Vacib qərar

        Ailə-bizim sığınacağımız və trampilinimizdir. Ondan təkan alaraq, biz yeni zirvələri fəth edə bilərik.

      Əgər nigahınızın toydan sonra acınacaqlı vəziyyətə düşməsini istəmirsinizsə, onda bu məsələ haqqında yubanmadan ciddi və ətraflı şəkildə düşünməlisiniz. Qadının əri kimi heç bir kəs onun xoşbəxtliyini əlindən ala və həyatını dözülməz edə bilməz: öz qadını kimi heç bir qadın kişinin ümid və arzularını heçə endirə, qüvvəsini əlindən ala və onun nüfuzunu və nailiyyətlərini yox dərəcəsinə endirə bilməz. Bir çox qadınlar və kişilər bütün müvəffəqiyyətlərinin və uğursuzluqlarının başlanğıcını nigah günündən başlayaraq hesablayırlar, gələcəyə ümidlərini bu günlə bağlayırlar. Nigah — sizin indiki və gələcək həyatınıza böyük təsir göstərən qeyri-adi bir məvhumdur.


Ardı →

Estetikləşdirilmiş sadizm

Bu yaxınlarda Rusiya televiziyada yayımlanan uşaq verilişləri və mültfilmlərə münasibətini köklü surətdə dəyişdi. Həmin qanuna görə daim siqaret tüstülədən və dovşanın gününü qara edən «Nu, poqodi» qəhrəmanı uşaqların psixikasına zərər vura biləcək deyə yalnız gecə 11-dən sonra göstərilə bilər. Çeburaşka da eybəcər qulaqlarına görə bu kateqoriyaya aid edilib. Amma bir-birini güllələyən, partladan, didişdirən, çeynəyən, dağıdan pakemonlar, bakuqanlar, qeyri mütənasib quruluşlu, üçbucaq sifətli, piramida bədənli, kubik şəkilli adamabənzərlər televizorlardan yığışdırılmadı. Olaylara kənardan baxanda uşaqların psixikasına mənfi müdaxilənin sanki hansısa əmr ilə, bilərəkdən edildiyi təəssüratı yaranır. 


Ardı →

KAŞ və BƏLKƏ

Bir səhər oyanasan və görəsən ki, buludlar rəngini dəyişib. Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən içəri və görəsən ki, qoca bir qadın dayanıb, amma, nə gileylənir, nə də yorğundu. Salamlaşıb keçəsən...

 Tıxacsız yollarda gedəsən, dəqiq dayanacaqlarda saxlayalar avtobuslar. Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca, dayanıb saatlarla baxasan. Və anlayasan ki, qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir…


Ardı →

"Effektiv çıxış yolu"- durmu?

Dövlət bir gün geniş və boş bir əraziyə gecələr nəzarət etsin deyə 500 AZN maaşla, bir gözətçi işə götürməyə qərar verir. Bir müddət sonra düşünürlər;
'' Yaxşı, təlimatlar olmadan gözətçi işini necə edəcək''
Bir planlaşdırma idarəsi yaradılır və planlama məsələsini həll etmək üzrə, 750 AZN-lik maaşla, iki adam işə götürülür.
Bir müddət sonra ''İşləri qaydasında edib etmədiklərini necə bilək, nəzarət edək'' deyə düşündükdən sonra, 1000 AZN-lik maaşla, iki Nəzarətçi işə götürülür, biri nəzarət edir, digəri hesabatları yazır.
Bir müddət sonra '' Bunların maaşları hesablanıb necə ödəniləcək'' deyə müzakirə mövzusu ortaya çıxır və 1500 AZN-lik maaşla bir mühasib, bir katib, bir də statistika üzrə kadr işə götürülür.
Bir müddət sonra; '' Yaxşı, bunların üstündə kim cavabdeh şəxs olmalıdı'' deyə düşünürlər və 5000 AZN maaşlı bir müdir və 3000 AZN-lik maaşla iki müdir köməkçisi işə götürülür. 
Bir müddət sonra, ölkədə iqtisadi böhran ortaya çıxır və büdcədəki xərcləri azaltmaq üçün "Gözətçi işdən çıxardılır"!
Davamı →

Aşurə Günü

Əziz müsəlmanlar, bu il Noyabr ayının dördünə təsadüf edən Aşurə günü Məhərrəm ayının onuncu günüdür. Bu günün fəziləti ilə əlaqədar Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur: “Ramazan orucundan sonra ən fəzilətli oruc, Məhərrəm ayında tutulan (Aşura) orucudur”

Əziz qardaşlar, Məhərrəm ayı tarix boyunca insanlıq üçün sevindirici və kədərləndirici hadisələrin baş verdiyi bir aydır.  Məhərrəm ayının İslam dünyasında bu qədər məşhurlaşmasının səbəbi bu ayda Kərbala faciəsinin baş verməsidir. Hicri tarixlə altmış birinci ildə Peyğəmbərimizin (səs) nəslindən gələn bir qrup seçkin insan Kərbalada vəhşicəsinə şəhid edilmişdir. Bu faciə İslam tarixinin gördüyü ən dəhşətli hadisələrdən biridir. Bu cinayətin İslam dünyasının bağrında açdığı yara hələ də qanamaqdadır. Peyğəmbərimizi və onun mübarək əhli beytini sevən hər bir müsəlmanı bu hadisə dərindən kədərləndirməkdədir. Hz. Hüseyn, Peyğəmbərimizin həm əmisi oğlu, həm də kürəkəni olan Hz. Əli ilə cənnət qadınlarının anası Hz. Fatimənin övladıdır. Hz. Hüseyn, Hz. Peyğəmbərin: “Dünyanın iki çiçəyi, axitətdə də cənnətdəki uşaqların əfəndiləri” dediyi iki nəvəsindən biridir. Hz. Hüseyn, Peyğəmbərimizin: “Allahım! Mən onları sevirəm, sən də onları sev!” deyə dua etdiyi və  adını şəxsən qoyduğu nəvəsidir.


Ardı →

Ömür bitmiş fikir deyil | Səhər Əhməd

Necə xoşbəxt görünür hər kəs öz tələsində.Son damla goz yaşı da kirpiklərin ucundan ozunu atar mənfi sonsuzluga...

Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.

Gerçəkliklə romantika arasından sərhədlər götürülsə  aydın olar ki, əsl gerçək – ən dərində hiss etdiyindi, ən asan yaşadığın yox.

… Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

Bu dünyada ölümlər belə təkrardı, ölümlərin belə surəti çıxarılmış.

Bizə zamanı tanıtmadılar, əbədiyyət barədə nağıllar yanlış.

Piyadalar ən yaxşı halda vəzirə çevrilər,  şaha yox.

Gecikmiş məğlubiyyət qocalıqdakı ölüm kimidir, adamı elə də incitmir.

Bir ovuc Vətən torpağı satılır, bir udum qürbət havasına…


Ardı →

Müdriklər və fatehlərin həyatından

     Soyuq suda bişən balıq. Qədim yunan filosofu Ksenofon öz hazırcavablığı ilə məşhur idi. Bir dəfə kimsə ona deyəndə ki, qaynar suda yaşayan balıqlar görüb, Ksenofon dərhal cavab verir:«Onda gərək onları soyuq suda bişirək».

    Dialoq. Qədim Çin filosofları Çtuan-Tszi və Xuçşi çayın üzərində salınmış körpüdə gəzişirmişlər. Çtuan-Tszi deyir: «Bu balıqlar suda necə böyük ləzzətlə oynaşırlar, balıq həyatının həzzi bundadır». Xuçşi deyir: «Sən ki balıq deyilsən, balığın nədən həzz aldığını hardan bilə bilərsən?». Çtuan-Tszi dərhal cavab verir: «Sən ki mən deyilsən, hardan bilə bilərsən ki, mən balığın nədən həzz aldığını bilmirəm!»

    Köpək. Bir nəfər Diogeni izdihamlı bir yerdə oturub çörək yediyini gördükdə filosofa demişdir: -Sən evdə deyil, köpək kimi meydanda, adamların arasında yeyirsən. Diogen deyir: -Qardaş, köpəklər, adətən, çörək yeyən adamların yanını kəsdirib durduqları kimi sən də mənim yanımda şöngəyib durmusan.


Ardı →

100 illik müqavilə

TagiyevHacı Zeynalabdin Tağıyev, Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir.
Şəkillərdən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalarından birini seçərək əyləşir. Gözləyir… Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb olaraq isə xidmətçi Hacının xarici görünüşünü görüb onu yoldan keçən və ya aşağı təbəqəli şərqdən gələn bir insan kimi qəbul edir. Sonda özü onu səsləmək qərarına gəlir. Səslədikdən sonra xidmətçi ona hay verir və indicə yaxınlaşacağını söyləyir. Hacı səbr edir, ancaq xidmətçi yaxınlaşmır. Qərara gəlir ki, restoranı tərk etsin. Belə də olur. Hacı gəldiyi kimi də nahar etmədən restoranı tərk edir. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların saqqallı və şərq görünüşlü qonağı Bakıdan gələn bir millionerdir. Cəld ağanın arxasınca bir elçi göndərirlər. Ağanı restorana gətirərək ondan üzr istəyirlər və onunçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur:
Ardı →

"Azərbaycan" adının etimologiyası

Bir neçə ay əvvəl, «Gülüstan» sarayında ABUC-un «Qızıl qılınc» mükafatının təqdimat mərasimi keçirilirdi. Təqdimatdan sonra görkəmli alim, professor Firidun Ağası oğlu Cəlilovla maraqlı söhbətimiz alındı. Müxtəlif mövzuların üzərindən hərlənib Azərbaycan sözünün üzərində qaldıq. Mən sevgili ölkəmizin adı ilə bağlı irəli sürülən iddialara kəskin etirazımı bildirdim. Azərbaycan adının guya ki, Makedoniyalı İskəndərin bu ərazilər üzrə satrapı olmuş Atropatena adından qaynaqlanmasını heç cür qəbul etmədiyimi bildirdikdə bəy mənimlə razılaşdı və bəzi tarixçilərin bu iddiasını tamamilə əsassız hesab etdi. Sovet tarixçilərinin fərziyyələrinə görə eramızdan əvvəl IV əsrdə Makedoniyalı İskəndər işğal etdiyi əraziləri satraplıqlara bölmüş, idarə olunması üçün öz adamlarını qoymuşdu.
Ardı →