VƏTƏNDƏN SORUŞ

Məni imtahana çəkdi təbiət,
yollarda bərkiyə-bərkiyə gəldim.
Könlümdə təsəlli, gözümdə ülfət,
bu dünya sərgidir, sərgiyə gəldim.

Ardı

İnsanlar fərqlidir

Müdrik insan — həyatın əlçatmaz sahələrini dərk edən, planetlərə yol açan, insanı əvəz edən robot yaradan, illərdən, əsrlərdən sonra baş verəcək hadisələri görməyi bacarandır.
Xoşbəxt insan — dünyanın sevincini duyan, həyatın təbii axarını dəyişməyə qadir, təbiətin əsrarəngiz gözəlliklərdən zövq alan insandır.

Ardı

YEMƏZ

Dəvələr qaban yeməz,
Qabanlar aslan yeməz.

Aslanlar ilan yeməz,
İlanlar qulan yeməz.

Qulanlar ceyran yeməz,
Ceyranlar dovşan yeməz.

Dovşanlar siçan yeməz,
Siçanlar toplan yeməz.

Toplanlar məstan yeməz,
Məstanlar tərlan yeməz.

Tərlanlar insan yeməz,
İnsan nə heyvan yeməz?!.

Müəllif: Rəfiq Zəka

Yaxşı əhval-ruhiyyənin vacibliyi

Milyonlarla qadın üzünə və əllərinə qulluq edir və dəbli kosmetik vasitələri əldə etmək üçün xərcdən çəkinmirlər. Halbuki ruhi sakitlik, yaxşı əhval-ruhiyyə, müsbət emosiyalar ən yaxşı kosmetik vasitələr olub və olmaqdadır. Əgər qadın əsəbidirsə, paxıldırsa, qaşqabaqlıdırsa, dilxordursa, küskündürsə, məyusdursa, ruh düşkünlüyü varsa ona heç bir masajist, heç bir kosmetik maska və heç bir muasir gözəllik İnstitutu kömək edə bilməyəcək. Belə qadını sevmirlər. Ən yaxşı halda ondan ehtiyat edirlər ki, o qəmgin əhval-ruhiyyəsi ilə başqalarının kefini pozmasın. İstəyirsiz sizdən qorxsunlar? Yox?  Belə halda yadda saxlayın ki, masajistlərə və kosmetoloqlara  pul xərcləməkdən, yaxşı əhval-ruhiyyəni və müsbət emosiyaları əldə etmək xeyli asandır və üstəlik təbiidir.

Ardı

Ən murdar yer

Bir filosof öz var-dövləti, şan şöhrəti ilə fəxr edən bir varlının evində imiş, söhbət vaxtı tüpürməyi gəlir, sağa -sola baxır, münasib bir yer tapmadığı üçün ağzının yığılmış tüpürcəyini ev sahibinin üzünə tüpürür. Orada olanlar məlamət və məzəmmətə başlayırlar. Filosof deyir:
-Ədəb və nəzakət qaydaları tələb edir ki, tüpürcək ən çirkin və ən murdar yerə tüpürülsün, mən də nə qədər ətrafıma göz gəzdirdimsə, nadanlıqda şöhrət tapmış bu kişinin üzündən  daha murdar və çirkin yer tapmadım. (Əxlaqi Nasiri)

Ardı

Gözü kompüterdən qoruma yolları

Dünya əhalisinin əksəriyyəti göz zəifliyindən əziyyət çəkir. Həkimlər bu mövzuda yeni texnologiyaları günahlandırmaqda heç də haqsız deyillər əslində.
Kompüter istifadə etməkdən tutmuş telefonlara qədər hər bir modern əşya gözlərimizə düşmən kəsilib.
Göz həkimləri kompüterdən istifadəni göz xəstəliklərinin birinci səbəbi kimi göstərir. Gözlərdə quruluq, yanma, qızarma və baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır.

Ardı

Həyat yoldaşı seçimi

Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.
Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün meyarlardan istifadə olunmasından asılıdır. Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.
Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirməlidir ki, məqsəd varlanmaq  və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani  və mənəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?
İnsan  bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır. Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək  və bu əsasda seçim aparsaq  ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.
Məlum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri  həmin bu növə aiddir. Yəni bu ailələrin dəyəri gerçək dəyərlər üzərində qurulmamışdır.

Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bəziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir .Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlamaq lazım gəli ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar.Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.

Mənbə: «GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR» kitabı.
Həmçinin bax:
Xoşbəxt ailə qurmaq
Böyük uşaqlar (hekayə)

Oğlanlar və qızlar

Amandanın 18 yaşı olanda onun valideynləri qərara gəldilər ki, ad gününü restoranda qeyd etsinlər. Məclisə 200-dən çox adam gəlmişdi. Amandanın ad gününə gələn yaşlı xanım  səhnənin ortasında oynayan qızlara və oğlanlara baxırdı. Yaşlı xanım yanında oturan şəxsə deyir:
-Mən cavan olanda məclis fərqli olardı. Asanlıqla bilmək olardi kim qızdı, kim oğlan. Amma indi qızları və oğlanları ayırmaq çətindi.
Yanında oturan şəxs heçnə demir. Yaşlı xanım davam edir,
-Nə vaxt ki, mən cavan idim oğlanlar şalvar, qızlar isə don geyərdilər. Amma indiki qızlar şalvar geyinirlər. Baxın o qıza oğlan  cins şalvarı geyinib.
Yenə yanında oturan şəxs ona heçnə demir. Qadın davam edir,
-Mən cavan olanda qızların uzun, oğlanların isə qısa saçları olardı. Buna görə də kimin qız, kimin oğlan olduğunu asanlıqla demək olardı. İndi qızlar saçları qısa kəsirlər. Baxın bir o qıza, oğlan saç düzümü edib.
Yanındakı şəxs heçnə demir. Yaşlı xanım yanındakı şəxsə sual verir:
-Sizcə o oğlandır, yoxsa qız? Ayırmaq çətindi, elə deyilmi?
Yanında oturan şəxs deyir:
-Yox, çətin deyil. Mən onu asanlıqla ayıra bilirəm, çünki o mənim qızımdır.
Yaşlı xanım pərt olur və deyir:
-Bağışlayın, mən bilmədim siz onun atasısınız.
Yanında oturan şəxs ona deyir:
-Mən onun atası deyiləm, anasıyam.

Məhz Sizin gülüşünüz üçün tərcümə etdim. :-)

Mənbə: ENGLISH student`s book.

Əsl dost

Dost-güvəndiyimiz dağ.
Dost-arxasınca gedə biləcəyimiz adam.
Dost-sirrimizi paylaşıb, sevincinə sevinib, dərdinə şərik ola biləcəyimiz yoldaş.
Dost-heç bir zaman üzümüzə bağlanmayan qapı.
Dost-yaxşı gündə də ,pis gündə də yanımızda hiss etdiyimiz nəfəs.
Dost-getdikcə yox olan təkliyimiz.
Dost insana işıqdır.
Dostla düz yolu taparıq.
Dostla birgə bütün çətinliklərdən keçərik.
Dost aynadır.Onda əks olunuruq və onunla kimliyimiz bilinir.
Dostumuz əsl dostdursa, demək,pis gündə də, yaxşı gündə də yanımızdadır.
Dost itirmək tənha qalmaqdır.
Dostsuz qalmaq yıxılanda tutacaq  budaqsız,güvəniləcək dağsız qalmaqdır.
Dostsuz qalsaq bağçamız çiçəkləməz, günlərimiz xoş, firavan keçməz.
Dostsuz qalsaq qapımızın zəngi pas atar.

Bir də gərək bu qaydanı yadda saxlayaq:

Dostunu sevərkən hədd qoy.Bir gün düşmənin ola bilər.
Düşmənlə də qədərində düşmənçilik et.Bir gün dostun ola bilər.

Gülüşümüz xarakterimizi göstərir

Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün «hi-hi-hi» və «ha-ha-ha»larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq  rahatca açmaq olar.  Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür.

«A» saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. «A» saitli gülüş ən səmimi gülüş  hesab edilir.



Ardı