Təmsil
Təngənəfəs yol ilə
Görənlər soruşdular:
-hara qaçırsan belə?
Qarışqa tez dayandı
Eşidəntək sualı
Dedi: görməyizsiz
Bu boyda qalmaqalı!
Məhv ediblər bu gecə
Nəhəng fili deyirlər
Eşitmişəm bu işdə
Məndən şübhələnirlər.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Cənubi Amerikanın cənub qərbində dövlətdir. Onu «Antraktidaya açılan darvaza» da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Uilyams, ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) buradadır. Şimalda Peru, şimal şərqdə Boliviya, şərqdə Argentina, cənubda isə Dreyk boğazı ilə həmsərhəddir. Uzunluğu 4329 km, eni isə 170 km-ə bərabərdir. Sahəsi 756 min km2-dir. Paytaxtı Santyaqo şəhəridir. İqlimi müxtəlifliyi ilə seçilir. Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hinduları yaşayır) hindular təşkil edir. Ərazisi 13 regiona onlar da öz növbəsində 50 əyalətə bölünür. Rəsmi dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dilində (aymara, arakuana, mapuçe) də danışır. Pul vahidi Çili pesosudur.
“Əli və Nino” romanının müəllifinin kim olması barədə mübahisələr gah sakitləşir, gah da yenidən qızışır. Lakin Əsəd bəy və Qurban Səid adları altında kimin gizləndiyini müəyyən etmək əvvəldə olduğu qədər çox çətindir. Bu haqda dörd versiya mövcuddur:
Bir saatdan artıq bir vaxt idi ki, zibilliyin içində balacaboy, sarı saqqallı bir kişi eşələnirdi. Köhnə uşaq arabasının içində üç-dörd boş butulka, bir-iki dəmir qırığı var idi. Qurşağa kimi böyük zibil yeşiyinin içinə girib qızıl axtarırmış kimi əlləri ilə zibilləri qarışdırırdı. Birdən arxadan yumşaq yerinə dəyən güclü bir təpik onu bütünlüklə zibil yeşiyinin içinə saldı. Bir anlıq nə olduğunu anlamadı. Başını yeşiyin içindən çıxardıb qışqırdı:
– Əclaf, neynirsən?
– Yaxşı eləyirəm. Sənə min dəfə demişəm ki, bura mənim sahəmdi. Get başqa yerdə eşələn. Elə bil bu zonada bircə zibillik buradı – deyə uzun, arıq kişi dilləndi. Onun üzündən zəhrimar yağırdı. Evinə oğru girmiş adam kimi hirslənmişdi. O biri kişi zibilliyin içindən çıxıb üzünü bozartdı:
Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub gedib.İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Onun istedadı lap uşaqlıqdan üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: «Niyə?» Və bütün ömrü boyu o, müxtəlif «niyə»lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər.
Abbasi Xəlifesi Harun Rəşid, sənətkarlara, elm adamlarına böyük hörmət göstərir, onların söhbətlərini dinləmək üçün hər fırsatı dəyərləndirirdi. Onları məclisinə çağırır, sualar soruşur, öyüdlərini alırdı. Yenə belə məclislərdən birində xəlifə, Bəhlül Danayə belə bir sual verər:
— Yeraltında, yerüstündə və göylərdə en çox olan şey nədir? Yeraltında ölülər, yerüstündə bitki və heyvanlar, göylərdə də mələklər olacaq yəqin ki? Bunların sayını da Allahdan başqa kimsə biləməz...
Bəhlul:
— Ey Xəlifə! Həm soruşursan, həm cavab verirsən. Hərçənd ki, bilirsən, məndən niyə soruşursan?
Xəlifə Harun Rəşid:
— Ağlıma elə gəldi soruşdum. Ancaq verdiyim cavab mənim təxminimdən ibarətdir. Əsil doğru cavabı sizdən öyrənmək istəyirəm.
Bəhlül, xəlifənin gözlərinin içinə baxıb:
— Elə isə dinlə! Doğru cavab sənin dediyin kimi deyil, yeraltında çox olan ölülər deyildir. Yeraltında çox olan o ölülərin peşmanlıqlarıdır. Onlar qəbrə qoyulduqları vaxt, etdikləri pisliklərə görə minlərcə dəfə peşmanlıq duymaqdadırlar.
— Yerüzündə çox olanlar bitki və heyvanlar deyildir. Yerüzündə çox olan insanların hırs və tamahlarıdır. O insanların ömürləri boş xəyallarla keçər. Onların nə özlərinə, nə də başqalarına faydaları vardır. Allahın hüzuruna isə əməlsiz dönərlər.
— Göylərdə çox olanlar isə söylədiyin kimi mələklər deyildir. Adil insanların ədalətindən doğan savablardır.
Budur ey xəlifə! Sənə öyüdüm, ədalət geyimini geyin və adil davran. Bu dünyada düşmanlarını və şeytanı adil rəftar etməklə məğlub edə bilərsən!!!