Cinsiyyət vəziləri

Cinsiyyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formalaşmasında, eləcə də tərbiyə olunmasında böyük rol oynayır. Cinsiyyət vəzilərinin 1 komponenti olan xarici cinsiyyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Cinsiyyət vəziləri başqa daxili sekresiya vəzilərinin funksiyalarına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir. Cinsiyyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı cinsi hormonlar da hazırlanır.


Ardı →

Hüceyrələr haqqında

Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. О da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir.
Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Canlılar adi gözlə görünməyən kiçik hüceyrələrdən təşkil olunmuşlar. Böyüdücü cihazların ixtirasından sonra onları öyrənmək mümkün olmuşdur. Hollandiyada optik cihaz ustaları ata və oğul Hans və Zaxariya Yansenlər tərəfindən 1590-cı ildə ilk mikroskop tipli cihaz quraşdırılmışdır.


Ardı →

Sovet dövrünə aid

Sovetlər vaxtında uşaq bağçasında tərbiyəçi uşaqlara deyir:
— Sovet İttifaqında hamı doyunca yeyir, qəşəng geyinir. SSRİ-də insanlar gözəl mənzillərdə yaşayırlar. Bütün sovet uşaqlarının gözəl oyuncaqları var. .
Vova ağlayır:
-Mən, mən… SSRİ-yə getmək istəyirəm..


Yəhudi Rabinoviç hər səhər qəzet köşkündən “Pravda” qəzeti götürür, birinci səhifəyə baxır, almayıb qaytarır. Bir neçə gündən sonra satıcı soruşur:
-Nə axtarırsan?
-Nekroloq.
-Nekroloqlar sonuncu səhifədə olur.
-Mənim gözlədiyim nekroloq birinci səhifədə olacaq.


Ardı →

Ən doğrusunu Allah bilir...

Tanrı Əzrailə:
«Ya Əzrail! Qullarımdan her hansı birinin canını alınca heç üzüldünmü?»-
-Ya Rabb HƏRŞEY sənə məlumdur. Yalnızca bir qulunun ruhunu alınca çox üzüldüm. Bir gəmi dağlara çırpılıb parçalanmışdı. Orada bir ana və bir uşaq var idi. O ananın canını almaq tapşırılmışdı. Onun canını alınca çox üzüldüm. Körpəni isə bir taxtanın üzərində bir adaya atdım. Yetim qaldı.


Ardı →

Hörümçək toru qədər yaxşılıq

Bir gün dünya həyatında həmişə pislik işləyən bir adam, Cəhənnəmin qapısında bir mələk ilə qarşılaşdı. Mələk adama belə səsləndi: Bura girməməyin üçün, həyatda ikən tək bir yaxşılıq etmiş olmağın yetər. Yaxşı düşün!Uzun müddət düşünən günahkar adam, nəhayət xatırladı! Bir dəfəsində meşədə gedərkən yolunun üzərində bir hörümçək görmüş və ona basmamaq üçün yolunu dəyişdirmişdi. Həyəcanla bu yaxşılığını dilə gətirdi. Mələk gülümsədi və bir hörümçək toru endirildi. Adam tora dırmaşaraq Cənnətə girə biləcəkdi. Adam tora dırmaşıb yuxarı çıxarkən, Cəhənnəmlə cəzalandırılanlardan bəzidəri də bu fürsətdən yararlanmaq istəyərək tora dırmaşmağa başladılar. Amma adam döndü və torun hər kəsi daşımayacağından qorxaraq onları itələməyə başladı. Elə bu anda, tor həqiqətən də qopdu və digərlər ilə birlikdə adam da Cəhənnəmə düşdü. «Heyf» dedi mələk. «Qorxaqlığı, həyatında işlədiyi tək yaxşılığı da pisliyə çevirdi. O insanlara qayğı göstərə bilsəydi, torun hər kəsi daşıya biləcəyini görəcəkdi.»


Davamı →

Kişilərin qadında ilk 6 saniyədə diqqət etdiyi 6 şey!

Kişilərin həmişə diqqətsiz olmasından şikayətlənənlərin nəzərinə.kişilərin ilk altı saniyədə diqqət yetirdiyi altı şey...Kişilərin həmişə çox diqqətsiz olduğundan şikayətlənilir. Amma ilk təəssürat hər kəs üçün çox əhəmiyyətlidir. Bu diqqətsiz zənn edilən kişilər üçün belə etibarlıdır.
Bir kişi bir qadını gördüyü anda altı saniyə içində altı şey diqqətini çəkir.
Bunların ilki gülümsəmənizdir. İçdənmi yoxsa məcburi gülümsəyirsiniz? Ya da gülümsəməniz günorta yeməyində nə yediyinizi ələmi verir?
İkincisi saçınızdır. Qadınların yeganə aksesuarlarından biri olan saçlarının seqmenti, tərzi ya da boya tonu kişiləri maraqlandırmaz. Onlar yalnız saçınızın yumşaq və gözəl iy verməsi ilə maraqlanarlar.

Ardı →

Dilənçi ilə kralın ibrətli hekayəsi

Çox uzaq bir ölkədə bir imperator səhər gəzintisi əsnasında bir dilənçiyə rast gəlir. «Dilə məndən nə diləyirsən» deyir. Dilənçi gülər və: «Sanki diləyimi reallaşdıra biləcəkmiş kimi soruşursunuz.» deyə cavablar. Kral bu sözdən əsəbləşir və danışıq tərzi sərtləşir… Əlbəttə, hər dediyini yerinə gətirə bilərəm. Sən söylə hələ; nə istəyirsən?
«Söz vermədən əvvəl iki dəfə düşünün kralım».
Ardı →

Uinston Çörçill

Londonda parlamentin qarşısında abidə dayanıb. Tosqun, bir qədər yöndəmsiz adam enli paltoda, əl ağacına söykənərək gəlib gedənlərə qaşqabaqla baxır. Abidədə nə titul, nə də yazı var. Cəmi bir söz — «Çörçill» yazılıb. 25 yaşından siyasi yola çıxmış Çörçill düz yarım əsr İngilis krallığının dövlət həyatında iştirak edərək, XX əsrin gedişində görkəmli, həlledici fiqur olub.


Ardı →

Yalan yarışması

Padşah bir gün, «Mənə yalan söyləyə bilənə bir küp dolusu qızıl verəcəyəm!» demiş.
Yalançılar dərhal saraya qaçmaqa başlamışlar yalan danışsınlar;
Yalançı: «Bir quş, aslanı qapıb yuvasına apardı».
Padşah «Burda yalan yoxdur Quş qartaldır, aslan da quzu qədər kiçik bir bala. Qapib aparar təbii!..''
Yalancı :»Qonşu ölkədə bir eşşəyi kral etdilər!.."


Ardı →

Balıqlar suda necə yaşayırlar?

Hamınız balıqların suda çox cevik və sürətli hərəkətlərinə şahidsiniz. Balığın suda üzməsi üçün qeyri- adi bir hərəkətə ehtiyac yoxdur, bunun üçün onun quyruğunu suda sağa- sola hərəkət etdirməsi kifayətdir. Beləliklə, balıqların suda bu rahat hərəkəti mühərrik onurğaları və bədənlərindəki bəzi sistemlər sayəsində mümkün  olur. Balıqlar üzərkən çox böyük enerji sərf edir. Bunun səbəbi suda uzun müddət yüksək sürətlə üzmələri deyil. Balıqlar sakit vəziyyətdə ikən birdən yüksək sürət toplamaq üçün böyük enerji sərf etməlidir. Birdən sürətlənmək onlar üçün çox əhəmiyyətlidir, çünki ovçulardan qaça bilmək üçün buna ehtiyacları var. Həmçinin balıqlar suda əksər vaxtlarda suyun axınına qarşı hərəkət edir.
Ardı →