Qarışqa ilə quşun möcüzəvi iş birliyi.

Yaşadığımız hər yerdə səhhətimiz üçün təhlükə yaradan və bizi xəstələndirən mikroblar var. Bu mikroblar bizimlə yanaşı başqa canlılar üçündə təhlükə yaradır. Bu səbəbdən canlılar da bizim kimi özlərini qorumalıdırlar.əslində canlıları dərindən öyrəndiyimiz zaman onların mikroblardan qorunmaq üçün  bəzi vasitələrdən istifadə etdiyini görürük. Məsələn, qarışqalar özlərini müdafiə etmək üçün  tərkibində turşu olan müəyyən maddə hazırlayır. Bu maddə mikrobları zərərsizləşdirir. Sonra da tərkibində turşu olan bu maddəni öz bədənlərinə və yuvalarının divarlarına sürtürlər. Yəni yalnız özlərinin deyil, yaşadıqları yuvanın da mikroblardan təmizlənməli olduğunu yaxşı bilirlər
Ardı →

Aldadan kişini anlamaq üçün gərəkli 10 yol

  • Qadın
Qadın kişi əlaqələrində əslində iki tərəfin, amma ən çox da qadının qorxusu ALDADILMAQDIR… Qadın yazıçı Charlotte Wardın qələmə aldığı və blogunda da yer verdiyi «It's Not Me, It's You» (Mən Deyil, Sən) kitabında kişilərin bəzi aldadarkın daha çox ilişdikləri nüanslar izah edilir. Sizə bəzi ipuclar...Çox güclü bir münasibətiniz olduğunu düşünürsünüz ancaq bir gün evə gəldiyinizdə kompüterdə sevgilinizin / ərinizin bir qadın yoldaşına yazdığı maili görürsünüz… «Nara-naram...» demək məcburiyyətindəyik, gərginlik musiqisini arxa fonda hiss etdirə hiss etdirə… Sonra da dramın gəldiyini unutmadan…
Ardı →

Yəhudilər haqqında lətifələr

  1. Qatarda bir oğlanla qoca yəhudi gedir. Oğlan yəhudidən saatı soruşur. Ancaq yəhudi cavab vermir. Səhər açılır. Yəhudi qatardan düşməyə hazırlaşanda saatı deyir. Oğlan:
    — İndi niyə deyirsən? Mənə gecə saatı bilmək lazım idi.
    Yəhudi:
    — Gecə sənə saatı desəydim, yavaş-yavaş söhbətə başlayacaqdıq. Sən məndən harda yaşadığımı soruşacaqdın. Sonra mənimlə dost olmaq istəyəcəkdin. Ondan sonra bizə qonaq gəlmək istəyəcəkdin. Sonra evimə qonaq gələcəkdin. Evimdə qızımnan tanış olacaqdın. Sonra qızımla evlənmək istəyəcəkdin. Saatı olmayan kürəkən mənim nəyimə lazımdı?

Ardı →

Hər günahın bədəli var

Hikmət sahibi olan bir tacirin bir oğlu və bir qızı olur. Onlara çox gözəl tərbiyə verir. Həmin bu tacirin evinə hər sabah bir kişi su gətirir. Hər dəfə də qapını su gətirən kişi üçün tacirin kiçikyaşlı qızı açır. Bu qız uşaqlıqdan yaşlı adamın su gətirməsindən xəbər tutan kimi tez gedib qapını açardı.
Günlər keçir, aylar ötür, bir gün tacirin oğlu ticarət üçün Şama yollanır. Su gətirən kişi adəti üzrə suyu gətirir, balaca qız qapını onun üçün açır. Bir gün də qızcığazın atası eyvanda oturmuş halda evində baş verən bir hadisənin şahidi olur. Su gətirən kişi suyu qoyub getmək istəyəndə qəribə bir hadisə baş verir. O, qızcığazın xəbəri olmadan onu gözlənilməz vəziyyətdə öpüb qapıdan ayrılır. Bu hərəkət su gətirən adam tərəfindən həmin evə gəldiyi müddətdə ilk atdığı səhv addım olur. Lakin hikmətli tacir ata bu hadisəyə dərhal reaksiya vermir, səbr edib düşünür.
Ardı →

14 fevral- sevgililər günü

  • Sevgi
14 Fevral Sevgililər üçün fərqli bir gündür, çünki adı üstündə sevgililər günüdür...Bəs görəsən Haradan gəlir bu Sevgililər Günü? — Sevgilər Gününün başlanğıc tarixi köhnə Roma İmperatorluğu zamanına uzanır. Köhnə Romada 14 Fevral günü bütün Roma xalqı üçün əhəmiyyətli bir gün idi. Çünki bu gündə Roma tanrılarının və ilahələrin kraliçası olan Junoya edilən hörmətə əsasən tətil edilirdi. Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. Bu günü izləyən 15 Fevral günündə isə «Lupercalia Bayramı» başlayırdı.
Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları kəskin qaydalar ilə məhdudlaşdırılmış gənclər bir-birlərini yalnız bu bayram müddətində bəyənib özlərinə partner seçə bilirdilər.
Ardı →

Sevgiyə səbəb lazımdırmı?

  • Sevgi
Bir gün sevgilisi ile söhbet edən qadın ondan belə bir sual soruşur:
Qadın: Məni niye çox istəyirsən?.. Məni niye sevirsen?...
Kişi: Mən sənə səbəb deyə bilməyəcəm… amma mən həqiqətən də səni… sevirəm
Qadın: Sən heç səbəbini də bilmirsən, bəs necə deye bilirsən ki, məni çox istəyirsən, məni çox sevirsen?
Ardı →

Evləniləcək qadın

Həzrəti Ömər zamanında da qazılıq etmiş olan məşhur, Qazı Şüreyhə bir gün bir gənc gələrək evlənmək istədiyini lakin evlənəcəyi qadının təhsilli və şəhərli olmasını istədiyini bildirərək nəsihət almaq istədi.
Qazı Şüreyh, o gecə Müsəlmanın evinin cənnət olduğunu və Həzrəti Rəsulullahın (s.ə.v) belə buyurduğunu nəql edərək başından keçən evliliyi bu cür izah etdi
Ardı →

Balalarını udan qurbağalar


Bir dişi heyvanın balalarını udduğunu eşitsəniz, hərhalda onun nə qədər vəhşi olduğunu düşünərsiniz.
Halbuki Avstraliyada yasayan bir  qurbağa növü, balalarını vəhşiliyindən deyil, mərhəmətindən udmaqdadır.
'Rheobatrachus silus' adi verilən qurbağanın yumurtadan çıxmaq üzrə olan balalarını udma səbəbi, onların təhlükəsiz bir şəkildə inkişafını təmin etməkdir. Görəsən ana qurbağanın mədəsinə enən balalar, mədə tərəfindən həzm edilməyəcəkmi?
Əlbəttə xeyr.
Ardı →

Fədəkarlıq və nəticəsi

Bir gün müdriklərdən birinə: «Sevginin yalnız sözünü edənlərlə, onu yaşayanlar arasında nə fərq vardır?» deyə sual verirlər. Baxın göstərim demiş, müdrik. Əvvəl sevgini dildən könülə endiməyənləri çağırıb, onlara bir süfrə hazırlamışlar. Gələnlərin hamısı yerlərinə oturmuşlar.
Bu zaman qabların içində isti şorbalar və onun  arxasındanda dərviş qaşıqları deyilən bir metr boyunda qaşıqlar gətirilmişdir.
«Müdrik bu qaşıqların ucundan tutub yeyəcəksiniz» deyə bir də şərt qoydu. Yaxşı deyib, yeməyə başladılar şorbaları. Lakin nə baş versə yaxşıdır? Qaşıqlar uzun olduğundan yeməkləri heç cür töküb axıtmadan apara bilmirdilər agizlarina. Ən sonunda bacara bilmediklərini görüb, eləcə aç qalxdılar süfrədən.
Bundan sonra dərviş, sevgini həqiqətən bilənləri çagiraq yemeye deyir. Üzləri aydın, gözləri sevgi ilə gülümsəyən insanlar gelib oturdular süfrəyə bu dəfə.
«Buyurun» dəyincə, hər biri uzun boylu qaşıqları şorba ilə doldurub, sonra qarsısındakı qardaşına uzadaraq içdilər.
Beləcə hər biri digərini doyurub və şükredərək qalxdılar süfrədən. Budur demiş müdrik, kim ki, gerçək süfrəsində yalniz özünü görər və doymağı düşünərse,  o aç qalacaqdır. və kim ki, qardaşını düsünüb doyurarsa, şübhəsiz o da qardaşı tərəfindən doyurulacaqdır. Bunu da unutmayın, gerçək bazarında alan deyil, verən qazanclıdır daim.


Davamı →

Əslində...

Fəlsəfə professoru mühazirədən əvvəl auditoriyaya gəlir və masanın üstünə müxtəlif əşyalar yığır. Dərs başlayanda isə sakitcə böyük, boş bankanı götürüb içinə böyük daşlar yığır və tələbələrdən soruşur: 
— Banka doludu?
— Bəli! – deyə tələbələr razılaşır.
Professor xırda daşlarla dolu qutunu çıxarır və onları da həmin bankaya tökür.
O yenidən tələbələrə üz tutur:
— Banka doludu?
Ardı →