Məhəbbət (sevgi) nədir?

  • Sevgi
Məhəbbət – hələ də tam dəqiqliyi ilə açılmayan qapalı bir sirrdir. Əslində dünya elə məhəbbət üzərində bərqərar olub. Dahi şair M.Füzuli “Eşqsız ey dünya nədir dəyərin?” söyləyərkən elə buna işarə etmişdir. Bəs niyə hər kəsin sevgiyə ehtiyacı olduğu təqdirdə, məhəbbətin sirrini hələ də açan olmayıb? Məhəbbətin sirri bir aləm olduğunu düşünən Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev ANS PRESS-ə şərhində əsl sevginin öz əksini tapmamış, tamamlanmamış bir hiss olduğunu söylədi.
Davamı →

Astronomiya nədir?

Astronomiya ən qədim təbiət elmidir.O, göy cisimlərini öyrənir.Yunanca “astron”-göy cismi,ulduz,”nomos”-qanun,elm deməkdir.Bir neçə elmi istiqamətlərdən və ona daxil olan bölmələrdən ibarətdir.
1.Astrometriya, nəzəri astronomiya və göy mexanikası
2.Astrofizika və ulduz astronomiyası
3.Kosmoqoniya
4.Kosmologiya


Ardı →

Əsəbilik və yorğunluq

Əsəbisiniz? yorğunsunuz? Yuxusuzsunuz? Bu problemlər sizdə də varsa səbəbləri və çarələri haqqında biraz məlumatlanaq. Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar.
Ardı →

Nüsrət Kəsəmənli

Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) — şair, publisist, 1977-ci ildən Azərbaycan Yazıçılaır Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982).
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən «Bakı» və «Baku» qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969-cu ildə). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).

60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. «Boş kəndlərin harayı», «Mövzu üzrə improvizasiya», «Ənbizlərin keşiyində», «Sovet Azərbaycanına səyahət» və s. sənədli filmlərin, «Afroditanın qolları», «Qarabağ əhvalatı» bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.





Davamı →

Yuri Qaqarin-ilk kosmonavt

Qaqarin: «Mənim uçmaqdan başqa amalım, arzım yoxdu. Təyyarəçi uçmalıdır. Həmişə uçmalıdır.»
Xruşov demişdi ki, «Bax, Qaqarin kosmosa uçdu, orda Allahı görmədi ki?».


Onlar 20 nəfər idi. Adi, o qədər də güclü olmayan təyyarəçilər. Axı hansı komandir öz yaxşı yetirmələrini başqasına verərdi? Onları birləşdirən bir əlamət vardı, hamısının boyu balaca idi. Kosmonavtın yerləşəcəyi məkan balaca olduğundan raketin baş hissəsində ucaboy insan otura bilməzdi. Axı bu aparat insan üçün yox, kosmosa nüvə silahı daşımaq üçün layihələşdirilmişdi. Bu silah ABŞ üçün nəzərdə tutulurdu.


Ardı →

Bürclər yeni ilin ilk ayında nə vəd edir?

Yanvar ayı üçün astroloji proqnoz

Qoç
Yeni ilin ilk ayı sizə çoxlu yeni görüşlər və yeni təəssüratlar gətirəcək. İş həyatınız kifayət qədər dolu olacaq, amma bu o demək deyil ki, istirahət barədə unutmamalısınız. Əksinə, imkan düşdükcə əylənməlisiniz. Kinoya və teatra gediş həmkar və dostlarınızla əla vaxt keçirməyinizə səbəb olacaq.

Buğa
2011-ci ilin ilk ayı sizin üçün şən və sevgidolu keçəcək. Amma iş barəsində də unutmaq olmaz. Əgər tənbəllik etmədən çalışsanız ayın sonunda mükafat alacaq və ya tərifə layiq görüləcəksiniz. İstirahət etmək imkanı ayın ikinci yarısında yaranacaq. Ayın əvvəli iş yerində çox maraqlı olacaq.

Ardı →

Xoşbəxt olmağın yeddi sirri

Bəzən insan böyük bir ümüdsüzlüyə düşür və onu nəyin xoşbəxt edəcəyini bilmir. Ümüd edirəm aşağıda qeyd olunanlar xoşbəxt olmağa müsbət təkan verəcək və kimisə xoşbəxt etməkdə köməyi olacaq.

1. Hər şeylə qane olmağı bacarın. Qane olmaq bacarığı sizə xoşbəxtliyin qapısını açacaq. Malik olduğunuz hər bir şeyi dəyərləndirin. Malik olduqlarını dəyərləndirə bilməyənlər xoşbəxt ola bilməzlər;

Ardı →

Hakerlər (Xakerlər)

Haker (ingiliscə hacker,rusca хакер) proqramlaşdırmanı çox gözəl bilən, komyuterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompyuter texnologiyaların təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir. Hakerlər həmçinin o şəxslərdir ki, onlar məişət texnologiyalarına məsələn, radioqəbuledicilərə, printerlərə və ya çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq əldə etmək mümkün olsun.


Ardı →

Oğlaq bürcünün xarakteri

Oğlaq bürcü öz qeyri-adiliyi ilə fərqlənir. Belə ki, «Oxatan» dövründə nisbi sakitlik və münasibətlərdə mülayimlik bərqərar olursa, Oğlaq bürcünün Göy qübbəsinə hakimlik etdiyi ərəfədə yenidən «alovlar püskürür». Bununsa bir neçə incə səbəbi var. Əvvəla ona görə ki, bu «soyuq» Zodiak insanlarda ilk növbədə səbrsizlik, müsahiblərlə razılaşmamaq, ailə zəminində qanqaraldıcı hadisələr vəd edir. Üstəlik, bu bürc mövcud olduğu dövrdə siyasi çəkişmələr, cəmiyyətdə gedən proseslərdə gərginlik, o cümlədən, sosial partlayışlar da baş verir. Bu səbəbdən də sözügedən «təhlükəli» bürcün əhatəsində ehtiyatlılığı maksimal həddə çatdırmaq lazımdır.
Davamı →

Aleksandr Düma-350 qadın və 647 kitab

Uğur, borclar və qadınlar onu daban-dabana izləyirdi
Paris ətrafında iri torpaq sahəsində  «Monte Kristo» adlı qəsr vardı. Qəsrin devizi «Məni sevənlərin hamısını sevirəm» girişdə asılmışdı. Bu, Dümanın illərlə ürəyində daşıdığı arzusunun, qəhrəmanın diliylə çatdırdığı xülyaların real görüntüsüdü. Qəsrin 200 metrliyində İf qalasının kiçik kopyası ucalırdı. Onun hər daşında Dumanın bir kitabının adı oyulub. Spiralvari pilləkənın başındakı otaqda o, gecələri keçirir. Qonaqların səs-küyündən bezib bura gəlir ki, sakitlikdə yaza bilsin. Onore de Balzakın dediyinə görə Monte-Kristo qalası reallaşa bilmiş ən cəsarətli divanəlikdir. Axı, Düma torpağı da şifahi razılıqla almışdı. Həmin kəndli kefi istədiyi dəqiqə gəlib burda kələm əkə bilərdi. Bu sehrli qəsrin qapıları heç vaxt bağlanmazdı.


Ardı →