19royal98
Reytinq
+89.46
Güc
205.78

19royal98

Röyal

Hərkəs özüdür

— Sən kimsən?
+ Mən yaxçı oğlanam. Əlimdə təsbeh söybət həll edirəm.

— Sən kimsən bəs?
+ Mən cool ərgənlərdən. Əlimdə kitab Yer6da fırlanıram. Halbuki o kitabın mənasını bilmirəm. Məqsəd qız tutmaqdı.

— Bəs sən kimsən?
+ Hərşeydən narazı ölkədən qaçmaq istəyən biri. Mən ancaq qınayıram. Mübarizə aparmağa gəldikdə isə yox. Mənlik deyil. Mən siyasətə qarışmıram.

— Bəs sən?
+ Mən yolda gördüyüm hər qıza söz atan «oğlan». Başqa yerdə namusdan dəm vururam, amma günümü Malakan bağında keçirdib öz aləmimdə «babniklik» edirəm.

+ Sən bəs?
+ Mən ərgən ateist. Çoxları belə oldu deyə məndə belə oldum. Nəm deyirlər guya cool olursan. Bilmirəm. Toyda kababdan basıb yeyirəm, amma sözdə heyvan haqqlarından dəm vururam.

+ Sən?
— Mən isə bu boyda insanın ağıllı və sağlam düşüncəyə malik olmasını istəyən bir yazıq. Millətinin bu vəziyyətinə baxıb, yanıb-tökülən yazıq. Qadına, qıza söz atan bəzi gənclikdən iyrənən yazıq. Mən buyam. Bu.

«Hərkəs özüdür» adlı qısa bir yazı.

Davamı →

Bax, belə bir hissdir!...

Bir gün Napoleon Bonapart (1769-1821) düşmən əsgərlərindən qaçarkən bir dükana girdi və satıcıya onu gizlətməyi əmr etdi. Satıcı Napoleonu gizlətdi və onu axtaran düşmən əsgərlərinə:
— Bir az əvvəl bir nəfər bu tərəfə qaçdı, – dedi.
Nəhayət, bir az sonra Napoleonun mühafizəçiləri gəldilər. Satıcı, bəlkə də, ömründə bir daha görməyəcəyi Napoleondan soruşdu:
— Cənab imperator, mənim üçün çox maraqlıdır, ölümlə üz-üzə gəlmək necə bir hissdir?..

Napoleon birdən qəzəbləndi və:
— Sən kimsən ki, mənimlə belə danışırsan? – deyə qışqırdı.

Və öz əsgərlərinə satıcını güllələməyi əmr etdi. Əsgərlər, əvvəlcə, satıcının gözlərini bağladılar, sonra da sıra ilə qarşısına düzüldülər. İndi artıq onlar Napoleondan “atəş” əmrini gözləyirdilər. Satıcı içindən dərin bir ah çəkdi və:
— Gör bir sən nə etdin? Boş bir həvəs üçün özünü oda atdın? – deyə düşündü.

Bu vaxt arxadan bir cüt əl uzandı və satıcının gözlərindəki bağı açdı. Qarşısında Napoleon var idi. Və Napoleon tək bir cümlə ilə bu cavabı verdi:
— Bax, belə bir hissdir!..
Davamı →