairə. 12-13 yaşlarında bu cür məhəbbət erotik çalar doğurur, məhəbbətin obyektinə (predmetinə) yaxınlaşmaq əlamətinə çevrilir. 5-6-cı siniflərdə qızlar və oğlanlar bir-biriylə şıltaqlıq eləyir, dəftərlərini götürüb vərəqlərini cırır, saçlarının rənginə «sataşır» və beləliklə, onlarda oyanma başlayır, əməlli-başlı gizlin yazışmalar gəzib-dolaşır ciblərdə, kitablar arasında. Xarakteriki odur ki, bu yaşlarda onlar məhəbbəti az-çox anlasalar da, utanırlar, həm valideynlərindən, həm də məktəbdən...
Sual olunur: İlk cinsi kontakta necə yanaşmaq gərək? İnsanın uzun illik təcrübəsində suala hələlik dəqiq cavab verilməmişdir. Qadağanlar sistemi, valideynlərin haqlı (haqsız da az olmur) ehtiyat instinkti və s. yeniyetmələrin qəlbinə bir kövrək örtük çəkir. Həqiqətdir ki, yeniyetmələrin qarşılıqlı münasibətləri sferası: qəti «Olmaz» və «Olar» qadağanında əksini tapır. Ən optimalı isə zənnimizcə, qadağan yox, tərbiyə etməkdir. Hansı ki, gələcək intuitiv hissetmənin mövcud və gələcək rolunu aydınlaşdırmaqdır.
Ardı →

Morfologiya

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim  sözlərindən təşkil olunub) sözün  formalarını  öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.
Ardı →

Yaxşı yol!

Böyük bir şirkətin sahibi qaz balonu ilə Nyu-York səmasında səyahətə başlayır. Bir müddət sonra əlindəki kompas yerə düşür və yolunu azır. Enmək üçün münasib yer axtara-axtara göydələnlərdən birinə yaxınlaşır və görür ki, bir nəfər binanın başında dayanıb siqaret çəkir. Sahibkar siqaret çəkən adamdan: “Bağışlayın, mən haradayam?” – deyə soruşur. Siqaret çəkən adam: “Yerdən 200 metr yüksəklikdə, qaz balonunun içindəsiniz”, – deyir.
Davamı →