İtaliya XIX əsrin I yarısında.

XIX əsrin əvvəllərində İtaliya ərazisi yenidən Avropa dövlətlərinin müharibə meydanına çevrildi. İtaliya dövlətlərinin və Avstriyanın Fransa ordularının müdaxiləsinə qarşı apardıqları uğursuz müharibələr nəticəsində ölkənin bir hissəsi fransız qoşunlarının işğalı altına düşdü. Yalnız Siciliya və Sardiniya bu işğaldan kənarda qalırdı. 1802-ci ildə Napoleon Bonapartın başçılığı ilə işğal olunmuş əraziləri əhatə edən İtaliya respublikası yaradıldı. Müharibələr təsərrüfatda dağıntılara səbəb oldu. Fransız qoşunlarının zəbt edilmiş ərazilərdə apardığı genişmiqyaslı müsadirələr əhalinin vəziyyətini daha da ağırlaşdırdı.
Davamı →

Almaniya imperiyasının təşkili

Prussiyada konstitusiya böhranı ilə əlaqədar hökumətin başçısı təyin edilən Otto fon Bismark Almaniyanın birləşdirilməsi üçün əvvəlcə Rusiyanın bu məsələdə bitərəfliyinə nail oldu. Danimarka kralının Şlezviq və Holşteyndə siyasətini kəskin ittiham edən Bismark 1864-cü ildə Prussiyanın Danimarkaya qarşı müharibəsində Avstriya və digər alman dövlətlərinin müttəfiqləri kimi iştirakını təmin etdi. Həmin ərazilər Danimarka krallığından geri alındıqdan sonra onların idarəçiliyi ilə bağlı Avstriya ilə yaranmış mübahisədən bəhanə kimi istifadə edən Prussiya 1866-cı ildə bu dövlətə qarşı müharibəyə başladı. Alman dövlətlərini qarşı-qarşıya qoyan bu müharibəni bəzən “Almaniya-Almaniya”, “40 günlük” müharibələr də adlandırırlar. Müharibədə İtaliya krallığı ilə birlikdə qalib gələn Prussiya Avstriyanı Almaniya İttifaqını tərk etməyə məcbur etdi və 22 alman dövləti ilə birlikdə Şimali Almaniya İttifaqını yaratdı. 1867-ci ildə qüvvəyə minən Konstitusiya Prussiyanın İttifaqda hökmranlığını təsbit edirdi.
Davamı →

Almaniya 19-cu əsrin I yarısında

XIX əsrin əvvəllərində yüzlərlə dövlətdən ibarət Almaniya ərazisində ən güclüsü Prussiya krallığı və Avstriya imperiyası idi. I Napoleon digər alman dövlətlərini Prussiyaya və Avstriyaya qarşı qoyur, burada yeni dövlətlər (Berq hersoqluğu, Vestfal krallığı) yaradırdı. Prussiya ilə Fransa arasında bağlanmış Tilzit müqaviləsi (1807) ilə krallıq öz ərazisinin yarısını itirdi. Bir qədər sonra Avstriya da ərazisinin bir hissəsini Fransaya verməli oldu. Fransız qoşunlarının işğalı altında olan Almaniya ərazilərində müsadirələrlə yanaşı, həm də feodal qaydalarını və kilsənin qüdrətini sarsıdan mütərəqqi sosial-iqtisadi tədbirlər həyata keçirildi.1813-cü ildə Almaniyada I Napoleonun zülmünə qarşı genişlənən milli azadlıq müharibəsi qalibiyyətlə nəticələndi. Lakin Vyana konqresinin* qərarı ilə Almaniya yenə də siyasi dağınıqlığa məhkum edildi. Burada yaradılan Almaniya İttifaqı 34 dövlət və 4 azad şəhərdən ibarət idi.
Davamı →

Sofi Lorenin gözəllik sirri

Dünya kinosunun əfsanəsi Sofi Loren gəncliyinin və gözəlliyinin sirlərini bölüşüb.

84 yaşlı Sofi öz təravətini əsasən pozitivliyinə borclu olduğunu bildirib.

Canlı əfsanə hesab edir ki, cazibədarlığın ən başlıca sirri xoş əhval-ruhiyyədir. «Mən hər zaman pozitiv düşünməyə çalışıram. Məni çox nadir hallarda kədərli və bədbin görə bilərsiniz. Başqalarında xoş təəssürat oyatmaq istəyirsinizsə, həyatın hər anından zövq alaraq yaşayın.
Davamı →

Yağış

Pəncərənin o tayında,

Yenə də bulud çağlayır

Bəlkə səma öz hayında,

Bu gecə yenə ağlayır.

.

Yaman tez ağlar payızı

Ərköyün uşaqlar kimi.

Göylərin yoxmu atası?

Onun gözlərin silmirmi?

.

Bu qədər ağlamaq olmaz.

Verin göyə bir təsəlli.

Ağlamaqla dərd azalmaz -

Səma bunları bilmirmi?

.

Nədir səmanın görəsən

Bu payızla ədavəti?

Uca ikən, olub küsən

Uşaqtək ağlamaq nədi?

.

Amma dəymə, ağlasın da.

Kiritməyin o yazığı.

Bəlkə elə səmanın da

Ağlamaqdır ucalığı.

.

Göylər ağlayır hər dərdə.

Səmada nə yalan olar?

Heç olmasa o göylərdə

Ağlamağa cəsarət var.


Cavidan Hacıyev


Davamı →

Çiçək qrupları

Çiçək qrupları. Çiçəklər gövdə üzərində, adətən, tək-tək və ya qrup halında yerləşir. Gövdə üzərində qrup halında yerləşən çiçəklər çiçək qrupları adlandırılır. Çiçək qrupları sadə və mürəkkəb olur.
Sadə çətir. Saplaqlı çiçəklər qısalmış əsas oxda çətirin milləri kimi bir nöqtəyə birləşir. Belə çiçək qrupuna alma, albalı, soğan, sarımsaq, gilas və novruzçiçəyi (primula) kimi bitkilərdə rast gəlinir.
Mürəkkəb çətir. Sadə çətirlər bir yerə toplanaraq mürəkkəb çətir çiçək qrupunu əmələ gətirə bilir. Mürəkkəb çətir çiçək qrupu şüyüddə, yerkökündə, baldırğanda, cəfəridə olur.
Davamı →

Hər gün içdiyimiz çayın - zərərləri

Alışdığımız çay orqanizmə xeyirdir. Amma hamıya, hər zaman və istədiyi miqdarda yox.

Mədə xorasında

Çay həzm prosesinə kömək edir. Amma siz mədə və onikibarmaqbağırsağın xorasından, eləcə də mədə turşuluğunun yüksək olmasından əziyyət çəkirsinizsə, çay içməyi azaldın. Sağlam mədədəki fosfor turşusu birləşmələri mədə turşusu birləşmələri mədə turşusunun sekresiyasını aşağı salır. Yadda saxlayın ki, çayın bir komponenti teofilindir. Teofilin isə bu birləşmənin funksiyasını azalda bilər, nəticədə mədə turşusunun xeyli artar. Bu isə öz növbəsində xoranın sağalmasına mane olur. Buna görə də çayın sayını azaldın, tünd çay içməyi isə birdəfəlik tərgidin.


Davamı →

Dmitri Dmitriyev Şostakoviç

Musiqi dünyasına adını qızıl hərflərlə yazdıran görkəmli sənətkarın həyat yolu və qeyri-adi yaradıcılığıbizə nə deyir ?!

D.D.Şostakoviç 1906 — cı ildə Peterburqda anadan olmuşdu. Onun valideynləri mütərəqqi dünyagörüşü, geniş bilik dairəsi ilə seçilərdilər. Gələcək bəstəkarın atası kimyaçı, anası isə pianoçu idi. Onların evində tez-tez maraqlı musiqi axşamları keçirilirdi. Şostakoviçin musiqi istdadı özünü tez biruzə vermişdir. Kiçik Dima əsərlər bəstələməyə cəhd göstərirdi. Ailə inqilabı böyük rəğbətlə qarşılayır.
Davamı →

İnanılmaz CASUS HEKAYƏSİ - Bütün qadınların sevdiyi ətrin yaradıcısı əslində KİM İDİ?

Modanı yenidən yaradan və «Chanel» ətirləri ilə adını tarixə yazan Koko Şanel İkinci Dünya müharibəsi zamanında bir nasist zabiti ilə sevgili olmaqla kifayətlənməyib, həm də onlar üçün casasluq edib.

Məlumatda bildirilir ki, çox fürsətcil qadın olan Şanel nasistlər iqtidarda olanda, o da modanın iqtidarı olub.

Şanel markasının yaradıcısı, Fransız modelyer almanların xarici siyasəti və Hitlerə heyran idi. İkinci Dünya Müharibəsinin ilk illərində Şanel alman aristokrat Gunter von Dinklageni sevir. O, nasistlərin təbliğat naziri Cosef Gebbelsə bağlı adam idi. Nasistlər 1940-cı ildə Fransanı işğal edəndə hər kəs evlərindən küçəyə atılsa da, Şanel ancaq yüksək rütbəli alman zabitləri və nasist dəstəkçilərinin qala bildiyi Ritz otelə yerləşmişdi.


Davamı →