Dianka
Reytinq
+2.90
Güc
0.00

Dianka

Ziya Səfərbəyov, "Onu Sevməyə Məhkumam" Artıq satışda...

Sevgi yaş bilmir, sevgi qocalmır, sevgi müvəqqəti dayanacaq deyil, əbədi sığınacaqdır... 

©Ziya Səfərbəyov, «Onu Sevməyə Məhkumam» Artıq satışda...  «Onu sevməyə məhkumam» kitabını bu mağazalardan əldə edə bilərsiniz.

1. Park Bulvar "Əli və Nino" ( 1-ci mərtəbə )
2. Metro Park "Əli və Nino" ( 3-cü mərtəbə )
3. 28 Mall "Əli və Nino" ( 3-cü mərtəbə )
4. "Əli və Nino" № 1. ( Ünvan: Fəvvarələr/Torgovaya )
 
Davamı →

Ziya Səfərbəyovun "Mənim lənətlənmiş dünyam" kitabı artıq satışda...

Ziya Səfərbəyovun «Mənim lənətlənmiş dünyam» kitabı artıq satışda...
Artıq satışda...

Oxuculara təqdim olunan “Mənim lənətlənmiş dünyam” kitabı çıxılmaz halda olan üç insanın taleyindən bəhs edir. Ağır bir xəstəliklə mübarizə aparan gənc qadın, öz acizliyini unutmaq üçün hər gün sevərək, qulluq etdiyi “brunfelsiya” adlı zərif bir çiçəyin gözəlliyində təsəlli tapmağa çalışır.
Məşuqəyə görə ailəsindən imtina edən vəfasız atanın oğlu, anasının intiharı ilə barışa bilmir. Narkotikdə təsəlli tapan oğlan öz taleyini puç etməklə yanaşı, günahsız və məsum bir qızı zorlayaraq, onun həyatında unudulmaz bir iz qoyur. 
Zorlanmış qızın acınacaqlı taleyi, onun cəmiyyətdə üzləşdiyi problemlər, ittihamlar, mühakimələr və həyat yolunda rast gəldiyi insanların ətrafında baş verən hadisələr burulğanı, bir anlıq olsa belə sizləri qəddar reallıq ilə qarşı-qarşıya qoyacaq. Bir kövrək, əlacsız qızın cəmiyyətlə olan mübarizəsi nə ilə bitəcək? Qüvvələrin qeyri-bərabər olduğu bu mübarizədə kim qalib gələcək?
Davamı →