Bayramlar bayramı - Novruz

Azərbaycan xalqının elliklə qeyd etdiyi bayram Novruz bayramıdır. Eyni zamanda bu bayram tarixdə «Xızır günü», «Azərbaycanı», «Hörmüzd bayramı», «Fərvərdin bayramı», «Bahar çəşn», «Yeni gün bayramı», "Ərgənəkon bayramı", «Qurtuluş bayramı» və s. adlarla da adlandırılmışdır. Bilavasitə baharın, yazın, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə böyük təntənə ilə hər il bayram edilən Novruz çox əski çağlardan bəri elə «Novruz» olaraq adlandırılmışdır.

İbn-əl-Bəlx «Farsnamə» əsərində bildirir ki, «Cəmşid (Pişdadilər sülaləsinin IV hökmdarı-red.) yeni tikdirdiyi sarayda taxta çıxdığı gün Günəş ilinin başlanması günü imiş. Sonralar həmin günü bayram edərək Novruz adlandırıblar. Həmin gün Fərvərdin ayının Hörmüzd günü imiş».
Ö.Xəyyam isə «Novruznamə»sində deyir: «Novruzun yaranmasının birinci səbəbi budur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Cəmşid bu günü müəyyənləşdirmiş, Novruz adlandırmış və bayram etmişdir». Təbəri «Tarix»ində yazır: «Cəmşid əmr etdi ki, ona şüşədən gərdunə düzəltsinlər. O, gərdunəyə divlər qoşub mindi və göyə qalxdı. Həmin gün Fərvərdin ayının Hörmüzd günü idi. Adamlar bu xariqəni gördükdə, o günü və sonrakı daha beş günü bayram edib Novruz adlandırdılar».

Ardı

Qəribə qadağalar

Dünyanın ayrı-ayrı ölkələrində başqa yerlərdən gələnləri şoka sala biləcək qaydalar mövcuddur. Yerli əhali artıq buna alışsa da, gəlmələrin şəraitə adaptasiya olması bir qədər uzun çəkir. 

Məsələn, Azərbaycanda hər kəs sutkanın istənilən saatında İnternet kluba daxil ola bilər. Bu davranışa görə heç kim dövlət qurumlarına hesabat vermir. Halbuki eyni hərəkət üçün Türkmənistanda klubun administratoruna şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək tələb olunur. 

Beləliklə, dünyadakı maraqlı qadağalardan bəzilərini təqdim edirik.



Ardı

Apollon möcüzəsi

Sovet İttifaqının 60-cı illərdə kosmos uğrunda yarışda ABŞ-ı geri qoyması amerikalıların hisslərinə toxunmuşdu. Ola bilsin ki, Aya insan çıxarmağı məqsəd qoyan Apollon layihəsi elə bu hissi aradan qaldırmaq üçün nəzərdə tutulurdu. Lakin alimlər üçün bu sadəcə elmi məramdan başqa heç nə deyildi.

1969-cu il iyulun 20-də ABŞ-ın kosmik porqramının əldə etdiyi nailiyyət, sözsüz ki, Sovetlərin etdiklərini kölgədə qoydu. Amerikalılar Nil Armstronq və Baz Aldrin Aya qədəm qoyan ilk insanlar oldular. Armstronqun ayağını Aya basan anda «insan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng sıçrayış» ifadəsi dillər əzbərinə çevrildi. Amma ola bilər ki, siz həmin məqam barədə aşağıda sadalanan faktlardan xəbərsizsiniz:

Ardı

Əsnəmək əsnəmək gətirər

Keçmişlərdə bir ər-arvadın qapısını qonaq döyür. Qapını açıb qonağı içəri gətirirlər, qarşısına necə deyərlər, Allah verəndən qoyub, söhbətə başlayırlar. Yeyib içəndən sonra yol yorğunu olan qonaq əsnəməyə başlayır.


Ev yiyəsinin xanımı da qonaq əsnədikcə əsnəyir. Qonaq əsnəyir, arvad əsnəyir, axırda ev sahibi gözünün işarəsi ilə ev sahibəsini bayıra çağırır, orada, necə deyərlər, qısqanclıq zəminində cinayət törədərək, əşyayi-dəlili samanlıqda gizlədir. Sonra qayıdıb içəri gəlir və heç nə olmayıbmış kimi qonaqla söhbətini davam etdirir. Bu dəmdə qonaq bir də əsnəyir və bu dəfə əsnək artıq ev sahibi olan kişiyə keçir. Onda ev sahibi tutduğu əməldən peşiman olaraq, əsrləri aşan belə bir kəlam işlədir.


"Əsnək əsnək gətirər, hayıf samanlıqdakı"…



Ardı

Coğrafi enliklərə görə beynin ölçüsü dəyişir

Britaniya alimlərinin dərc etdirdikləri araşdırmaya əsasən, ekvatordan uzaqlarda yaşayan insanların beyinləri ekvatora yaxın yaşayanlardan böyük olur.


Bundan əlavə alimlər israr edirlər ki, ekvatordan uzaq enliklərdə yaşayan adamların göz oyuqlarının ölçüsü də daha böyük olur.


Lakin araşdırmada o da qeyd olunur ki, bu tapıntılar beyni daha iri olan insanların daha ağıllı olduğunu deməyə əsas vermir.


Alimlərə əsasən, beyin və göz oyuqlarının ölçüsünü müəyyən edən əsas amil iqlim mühitidir. Gün işığının çatışmazlığını orqanizm daha iri beyin sayəsində kompensasiya edir.

İlk avropalılar kim olub?

Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər.

Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. Nature dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var.

Ardı

Britaniyanın heyvanlar aləmi

Qurbağa və onun kürüsü. Fotonun müəllifi Walter Lovell mükafata layiq görülüb.



Ardı

11 Sentyabr nəzəriyyələri

ABŞ-da 2011-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin ekiz binalarına edilmiş təyyarə hücumlarından 10 il keçsə də, bu faciəvi olay ətrafında mübahisələr səngimək bilmir.


Hücumun araşdırılması ilə bağlı açıqlanan yeni hesabatlar «qaranlıq» qalan məqamlara aydınlıq gətirən kimi, yeni konspirasiya nəzəriyyələri də peyda olur.


Hazırda rəsmi təhqiqatların nəticələrini sual atına konspirologiya tərəfdarlarının 5 əsas nəzəriyyəsinə rast gəlmək olar.



Ardı

İngilis atom mühəndisi SSRİ-ə qaçıbmış

Britaniyanın əks-kəşfiyyat xidməti Mİ5 yeddi həftədir ki xəbər-ətər olmayan britaniyalı nüvə fiziki Bruno Pontekorvonun axtarışına başlayır.


Professor Pontekorvo və ailəsi senytabr ayında Finlandiyaya gəlmiş və bundan sonra yoxa çıxmışdılar. Bəzi ehtimallara görə, ailə Sovet İttifaqına qaçıb. Bu yaxınlarda professor Harvel Atom Tədqiqatları İnstitutundakı baş elmi işçi vəzifəsini tərk edib və yanvar ayından Liverpul Universitetində işə başlamalı idi. Hökumət israr edir ki, professor yalnız qısa bir müddətdə «məxfi məlumatlara» çıxış əldə edib. Lakin eyni zamanda rəsmilər onun «düşmən» üçün yararlı informasiyaya malik olduğunu da istisna etmirlər.



Ardı

Piy əritməklə arıqlamağın riskləri

Son illərdə plastik əməliyyatlar vasitəsilə bədəndəki artıq piyi azaltmaq Azərbaycanda xeyli dəbə minib. Özü də bu yol əl atanlar arasında təkcə müğənnilər, aktrisalar deyil, imkanı olan sıravi vətəndaşların da sayı çoxalmaqddır. Ona görə də cərrah bıçağının iştirakı olmadan həyata keçirilən piy azaltma metodu barədə bu yazı belələri üçün çox maraqlı olar.


Lipodizolv adlı bu metod zahiri gözəlliyin az qala qanuna çevrildiyi Kaliforniya ştatında xüsusilə geniş işlədilməyə başlayıb. Lipodizolv zamanı iynə ilə bədənin piyli yerlərinə xüsusi maddə vurulur və həmin maddə sadəcə piyi əridir. Lakin BBC müxbiri Devid Uillis deyir ki, prosedurun tənqidçiləri də az deyil.



Ardı