Müəllimlərdən maraqlı söhbətlər

Burada bizim universitet müəllimlərinin söylədikləri düşündürücü, bəlkə lətifə xarakterli bir-iki hekayəsini söyləyəcəyəm:

1) Bunu tarix müəllimimiz özünü öldürüb lövhəyə çıxan, lakin yaxşı danışmadan 9 bal istəyən qrup nümayəndəsinin hərəkətlərinə qarşı söyləmişdir:
 
Bir gün şeytan Əmir Teymurun yanına gəlir məsləhət vermək üçün. Şeytan Əmir Teymurun qulağına nəsə pıçıldayır, Əmir Teymur deyir ki, «bunu 15 yaşımda etmişəm». Sonra şeytan Əmir Teymurun qulağına II dəfə nəsə pıçıldayır, bu dəfə Əmir Teymur: «bunu da 30 yaşımda etmişəm». Şeytan III dəfə Əmir Teymurun qulağına pıçıldayır. Bu dəfə də Əmir Teymur hazırcavablılığı ilə: «bunu da indi edirəm». Şeytan axırda bezir. Bu dəfə Əmir Teymur məsləhət vermək istəyir və şeytanın qulağına nəsə pıçıldayır. Bu dəfə şeytan diksinib tez qırağa atılır və deyir: "Ə, sənin heç ALLAHın yoxdur?!"...

2) Bunu da tarix müəllimimiz uşaqların «Bizə niyə aşağı bal yazırsınız?» sualına cavab olaraq bildirmişdi:
Bir türk Almaniyaya tibb təhsili almağa gedir. Tələbə oxuduğu müddətdə müəllimlərə dərs danışdıqdan sonra sorğu-sualsız "əla" qiymət alırdı, lakin yerli alman tələbələri ondan fərqli olaraq, sual-cavab edilir, sonda «kafi» qiymət alırlar. Bir gün böylə bir tələbələrdən biri bunun səbəbini soruşur. Müəllim deyir: «Xarici tələbələr oxuyub qurtardıqdan sonra öz ölkələrinə qayıdacaqlar, biz siz — yerli alman tələbələrini ona görə belə sıxırıq ki, gələcəkdə bizi cərrah masasında öldürməyəsiniz».

3) Bunu isə diskret riyaziyyatdan mühazirə müəllimimiz mühazirəni yazmayanlara irad olaraq bildirmişdi:
4 tənbəl bir evdə yatırlar. Ev yanmağa başlayır. Birinci tənbəl yuxudan oyanır, sakitcə evdən çıxır, ikinci oyanır, ayaqüstü mürgüləyə-mürgüləyə evdən çıxır. Üçüncü gözlərini zülmlə açır və yerdə sürünə-sürünə evdən çıxır. Çıxarkən IV tənbələ də çıxmasını söyləyir. Sonuncu tənbəl evin yandığını hiss edir, lakin gözünü açmadan: "Çöldə bir-iki nəfər varsa, gəlsin, məni çıxartsın". Bu fikirdən sonra "Şah tənbəli" ifadəsi işlədilir.

Tərpənmə, amandır, bala, qəflətdən ayılma! / Mirzə Ələkbər Sabir

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!


Tərpənmə, amandır, bala qəflətdən ayılma
Açma gözünü, xabi — cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Açsan gözünü, rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyhat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Göz nurudur uydu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir an sözündən,
Amma elə bərk yuxla ki, hətta get özündən,
Afaqı dutan şurü qiyamətdən ayılmna!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Bu sən deyilsən / Nüsrət Kəsəmənli

Bu sən deyilsən


Qayıdıb gəlmisən gözləri yaşlı,
Deyirsən, bir daha küsən deyilsən.
Hanı o vuqarın, o saymazlığın;
Yox, bu sən deyilsən, bu sən deyilsən. 

Getdiyim hər yeri güdən sən idin
Küsəndə aylarla itən sən idin
Çırpıb qapıları gedən sən idin
Yox bu sən deyilsən,bu sən deyilsən.

Deyirsən vaxt keçir, zaman gozləmir,
Dilin dediyini ürəyin demir.
Bu yalvaran gozəl sənə bənzəmir,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsən küsənlər barışar yenə,
Nə tez boyun əydin beş günlük qəmə?
Özündən razılıq yaraşır sənə,
Yox, bu sən deyilsən, bu sən deyilsən. 

Dərdlisən, dərdini get danış suya,
El açma, alçalma mən verən paya,
Elə bil dilənçi gəlib qapiya,
Yox, bu sən deyilsen, bu sən deyilsən.

Vah!.. Bu imiş dərsi-üsuli-cədid?! / Mirzə Ələkbər Sabir

Vah!.. Bu imiş dərsi-üsuli-cədid?!
Yox...x! Yo...x! oğul, məktəbi-üsyandı bu!
Molla deyil bundakı təlim edən!
Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Ardı

Adnan Oktar kimdir? (Araşdırma)

Adnan Oktar kimdir? (Müsahibə)


Dünyanın yaradılışından indiyə kimi, haqqla batil arasında mübarizə hər zaman olub və olacaq da.

Batil deyəndə ağla müxtəlif əyri yollar gəlsə də, haqq deyəndə isə bir yol ağıla gəlir ki, o yolda Allahın yoludur.
İlk insan və Peyğəmbər Həzrəti Adəmdən (ə) sonuncu Peyğəmbər Həzrəti Məhəmmədə (s) kimi, bütün peyğəmbərlərin məqsədi insanlara Allahın təkliyini, axirətin haqq olduğunu bir sözlə İlahi hökmlərin haqq olduğunu və paklığını çatdırmaqdır.
Bütün səmavi dinlərdə dünyanın sonuna yaxın sonuncu Peyğəmbərin soyundan bir nəfərin dünyanı zülm ağzına aldığı zaman gələcəyini və dünyada ədalətli dövlət quracağı vəd edilib.



Ardı

Məhəbbətdən küsəndə | Nüsrət Kəsəmənli

Elə məhəbbətdən yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz.

Odlara qalanmaq ötəri hissdir,
Kəlmələr biçimli, sözlər biçimli.
Çoxları diplomsuz mütəxəssisdir,
Eh, ürək aldatmaq bir su içimi.

Sevimmi?! Tərəddüd qət edə bilmir,
Bəzən itiririk inam, ümidi.
Ürək var, duyğular fəth edə bilmir ,
Ürək var, həndəsi fiqur kimidir.

Bir qəlbə girəndə boyalı sözlər,
Görən öz sözünü ürək dedimi?!
Axtarır, axtarır, axtarır gözlər;
İşləyən bir saat kəfkiri kimi.

Ardı

NOBELə namizəd həmvətənlərimiz

Azərbaycanın bir Nobel mükafatçısı mövcuddur. Daha doğrusu, keçmiş SSRİ dövründə Bakı şəhərində doğulduğundan bu NOBEL Azərbaycanın adına yazılıb. Bu, Lev Davidoviç Landaudur. Landau 1908-ci ilin 22 yanvar tarixində Bakı şəhərində yəhudi ailəsində doğulmuşdur. 1937-ci ildə o da repressiya olunacaqdı, lakin fizika üzrə əhəmiyyətli, mühüm yazılarına görə dünya görkəmli fizik Nils Bor Stalinə müraciət edərək, onu repressiyadan qurtarmışdı. 1962-ci ilin 7 yanvarında Landau ciddi avtomobil qəzasına uğrayır. O, Moskva şəhərinin Timiryazev rayonunun 50 nömrəli xəstəxanasına aparılmışdır. Bu qəzadan ciddi xəsarət alan alim üç ay komada yatır.

Ardı

İngilis dilində atalar sözləri

Bizim universitetin I semestrin ingilis dili imtahanında atalar sözləri də var idi, sayı 88 idi və mən bunu fakültə uşaqları üçün qeyd şəklində yazmışdım tərcümələri ilə. Məncə, bura da yazsam, faydalanarsınız:
«1) Honesty is the best policy.
Düzlük ən yaxşı siyasətdir.

2) Appetite comes with eating.
İştaha diş altındadır.

3) Never hit a man when he is down.
Yıxılana balta vurmazlar.

4) Two heads are better than one.
Ağıl ağıldan üstündür.

Ardı

Narkolepsi

Yəqin, mən tək deyiləm ki, dərsdən qayıtdıqda avtobusda mürgüləyirik. Əsas da, oğlanlar, avtobusun arxasında oturarkən yuxuya gedirlər. Lakin mən bir an tez yuxuya düşüb ayıla-ayıla gəldiyim vaxtı yuxu ilə real aləmin fikrimdə qarışdığını hiss etdim və yadıma 3 illik arkadaşımın danışdığı bir xəstəliyi araşdırdım. Azərbaycanca tapa bilmədim, çalışacağam sizə Azərbaycanca məlumat verim:

Narkolepsi
Narkolepsi — gündüz aşırı yuxululuq — Excessive Daytime Sleepness (EDS) — ilə xarakterizə olunan nevroloji bir durumdur. Yuxu paralici, katapleksi və hipoqolik halüsinasiyalar isə bu xəstəlik zamanı ortaya çıxan fəsadlar kimi qiymətləndirilə bilər.
Ən gözə çarpan simptomlarından birisi gecə yaxşı yatmağına baxmayaraq, gündüz aşırı yuxululuqdur. Xəstəlik sahibi olur-olmaz yerlərdə, vaxtlarda, əksərən də özlərinin də fərqinə varmadıqları vaxt yuxu getmək ehtimalıdır. Gün içərisində bir növ, «yuxu hücumları»na məruz qalanlar bu xəstəliyə düçar olurlar.
Katapleksi — əzələlərin fəaliyyətinin zəifləməsidir. Bu peiodik prosesdir. Bu period aşırı gülmək, qızğınlıq, qorxu və digər duyğular proseslər nəticəsində üzə çıxa bilər.
Yuxu Paralici — oyanma əsnasında danışa bilməmə, hərəkət edə bilməmə prosesidir. Bu daha təhlükəlidir.
Hipoqolik Halüsinasiyalar — son dərəcədə sıx görülən, canlı, sıx qorxuducu olan, yuxuya giriş vaxtı və çıxış vaxtı röya tipli bir şeydir. Loru dildə «qarabasma»lar görülməsidir.
Katapleks yalnız narkoleptik xəstələrə şamil olunası simptom olduğu halda, digərləri başqa xəstəlik zamanı da ortaya çıxa bilər.

Mənbə :  http://tr.wikipedia.org/wiki/Narkolepsi

Şəxsi fikirlərim silsiləsindən

“Həyatda, görəsən, işlətdiyi ən azı 10 məişət cümləsində mən əvəzliyini işlətməyən insan varmı?”

Bir günlük tutmuşam, MS Word-də. Martın 1-dən başlayaraq, yazıram. Adını "Çılğın Riyaziyyatçının Gündəliyi" qoymuşam. Faktları yazıram, məni pis göstərəcək bir şey varsa, onları da yazıram.
Yuxarıdakı fikrimdə loru dildə işlətdiyim sözlər olsa da, müəyyən səbəblərdən yazdım. İnsanlar çox vaxt öz həmyaşıdları ilə və ya həmkarları ilə zarafat edirlər. Sonra da deyirlər ki, «xətrinə dəymədi?». Bilirsiniz, əslində həyatda səni nə gözləyir, bilə-bilməzsən. Sadəcə hadisələrin düzülüb-qoşulma alqoritmi məlum ola bilər ki, onu da yalnız ALLAH bilə bilər. Qaldı ki, alın yazısına. Mən alın yazısında insan doğularkən ölənəcən olan dövrü yazıldığını qəbul etmirəm.
Həyat elə bir şeydir, arada bir şablondan çıxmaq gərəkdir. Yəni, dəyişikliklər etməlisən, amma gözlənilməz. «The Curious Case of Benjamin Button» filmində baş qəhrəman Benjamin fiziki cəhətdən qoca şəklində doğulur. Möcüzədir, istisnadır, gopdur, hər nədir, axırı… dəyişiklikdir. Riskli addımlar atmaq gərəkdir.
Elə şeylər vardır ki, sən həmin çərçivədən kənarda düşünə bilmirsən. Məsələn, din, siyasət, təhsil, elm və s. Amma bir qaydaya və ya qanuna əks gedərək, yeni bir şey tapa bilərsən tapılmamış. Sadəcə, əvvəlcədən düşünmək, xəyal etmək gərəkdir. Eynşteyn demişdir:
«Təxəyyül bilikdən daha çox vacibdir. Bilik limitlidir, lakin təxəyyül bütün dünyanı əhatə edir.»
Qayıdaq lap başdakı fikirə. Təsəvvür edin: bir qız və bir oğlan. Onlar 2 il eyni yerdə oxumuşlar və yalnız 2. il ünsiyyətdə olmuşlar, lakin sonra  qızın etibarı qırılmış, beyni dolmuş, ünsiyyəti dağıtmış. Oğlan isə can verən varlıq kimi səbəblərini axtarır. Aradan 2-3 ay keçir. Gözlənilmədən həmin qız və həmin oğlan qrup yoldaşı olurlar, amma heç danışmırlar. Oğlan qızın dərdindən ölür, qız isə… (unknown) Oğlan artıq dəliyə dönür. Şizofreniya, narkolepsi xəstəliklərinə tutulmağa başlayır. Heç də asan deyil. Qızın isə bəlkə də heç vecinə deyil. Və sonda:
“… inan, sevsəydim, heç nəyə fikir verməzdim, amma sən seviləcək adam deyilsən.”
Burada oğlan artıq yuxarıda adını çəkdiyim filmin baş qəhramanlarından biri olan Daisy-in başlanğıcda danışdığı əhvalatdakı hekayətin həqiqət olmasını arzulayır.

Qısası, həyat insan çox şey verdiyi kimi, çox şey də qoparır. Bunlardan biri də özünü qarşındakının yerinə qoymaqdır.