«Mənim cavan bir nökərim vardı. Bir dəfə səyahət zamanı tanışımla birgə nahar elədim. O, gedəndən sonra nökərim dedi ki, bu adam çox ağıllıdır. Soruşdum ki, o, hansı əlamətlərə görə bu qərara gəlib?
— Ağıllı adam həmişə düz danışır!
.

Bu mövzu Fariz Rzayevin (Aşıq Ələsgərin nəticəsi və onun qoyduğu musiqi irsinin layiqli davamçısı həm də zərb alətlərin mükəmməl ifaçısı, poeziyaya, aşıq yaradıcılığına qəlbən bağlı olan, musiqi tarixi və nəzəriyyəsini özunə görə şərh edən Rvarud kənd sakinidir.) öz nəsilinin ağsaqqallarından eşitdikləri əsasında işlənmişdir.
Ilk öncə onu qeyd edəki, Rvarud kəndin (Lerik rayonunda inzibati vahidlərindən biri) musiqi tarixi haqqında informasiya toplamaq asan məsələ deyildi.Bu onunla izah edilir ki, kəndin musiqi tarixinə dair, yazılı və digər qaynaqlar olmamışdır.
Yaşıl çay Camellia sinensis yarpaqlarından əldə edilən çaydır.Eyni bitkidən əldə edilən qara çay üçün yarpaqlar yavaş-yavaş qurudulur, yaşıl çayın isə yarpaqları toplanır-toplanmaz qovrularaq tez qurudulması həyata keçirilir.Bu sual ətrafinda illərdir baş sındırıram, cavablar axtarıb tapır və praktik olaraq öz üzərimdə sınamağa çalışıram. Çox irəli getməmiş, bəziləriniz sual verə bilər ki: “Axı biz nə gündəyik ki?” . Xırda bir xatırlatma edib, problemin həlli istiqamətində variantlar üzərində dayanacam. İlk olaraq ondan başlayaq ki, torpaqlarımızın 20 faizi – Qarabağımız işğal altındadır. Əgər bir az da dərindən fikirləşsək, hələ Cənubi Azərbaycanımız, İrəvanımız, Göyçəmiz də əlimizdən çıxıb. Bu yerdə nə romantizm və nə də ağlaşma qurmaq fikrim yoxdur, problemin həlli yolların axtarıram. Nə gündə olmağımızı anlamaq üçün davam edək, torpaq problemindən sonra, ölkədə insanlarımızın maddi vəziyyəti elə də ürəkaçan deyil, sübut kimi 4 milyondan çox həmyerlimizin Rusiya bazarlarına üz tutmasını göstərmək olar. Ölkədə qalan vətəndaşlarımızın da vəziyyəti elə də ürəkaçan deyil, bəzilərimiz ya rüşvət veririk, ya da rüşvət alırıq.
Riyaziyyatın Ən əsas həll olunmamış problemləri «Minilliyin Problemləri» — «Millenium Problems» adlanır. Bu ad altında 7 problem vardır ki, onlardan biri — Poinkare fərziyyəsi rusiyalı riyaziyyatçı Qriqori Yakovleviç Perelman tərəfindən 2010-cu ilin sentyabrında sübuta yetirilmişdir. Bu ad altında problemlərin həllinə Amerikanın Kley İnstitutu (Clay İnstitute) tərəfindən 1000000 USD civarında mükafat qoyulmuşdur. Lakin indi o məsələlərə girişməyəcəyik.
Əlavə Ədədlər Nəzəriyyəsi üzərindən bəzi problemləri nəzərinizə çatdırmaq istəyirəm.
1. Qoldbax hipotezi (Goldbach hypothesis):
«2-dən böyük cüt ədədlər 2 sadə ədədin cəmi şəklində göstərilə bilər.»
Maraqlısı burasındadır ki, bu fərziyyənin nə doğruluğu, nə də əksi isbat oluna bilib.
Alman riyaziyyatçısı Kristian Qoldbax məşhur riyaziyyatçı Leonard Eylerə (Leonhard Euler) 1742-ci il tarixli məktubunda bu fərziyyəni qeyd etmişdi.
2. Kollatz fərziyəsi (Collatz conjecture):
Fərziyyə belə ifadə olunur:
«Hər hansı bir müsbət tam (natural) ədəd:
1. Cütdürsə, 2-ə bölündükdə;
2. Təkdirsə, 3-ə vurulub üzərinə 1 əlavə etdikdə;
3. Və alınan təzə ədəd üzərində də bu əməliyyatları periodik şəkildə yerinə yetirsək, son ədəd mütləq 1 olacaqdır.»
Bu fərziyyənin əksi demək olar ki, mümkün deyil. Amma isbat edən də olmayıb. Bu fərziyyəni artıq nəzəriyyə kimi istifadə edərək, müəyyən ədəddən 1 ədədinin alınmasınadək proseslərin sayının hesablamasının tətbiqində araşdırmalar aparılır.
Alman riyaziyyatçısı olan Lotar Kollatz (Lothar Collatz) 1937-ci ildə, 27 yaşında ikən bu fərziyyəni irəli sürmüşdür və hələ də isbat edən olmamışdır.
Ardı var...

Bir zaman dünyaya gəlmek istəyən körpə yaradan Allahdan soruşur
Bir az əvvəl o biri dünyaya gedəcəyimi söylədilər.Ancaq, mən o qedər körpə, o qədər gücsüzem ki, orada necə yaşayacağımı bilmirəm.
-Mən o qədər mələklərin içərisindən bir mələk seçmişəm ki, o səni həmişə qoruyacaq.O hər zaman sənə gülümsəyəcək, hər zaman sənə mahnı oxuyacaq.Onun Sevgisini hər an üzərind hiss edəcəksən və bu səni bütün ömrün boyu qoruyacaq. Bes men insanların dilini bilməyə-bilməyə onlarla necə danışacam?
Həmin mələk sənə dünyada eşidə biləcəyin ən gözəl, ən şirin sözleri söyləyəcək və sənə danışmağı öyrədəcək.
Dünyada pis insanların olduğunu eşitdim.Bəs məni onlardan kim qoruyacaq?
Narahat olma, hemin melek seni həyatı qeder qoruyacaq.
Bu arada seslər gəlir və uşağın o biri dünyaya getmə vaxtı gəlib çatır.Uşaq son bir sualını yaradana verir:
Bəs yaxşı hemin mələyin adı nedi?
Mələyin adının heç fərqi yoxdu.Sən onu sadəcə olaraq, ANA çağıracaqsan!!!!