Sənsiz keçən illərim

Məndə hamı kimi sevdim, amma bir neçə dəfə yox. Sadəcə bir dəfə… Bir az uşaqlıq, bir az şıltaqlıq, hər saniyəmizi birgə keçirmək istəyi… İlk əl-ələ tutuşumuz… İlk utancaq öpüş, dəqiqələrlə, uzun-uzadı bir-birimizin gözlərində öz əksimizi görmək… Bir gün mən evlənirəm dedin və getdin. Söz verdim özümə bir daha sevməyəcəyəm deyə. Həyat davam edir dedim. Ürəyimdə sən, beynimdə sən, yuxularımda sən yaşadım birtəhər. Heç vaxt məni tək qoymadın ki… Bir gün tanışımın hüzürü düşdü, getdim başsağlığına. İçəri keçdim divarda sənin şəklin..


Qanım dondu, kəssələr qan axmazdı. Ümid etdim nə vaxtsa səni görəcəyimə. Amma belə qarşıma çıxacağını düşünməzdim. Gözümdən bir damlada yaş gəlmədi, çünki ürəyim ağlayırdı. Gözlərim rəsminlə danışdı. Axı niyə yalan dedin? Niyə xəstəliyini demədin? Niyə evlənirəm dedin? Zaman hər bir dərdin çarəsidi deyirlər. Mənim yaralarıma çarə olmadı. Sənsiz keçən 27 il… Heç evlənmədim, səndən başqasını sevmədim. Haqqımda danışılanda «Tənha qadın» deyirlər. Mən tənha deyiləm, sən varsan. Hər gün məzarına gəlirəm… Artıq yasda otur gələcəm bir gün yanına həmişəlik..

Bar qızının hekayəti

“Hər bir insan həyata eyni qaydada gəlir, hər birimizə görə bir ana 9 ay əziyyət çəkir, sonra dünyaya gəlirik, bağçaya, məktəbə, nə bilim daha haralara gedirik. Uşaqlığın ən yaddaqalan məqamı da xoş arzulardır. Uşaqlıqda ən böyük arzum həkim olmaq idi. Anamla həmişə xəstəxanaya gedəndə ağ xalatlı bibiləri, xalaları görür, böyüyəndə özümün də insanların sağlamlıqlarının keşiyində duracağıma dair xəyallar qururdum. Baxmayaraq ki, atam hələ mən bir neçə aylıq olarkən ölmüşdü, amma anam atamın yeganə yadigarını, yəni məni göz bəbəyi kimi qorumuşdu. Lakin hər şey o günə kimi oldu.
Günlərin birində kirayə qaldığımız cansıxıcı otaqda məni tək qoyub bazarlığa gedən anam bir də geri qayıtmadı. Əzrayılın elçisi olan o zalım iti sürətli maşın anamla bərabər, mənim bütün aruzlarımı da özü ilə apardı, bir daha geri qaytarmadan. Qohum-əqraba bir-iki il 14 yaşlı qıza hamilik etsə də, bu uzun sürmədi və yeniyetmə qız həyata atıldı. Həmişə deyirəm ki, “kaş o günə daş düşəydi”. Amma neynəyəsən alışmalı idim. Ya ölməli, ya qalmalı idim. Qaldım, amma həkim, nə bilim hər hansı ağ xalatlı kimi yox, dilimə belə gətirmək istəmədiyim fahişə kimi”. Dramatik səhnələri özündə canlandıran, heç də hekayələrdəki ssenarilərdən geri qalmayan bu əhvalat nə uzaq sibirdə, şərqdə-qərbdə yox, ölkəmizdə baş verib. Adının çəkilməsini istəməyən, şərti olaraq ismini Vüsalə qoyduğumuz bu qızın hazırda 20 yaşı var.Bu gənc qız əlacsızlıq və baxımsızlıqdan 2 ildir ki, bədənini satır:
“Əvvəllər çalışırdım ki, nə olursa olsun bu yola düşməyim. Amma ki nə fayda. Hər yerdən əlim üzüldü. Artıq kasıbçılıq üzmüşdü məni. Elə olurdu ki, günlərlə ac qalırdım. Ərzaq ala bilmirdim pulsuzluqdan. Birbaş üz tutdum həmin salona. Yaraşıqlı olduğumdan götürdülər. İndi elə də pis qazanmıram. Müştəridən masajdan kənar “xidmət”ə görə 20 manat alırıq ki, bu da bizə qalır. Gündə də bir neçə müştəri olur. Yeni tikilidə kreditlə özümə bir otaqlı ev də almışam, təmiri qalır, biraz da pul yığıb bunu da edəcəm İnşALLAH! Bundan sonra maşın almağı, daha sonra dükan götürüb, bu çirkin vərdişdən əl çəkməyi planlaşdırıram. Hətta uşaqlıq arzularımı da gerçəkləşdirmək fikrindəyəm. İmkan olsa müəllim yanına gedib həkim də olacağam”.
Vüsalə işini müvəqqəti və zərurətdən doğan addımın nəticəsi olaraq saydığından bu barədə əlavə nəsə danışmaq istəmədi. Amma sonda dediyi bir cümlə həqiqətən də təsirli idi – “Özümə bir ağ xalat almışam. Ara-sıra geyinib güzgünün qarşısında dururam. Bu mənim xatirələrimi canlandırır, anamı və həkim olmaq arzularımın xəyyallarını yaşayıram bu yolla. Anam həmiş deyərdi ki, gözəlsən, İnşALLAH həkim olsan ağ xalat sənə yaraşacaq. Düz deyirdi, yaraşıqlı olmağım qara gəldi. Amma həkim kimi yox, bədənini satan fahişə kimi…

Allah-Taala bütün insanları sınaqdan keçirir

“İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu! Qurani kərimdə çox önəmli mövzulardan biri də insanların imtahan olunmasıdır. Quranın bir çox ayələrində insanların, xüsusilə möminlərin hər gün, hər hadisədə sınaqdan keçirilməsindən xəbər verilir. Belə ki, bəzi ayələrdə ildə bir-iki dəfə insanların imtahan olunması göstərilsə də, digərlərində bu imtahanların həm də

Ardı

Qəribə təsadüf

Heç düşünmüsüz ki, öldüyünüz günü bilseydiniz həyatınız necə dəyişərdi? Hamının ağlına bank yarmaq, kimisə öldürmək və s. gəlir. 2-3 gün əvvələ qədər mən də elə fikirləşirdim.

Bir neçə gün bundan əvvəl həmişəki kimi dostlarımdan ayrılıb evə gedirdim. Hava yaxşı, səma açıq olduğundan Dağüstü parkda siqaret çəkmək keçdi könlümdən. Sözün qısası, marketdən bir red-bull alıb, getdim. Ora çatanda artıq gecə 11-12 idi. Elə gec olduğuna görə də demək olar ki, heç kim yox idi.

Ardı

Nağıl Həyatı

Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli...
Sən duymaq, düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.


Ardı

Kiçik qızdan böyük dərs...

Kiçik bir qız müəllimi ilə balinalar haqqında danışırdı. Müəllim bir balinanın insanı udmasının fiziki olaraq qeyri-mümkün olduğunu söylədi, çünki balinaların boğazı çox kiçikdir. Kiçik qız «Yunus peyğəmbəri» bir balinanın udduğunu söylədi, əsəbiləşən müəllim balinanın insanı uda bilməyəcəyini təkrarladı, bu qeyri-mümkün idi.

Kiçik qız belə dedi:«Cənnətə getdiyim zaman Hz. Yunus peygemberden soruşacağam.»



Ardı

Hər şeyi bilən ALLAHDİR!!!

Gozel bir hekaye oxuyub netice cixartmag isteyirsense buyur oxu!

Atam mənə bir hekayə izah etdi; dedi ki:

Göndərilən peyğəmbərlərdən biri bir yuxu görər; yuxusunda özünə belə deyilir:

-«Səhər olunca, qarşına ilk çıxanı ye. İkinci çıxanı saxla Üçüncü çıxanın diləyini qəbul et dördüncü gələni üzmə. Beşincidən də qaç.»



Ardı

İki gəzgin mələyin hekayəsi

İki Səyyah Mələk, gecəni keçirmək üçün olduqca varlıqlı bir ailənin evinin qapısını döymüşlər.



Ailə, çox kobud bir üslubla, mələklərə yatacaq yer/yeyər olaraq böyük/ər malikanənin qonaq otaqlarından birini vermək yerinə, soyuq bodrumundakı kiçik bir küncü göstərmiş.
Mələklər buz kimi otağının soyuq və sərt zəminində özlərinə yatacaq


Ardı

Qadınlar ağlar.

Kiçik bir oğlan anasından soruşdu:
— Nə üçün ağlayırsan?
— Çünki mən qadınam, deyə
cavablandırdı anası.


Ardı

Bir dilənçinin hekayəsi.

Bir gün, kiçik bir qız uşağı, küçənin qırağında oturmuş, yeyəcək bir şey,


pul ya da ala biləcəyi bir şey üçün dilənirdi.


Əynində yırıq-yırtıq, üzü-gözü kir içində və pərişan bir haldaydı.
Qız dilənərkən, küçədən gənc, canlı və yaxşı görünüşlü bir adam keçdi.


Ardı