Mustafa_Adnan
Reytinq
+21.16
Güc
37.91

Mustafa_Adnan

BÜTÜN AZĞIN İDEOLOGİYALARIN KÖKÜNDƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ (DARVİNİZM) DAYANIR

BÜTÜN AZĞIN İDEOLOGİYALARIN KÖKÜNDƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ (DARVİNİZM) DAYANIR

 DARVİNİZMDƏN QAYNAQLANAN BƏLALAR: KOMMUNİZM, FAŞİZM, SATANİZM, PKK VƏ TERROR.
Darvinizm, kommunizm, materializm, şiddət, və terror bir –birindən ayrılmaz vəhdətdirlər. Darvinizm insanları heyvan olaraq gördüyü üçün, bu anlayışı qavrayan, mənimsəyən insanları üsyana, münaqişəyə, səviyyəsizliyə, eqoistliyə və əlaqsızlığa yönəldir. İnsanı insan edən dəyərlərdən- din əxlaqından, ailədən, namusdan və şərəfdən, mərhmətdən- uzaqlaşdırır. Həyatın mübarizədən ibarət olduğunu təlqin etməklə, onları hər hansı bir azğın ideologiya və cərəyanı izləmələrinə səbəb olur. Darvinizmi əsas götürən cərəyanlar, keçən əsrdə ən böyük dağıntılara, müharibələrə, terror aktlarına, kütləvi qətliamlara, soyqırımlara səbəb olublar. Darvinizm, bütün dünyaya, kommunizmi, faşizmi, müharibələri və terror bəlasını gətirib. 150 il müddətində cərəyan edən hər cür pisliyin, problemin bələdçisi darvinizmdir. Darvinizm, Kommunizm və Terror bir-birindən ayrılmazdır
Türkiyə dövlətinin bölünməz bütünlüyünü hədəfləyən ən təhlükəli təhdid olan separatçı terror, birbaşa kommunist ideologiyaya əsaslanır. Materialist və darvinist olan bu ideologiya, əxlaq, müqəddəslik və mənəviyyat kimi anlayışları rədd edir, insanların sadəcə maddi varlığını əsas götürür və onları bir qrup heyvan növü kimi görür. Tarix boyu kommunist və faşist diktatorlar, öz ideologiyalarını və törətdiklərini darvinizmlə dəstəkləyiblər. Karl Marks, darvinizm ilə kommunizmin əlaqəsini bu şəkildə bildirmişdi:
 «Darvinin əsəri böyük əsərdir. Tarixdə baş verən sinfi mübarizənin təbiət elmləri cəhətindən əsasını formalaşdırır.» (Marks Engels Mektublar, cild 2, s.126)
Ardı →

“Dünyanın ən böyük dini artıq İslamdır!”

Son otuz ildir dünya daxilində müsəlmanların sayında artım müşahidə olunur. 1973-cü ilin statistik məlumatları, dünyada müsəlman əhalisinin 500 milyon olduğunu göstərirdi. Bu gün bu rəqəm 1.5 milyardı keçmişdir.

Dünya Katoliklərinin ən yüksək dini nüfuzu olan Vatikanın qəzeti L'Osservatore Romano da ötən günlərdə bütün islam aləmi üçün müjdə olan bu mövzunu gündəmə gətirmişdir.

Müsəlmanların sayının Katolikləri keçdiyini və islamın dünyanın ən böyük dininə çevrildiyinin vurğulandığı xəbərdə Vatikanda vəzifəli şəxslərdən Monsenyor Vittorio Formenti də, tarixi açıqlama etmişdir:

“Dünyanın ən böyük dini artıq İslamdır!” (http://uk.reuters.com/article/2008/03/31/uk-vatican-muslims-idUKL3163432620080331)

31 Mart 2008 tarixində Reuters xəbər agentliyi tərəfindən nəşr olunan bir xəbər, islamiyyətin dünya səviyyəsindəki oyanışını və yaşanan bu yeni dövrün təfərrüatlarını ortaya qoymuşdur. Dünya Katoliklərinin ən yüksək dini nüfuzu olan Vatikanda vəzifəli şəxslərdən biri olan və Vatikanın 2008 illiyini hazırlayan Vittorio Formentinin Vatikanın qəzeti L'Osservatore Romanoda-kı açıqlamalarına görə, 2006-cı il rəqəmlərinə baxdıqda müsəlmanların sayının dünya əhalisinin 19,2%-nə çatdığını və Katoliklərin sayıın isə 17.4% nisbətində qalmışdır. Monsenyor Formenti “Artıq zirvədə deyilik. Müsəlmanlar bizi keçdi” deyə əlavə edərək, eyni zamanda da islamiyyətin dünya səviyyəsindəki qalibiyyətini elan etmişdir.


Davamı →

Həriflərin düzgün oxunuşu (A, Ke)

Əbdüləzəl Dəmirçizadə (Müasir Azərbaycan dili 1-ci hissə fonetika, orfoepiya, orfoqrafiya Bakı, 2007)
A saiti
. Müasir Azərbaycan ədəbi dilində ən çox işlənən saitlərdən biri a saitidir Buna görə də a saitinin tələffüz çalarlığı çoxdur. Ümumiyyətlə, müasir ədəbi dildə işlənən sözlərin bir qisminin əsli ilə əlaqədar fonetik təbiətindən, bir qismində isə fonetik şəraitindən, bəzən də intonasiyon çalarlıqdan asılı olaraq müəyyən hecalardakı a saiti ya uzun (a:), ya qısa (a), ya adi (a), ya vurğulu (á), ya uzadılmış vurğulu (â), ya da diftonqlaşmış ou kimi müxtəlif çalarlıqda tələffüz olunur.


Ardı →

İnsanın mənşəyi

İnsanın mənşəyi

Darvin 1871-ci ildə nəşr olunan "İnsanın əmələ gəlməsi" (Descent of man) adlı kitabında insan və meymunların ortaq əcdaddan törədiyini irəli sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə çalışmışlar. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, başda fosillər (daşlaşmış canlı qalıqları) olmaqla «insanın təkamülü» iddiası heç bir konkret elmi kəşf ilə dəstəklənməmişdir.

Cəmiyyətdəki insanlar demək olar ki, bu həqiqətdən xəbərsizdir və təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə tutulması və sübut olunmuş həqiqət kimi təqdim edilməsidir. Əslində isə «insanın təkamülü» ssenarisinin elmi əsası olmadığını təkamülçülər də bilir. Harvard Universitetinin paleoantropoloqlarından Deyvid Pilbim belə deyir:

"


Ardı →