Mİnnətdarlıq

Yanğınsöndürən bu iti şəkil çəkilməmişdən bir az əvvəl yanan evdən çıxarmışdır. O, iti xilas edir, sonra isə yanğını söndürməyə davam edir. Alov söndürüldükdən sonra o, bir kənarda oturub dincini alır. Bu zaman yanğınsöndürəni müşahidə edən yerli fotoqraf bayaqkı itin ona yaxınlaşdığını görüb, kamerasını hazırlayır. Bu zaman it, onu və doğulacaq körpələrinin həyatını xilas etmiş yanğınsöndürəni "öpüb", minnətdarlıq edərkən fotoqraf şəkli çəkir.
- ?
- 11 fevral 2012, 20:06
- Silen_ce
- şərh əlavə et
Nəriman Həsənzadə - Tələbəlik
Durur ayrıldığım kölgəli çinar,
Durur Gəncədəki bizim institut.
Xəyalım bir yerdə tutmadı qərar,
İlləri andırdı bir anlıq sükut.
Neyləyim, unutmur insan ürəyi,
Yaşadım dünyadan könlü yanıqlı.
Düz dörd il geyindim köhnə pencəyi,
Qolu gödək oldu, boynu yamaqlı.
O pencək saxladı məni soyuqdan,
Doğru danışmağı çoxu ar bilir.
Əynindən çıxardıb vermişdi atan,
Heç kim bilməsə də qonşular bilir.
Bəzən ac da qaldım daha nə danmaq,
Danışıb gülməyə könlüm olmadı.
Şerim qəzetə çap oldu, ancaq
Bir qəzet almağa pulum olmadı.
Lakin bu dərdimi bilmədi heç kim,
Mən bildim qədrini sevincin qəmin.
Arabir xəlvəti baxıb sevindim,
Təzə yamağına köhnə çəkməmin.
Gülmə, görməmisən o sevinci sən,
Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.
Bir də bilirsənmi mən o sevincdən
Dünyada heç kəsə arzulamıram.
Oldu sevincim də, oldu qəmim də.
Bir tələbə qıza könlümü verdim.
Onun hər sözünü öz aləmimdə
Seminar dərsitək əzbərləyirdim.
Deyirdim, nə qədər baha olsa da,
Gərək üzük alım, bu bir adətdir.
Ancaq avtobusun keçib yanından,
Piyada gedirdim dərsə arabir.
Qoy indi ağrısın vicdanın varsa -
Girdi aramıza onda bir nəfər.
Bir gəncin taleyi alt-üst olursa,
Ağırdır dağılan ailə qədər.
Fikir ver hökmünə sən misalların,
Deyir su quyunun dibində olur.
Hayıf ki, ürəyi bəzi qızların
Başqa oğlanların cibində olur.
Qoy bir sözdə deyim, çıxarma yaddan,
Bu da, necə deyər, bir məsləhətdi.
Çalış ki, əvvəlcə yanılmayasan,
Təəssüf ikinci məğlubiyyətdi.
Gendən ucalara lap çox baxmışam.
Mən o pillələrlə bir insan kimi
Gör ki, necə gəlib, necə qalxmışam.
- ?
- 10 fevral 2012, 19:51
- Silen_ce
- şərh əlavə et
Hüzur üçün kiçik sirlər
• Səhv etdiyini başa düşdükdə onu tez düzəlt.
• Danışmaqdan, söhbətdən xoşu gələn bir qadın/kişi ilə evlən. Yaşlandığınız zaman söhbət hər şeydən daha vacib olacaq.
Ardı
Heç kimi qınamayın
— Ata, görürsənmi, bütün ağaclar geriyə gedir!
Yaşlı kişi cavabında gülümsədi.
Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü uşaq kimi aparması təəccüblü gəlmişdi.
Ardı
Xəyal Rza - Yağma yağış
Xəyal Rza
Yağma yağış,
Sən yağanda xatirilər düşür yada,
Sən yağanda sənlə birgə ürəyimə yağır o, da.
Yağma yağış,
Gəl ağlama için-için,
Mən dərdimi sənə deyim,
Sən də danış,
Ağlayırsan axı neyçin?!
Ardı
ALLAH BÖYÜKDÜR...
Adam ilk günlər özünü qurtarmasını üçün ALLAHa yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən.Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma tikdi. Sahildə tapdığı, gəmidən arta qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.
Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, özünü qurtarması üçün ALLAHa dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çixdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Tüstü, rəqs edə edə göyə yüksəlirdi. Başına gələ biləcək ən pis şey idi
Ardı
- ?
- 30 noyabr 2011, 21:44
- Silen_ce
- şərh əlavə et
Və mən yetim qalmışam-qadından yetim...
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!
Ramiz Rövşən
Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.
Ardı
Azərbaycan bayrağına | Cəfər Cabbarlı
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!

Ardı
