Agent 007 - James Bond
1962-ci ildə kino aləminə girən ilk kino filmindən bəri James Bond'a həyat verən aktyorlar isə aşağıdakılardır:
1. Sean Connery İştirak etdiyi Filmlər:
James Bond: Dr. No — 1962
2. James Bond: From Russia With Love / Rusiyadan Sevgilərlə — 1963
3. James Bond: Goldfinger / Qızıl Barmaq — 1964
4. James Bond: Thunderball / İldırım Hərəkatı — 1965
5. James Bond: You Only Live Twice / İnsan iki dəfə Yaşayar — 1967
6. James Bond: Diamonds Are Forever / Ölümsüz almazlar — 1971
7. James Bond: Never Say Never Again / Əsla Əsla Demə — 1983
Corc Lazenby James Bond: On Her Majesty s Service / Kraliçanın xidmətində — 1969
Roger Moore James Bond: Live and Let Die / Yaşamaq üçün Öldür — 1973
James Bond: The Man with the Golden Gun / Qızıl Tapançalı Adam — 1974
James Bond: The Spy who Loved Me / Məni Sevən Casus — 1977
James Bond: Moonraker / Ay Hərəkatı — 1979
James Bond: For Your Eyes Only / Təkcə Gözlərin üçün — 1981
James Bond: Octopussy 1983
James Bond: A View to a Kill / Ölümə Bir Baxış — 1985
Ardı
Risk Fəlsəfəsi
Dünya səyahəti belə ilk olaraq bir addımla başlayır. Hətta, Tısbağa belə irəli getmək üçün başını çanağından çıxartmaq məcburiyyətindədir.
Gülmək; «SAF» deyilməsi riskini
Ağlamaq isə; «ROMANTİK» görünmə riskini…
Birinə yaxınlaşmaq; "ÖZÜNÜ vermək" riskini,
Hislərini etiraf etmək; "ÖZÜNÜ ortaya qoyma" riskini,
Xəyalları və düşüncələri nümayiş etdirmək; «ONLARI başqasına verməmək» riskini
Sevmək; «QARŞILIQ görə bilməmə» riskini…
Yaşamaq; "Ölmək" riskini
Umidlənmək; «xəyal qırıqlığına uğrama» riskini
Çalışmaq isə; «müvəffəqiyyətsiz olmaq» riskini QƏBUL ETMƏKDİR ...
Amma risklərlə üzləşməyi bacarmalıyıq, çünki həyatımızın ən böyük riski heç bir risk etməməkdir. Heç bir riskə imza atmayan insan bəlkə də kədərdən, problemdən uzaq ola, qoruna bilər, amma inkişaf edə, sevə bilməz, dəyişə bilməz, hiss edə, öyrənə bilməz. Zəmanət axtarışıyla zincirlənmiş bir qul olaraq yaşayarkən, azadlığını qurban vermək məcburiyyətində qalar. Ancaq və Ancaq Risk etməyə cəsarəti olan adam azaddır.
Yaxşılıq və Pislik
Bir gün yaxşılıq və pislik bir dəniz sahilində qarşılaşırlar və qərara alırlar ki, dənizdə yuyunsunlar. Hər ikisi geyimlərini çıxardıb dənizə girirlər. Bir müddət sonra Pislik dənizdən çıxıb Yaxşılığın geyimlərini geyinir və yoluna davam edir. Yaxşılıq da dənizdən çıxır və öz geyimlərini tapa bilmir. Amma çılpaq olmaqdan utanır deyə, əlacsız qalıb Pisliyin geyimlərini geyinir və yluna davam ediroluna davam etdi.
Elə o vaxtdan insanlar onları bir-biriynən səhv salırlar. Ancaq səbirli və ağıllı insanlar Yaxşılığın gözlərindəki saflığı görüb, geyiminə baxmadan tanıyarlar onu. Eləcə də, Pisliyin üzünü görən kimi tanıyanlar vardır ki,
geyim onun kimliyini gizlədə bilməz.
"Effektiv Çıxış Yolu"- durmu?
Dövlət bir gün geniş və boş bir əraziyə gecələr nəzarət etsin deyə 500 AZN maaşla, bir gözətçi işə götürməyə qərar verir. Bir müddət sonra düşünürlər; '' Yaxşı, təlimatlar olmadan gözətçi işini necə edəcək''
Bir planlaşdırma idarəsi yaradılır və planlama məsələsini həll etmək üzrə, 750 AZN-lik maaşla, iki adam işə götürülür.
Bir müddət sonra ''İşləri qaydasında edib etmədiklərini necə bilək, nəzarət edək'' deyə düşündükdən sonra, 1000 AZN-lik maaşla, iki Nəzarətçi işə götürülür, biri nəzarət edir, digəri hesabatları yazır.
Bir müddət sonra '' Bunların maaşları hesablanıb necə ödəniləcək'' deyə müzakirə mövzusu ortaya çıxır və 1500 AZN-lik maaşla bir mühasib, bir katib, bir də statistika üzrə kadr işə götürülür.
Bir müddət sonra; '' Yaxşı, bunların üstündə kim cavabdeh şəxs olmalıdı'' deyə düşünürlər və 5000 AZN maaşlı bir müdir və 3000 AZN-lik maaşla iki müdir köməkçisi işə götürülür.
Bir müddət sonra, ölkədə iqtisadi böhran ortaya çıxır və büdcədəki xərcləri azaltmaq üçün "Gözətçi işdən çıxardılır"!
Söylə Yadındamı?..
Dinməyən mən oldum, dinən sən oldun.
İlk eşqin ocağı alovlanmamış
Sönməyən mən oldum, sönən sən oldun
Doymamış sabahın tər nəfəsindən,
Sevdalı quşların təranəsindən,
Sözündən, əhdindən, iradəsindən
Dönməyən mən oldum, dönən sən oldun.
Pozuldu ilqarın, dəyişdi andın,
Torpaqda alışıb havada yandın.
Axır gözlərinlə görüb inandın
Enməyən mən oldum, enən sən oldun.
Hüseyn Arif
Gülümsəyin :) Qaç Ananı gətir!
Kəndli oğlan və atası böyük şəhərə ilk dəfə gəlirlər. Ticarət mərkəzində pilləkənin yanında iki gümüş rəngli parlaq divarın ağır ağır açılıb bağlanması diqqətlərini cəlb edir. «Bu nədi ata?» deyə soruşur oğlan. Ömründə heç vaxt lift görməyən ata :
«Bilmirəm oğlum ..» deyir.
Ata və oğul bu maraqlı şeyi heyrətlə seyr edərkən əsalı yaşlı bir qadın sağa sola hərəkət edən gümüş rəngli qapıya yaxınlaşır və bir düyməni basır. Qapılar açılır və yaşlı qadın işıqlı kiçik bir otağa girir, qapılar bağlanır.
Oğlan və atası qapının üzərindəki kiçikdən böyüyə doğru yanıb sönən işıqlı rəqəmləri izləyirlər. Son rəqəmdən sonra eyni sırayla bu dəfə geriyə doğru işıqlar tək-tək yanır. Nəhayətdə qapılar açılır və çölə 24 yaşlarında nərmənazik gözəl bir qadın çıxır.
«Oğlum» deyir kişi gözünü qızdan çəkmədən
«Qaç ...Qaç ananı gətir! ..:)))
Qısa və düşündürücü hekayələr
Bir hökmdar bir zahidi görüb soruşdu:
-Bizi heç yada salırsanmı?
Dedi:
-Bəli, Allahı unudanda
Loğmandan soruşdular:
-Ədəbi kimdən öyrəndin?
Dedi:
-Ədəbsizlərdən. Onlarda gördüyüm pis hərəkətləri təkrar etmədim.
Bir mürid öz mürşidinə dedi:
-Adamlar məni bezdiriblər. Boş-boş suallar verir, mənasız sözlərlə vaxtımı alırlar. Nə edim?
Mürşid dedi:
-Yoxsuldusa, borc ver, varlıdısa, borc istə. Bir də gözünə görünməyəcəklər
Ardı
- ?
- 23 aprel 2012, 23:44
- MaksiMuS
- şərh əlavə et
Bir gün laboratoriyada...
Ardı
Yəhudi Pritçası
Bir ravvin özünün Allaha olan inamı ilə öyünürdü. Tez-tez «mən Allaha inanıram» deyə təkrarlayırdı.Bir gün gücli sel olur. Su getdikcə artırdı. Ravvinin evinə adamlar gəlib evlərini tərk etdiklərini və ordan getdikdərini deyirlər və ravvina da onlarda getməyi təklif edirlər. Lakin ravvin getməyəcəyini deyir:
— Yox, mən qalacam. Mən Allaha inanıram. O məni xilas edəcək.
Su getdikcə artırdı. Ravvinin evinə qayıq yaxınlaşdı. İçindəki adamlar ona minməyi təklif etsələr də, ravvin yenə razılaşmadı:
— Getmirəm. Mən Allaha inanıram.
Ardı



