İbn Sina

Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub gedib.İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Onun istedadı lap uşaqlıqdan üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: «Niyə?» Və bütün ömrü boyu o, müxtəlif «niyə»lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər.


Ardı →

Yeraltında, yerüzündə və göydəkilər

Abbasi Xəlifesi Harun Rəşid, sənətkarlara, elm adamlarına böyük hörmət göstərir, onların söhbətlərini dinləmək üçün hər fırsatı dəyərləndirirdi. Onları məclisinə çağırır, sualar soruşur, öyüdlərini alırdı. Yenə belə məclislərdən birində xəlifə, Bəhlül Danayə belə bir sual verər:
— Yeraltında, yerüstündə və göylərdə en çox olan şey nədir? Yeraltında ölülər, yerüstündə bitki və heyvanlar, göylərdə də mələklər olacaq yəqin ki? Bunların sayını da Allahdan başqa kimsə biləməz...


xəlifə və BəhlulBəhlul:
— Ey Xəlifə! Həm soruşursan, həm cavab verirsən. Hərçənd ki, bilirsən, məndən niyə soruşursan?
Xəlifə Harun Rəşid:
— Ağlıma elə gəldi soruşdum. Ancaq verdiyim cavab mənim təxminimdən ibarətdir. Əsil doğru cavabı sizdən öyrənmək istəyirəm.


Bəhlül, xəlifənin gözlərinin içinə baxıb:
— Elə isə dinlə! Doğru cavab sənin dediyin kimi deyil, yeraltında çox olan ölülər deyildir. Yeraltında çox olan o ölülərin peşmanlıqlarıdır. Onlar qəbrə qoyulduqları vaxt, etdikləri pisliklərə görə minlərcə dəfə peşmanlıq duymaqdadırlar.
— Yerüzündə çox olanlar bitki və heyvanlar deyildir. Yerüzündə çox olan insanların hırs və tamahlarıdır. O insanların ömürləri boş xəyallarla keçər. Onların nə özlərinə, nə də başqalarına faydaları vardır. Allahın hüzuruna isə əməlsiz dönərlər.
— Göylərdə çox olanlar isə söylədiyin kimi mələklər deyildir. Adil insanların ədalətindən doğan savablardır.
Budur ey xəlifə! Sənə öyüdüm, ədalət geyimini geyin və adil davran. Bu dünyada düşmanlarını və şeytanı adil rəftar etməklə məğlub edə bilərsən!!!


 


Davamı →

Kompliment

  • Sevgi
Gözəl olduğunu bilmək hər bir qadın üçün önəmlidir. Eyni zamanda kişi üçün də ən güclü və ən etibarlı olduğunu bilmək çox vacibdir. Bunu anlamaq, buna inanmaq ilk növbədə bunun həqiqət olduğunu bilməklə mümkündür. Buna sübut isə ətrafdakıların komplimentləri olacaq. Fikirlərinə laqeyd qalmadığınız insanların xoş sözləri sizə narkotika kimi təsir edəcək. Komplimentlər balaca, amma qiymətli hədiyyə kimidir. İstənilən hədiyyə kimi onu da həm almaq, həm də vermək xoşdur.
Ardı →

Xəyallarınızı kiminsə dəyişdirməyinə icazə verməyin...

İkinci sinifdə oxuyarkən, böyüdüyü zaman nə olmaq və nə etmək istədiyi mövzusunda bir inşa yazmasını istədi müəllimi…
Uşaq bütün gecə oturub günün birində at fermasına sahib olmağı hədəflədiyini izah edən 7 səhifəlik bir inşa yazdı. Xəyalını ən incə detallarıyla izah etdi. Hətta xəyalındakı 200 hektarlıq fermanın layihəsin də cızdı. Binaların, axırların və qaçış yollarının yerlərini göstərdi. Layihəyə, 200 hektarlıq ərazidə yerləşən 1000 kvadrat metrlik evin detallı planını da əlavə etdi.
Sabahısı gün müəlliminə təqdim etdiyi 7 səhifəlik tapşırıq, tam ürəyinin səsi idi… İki gün sonra tapşırığı geri götürdü.
Davamı →

Qızıl kürə

Kosmik turist gəmisi «Alfa» ulduzuna növbəti səyahətə çıxmışdı. Ulduzun ətrafında fırlanan bir neçə planetin sakinləri ilə kosmik əlaqə yaradılandan sonra bu gediş — gəlişlər tez — tez baş verirdi. Gəminin bortunda beş nəfər ekipaj üzvü və otuz nəfər turist var idi. İrəlidə fırlanan kürsüdə əyləşən bələdçi Tamara çubuqla tabloda ulduzun xəyalı ətrafında hərəkət edən işıqlı ləkəni göstərdi:


Əziz turistciyəzlər, bu cisim isə səyahətimiz zamanı rast gələcəyimiz obyektlərdən bizim üçün ən tərbiyəvi olanıdır. Alfalılar bizə ilk dəfə qonaq gələrkən yerdə bir sıra adamların qızıla olan hədsiz «məhəbbəti» onları yaman təəccübləndirmişdir. Onlar vətənlərinə qayıdandan sonra planetlərində olan bütün qızılı bir yerə topladılar, çəkisi yüz min ton olan bir kürə düzəltdilər və onu Alfanın ətrafında süni peykin orbitinə çıxartdılar. Onlar bu hərəkətləri ilə demək istəyirlər ki, qızılsız da xoşbəxt yaşamaq mümkündür. Bir neçə dəqiqədən sonra bu qızıl peykin yanından keçəcəyik. Daha yaxşı tamaşa etmək üçün müşahidə platformasına qalxacağıq. Skafandrları geyinin!


Ardı →

Maldiv adaları

  • Turizm

Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. Ərazisi 298 kv.km, əhalisi 396 min nəfərdir. Qlobal iqlim dəyişikliklərinin adanı su altında qoyacağı proqnozlaşdırılaraq, 2005-ci ilin 15 noyabrından Maldiv xalqına Avstraliyaya sığınmaq haqqı verilib. Maldiv adalarının 200-də yaşayış var. Bunların 90-da Maldiv xalqı yaşayır, qalan 110 ada “otel ada” kimi istifadə edilir. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub. 1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır.


Ardı →

Bax İohann Sebastyan

İohann Sebastyan Baxı dünyanın ən dahi bəstəkarı sayırlar. Türingiyalı Bax ailəsinin yeddi nəslinin bütün üzvləri musiqiçi olublar. Bu ailədə musiqiçilik atadan oğula sənət kimi ötürüldüyündən bəzən Almaniyada hər musiqiçiyə Bax, hər Bax soyadlı insana musiqiçi deyərdilər.

«Mən bundan da yaxşı musiqi yazacam!»


İohann Sebastyan Bax valideynlərini itirəndə heç 10 yaşı yoxuydu. Onun tərbiyəsiylə böyük qardaşı İohann Kristof məşğul olur. İlk musiqi savadını da qardaşından alır. Qardaşının göstərdiyi musiqi pyeslərini Bax qısa müddətə öyrənirdi. Amma qardaşı nəinki dövrün məşhur bəstəkarlarının əsərlərini öyrənməyə, heç notlara əl vurmağa da izn vermirdi. Həmin kitablar dəmir barmaqlıq çəkilmiş şkafda saxlanırdı. Gecə yarısı hamı yatandan sonra Sebastyan əlini barmaqlıqlar arasından salıb kitabı rahatca çıxara bilir. Çırağı olmadığından bu notları ay işığında köçürməli olur. Yalnız 6 aydan sonra musiqi «şikarı» tam əlinə keçən zaman qardaşı onu «cinayət başında» yaxalayır, həm kopyanı, həm də orijinalı əlindən alır. Belə cəzadan hiddətlənmiş Bax göz yaşları içində çığırır:
Davamı →

İsaak Nyuton

Başına alma düşəndən sonra Yerin cazibə qanununu kəşf eləmiş Nyutonu kim tanımır ki. O vaxtdan bəri saysız hesabsız almalar başlara düşüb, amma dünya qanunlarını kəşf eləyənlərin sayını artırmayıb. Bizdə Nyutonlar olsaydı,… onların başına düşəcək alma həmişə tapılardı!
Bu yaxında Qüds \«Nyutonun sirləri\» adlı sərgidə alimin 1704-cü ildə yazdığı məktubu nümayiş etdirilib. O, məktubunda dünyanın sonunun 2060-cı ildə olacağını yazıb. Bu proqnozunda İncil mətnlərinə əsaslanan, Daniil peyğəmbərin kitabını dəqiq tədqiq edən alim belə nəticəyə gəlib ki, Böyük Karlın 800-cü ildə yaratdığı frank imperiyasından sonra bəşəriyyətə cəmi 1260 il yaşamaq şansı verilib.


Ardı →

Zərdüşt belə dedi (Fridrix Nitşe)

Bir gün Zərdüşt əncir ağacının altında yatmışdı, isti idi, o, əlini üzünə qoymuşdu. Bu vaxt bir ilan gəlib boynundan sancdı ki, Zərdüşt ağrıdan qışqırdı. O, əlini üzündən çəkdi və ilana baxdı; onda ilan Zərdüştü tanıdı, yendəmsiz halda dönüb getmək istədi. “Dayan görək, – Zərdüşt dilləndi, –əvvəl təşəkkürümü qəbul et! Məni vaxtında oyatdın, yolum yaman uzaqdır”. İlan dərdli-dərdli: “Yox, yolun çox qısadır, –dedi, – mənim zəhərim tez öldürür”. Zərdüşt gülümsündü. “Nə vaxtdan bəri əjdaha ilan zəhərindən ölür? – dedi.


Amma hər halda gəl zəhərini geri götür. O qədər varlı deyilsən ki, mənə belə hədiyyə verəsən”.Onda ilan yenidən onun boynuna sarılıb yarasını yalamağa başladı.


Ardı →