Sağlam bədən hələ qədim zamanlardan pərəstiş və ehtiram obyekti olmuşdur. Fiziki məşğələlər, idman bir çox xalqlar arasında təşviq edilmişdir. Qədim Yunanıstanda fiziki cəhətdən zəif olan oğlanların ali təhsil almağa ixtiyarı yox imiş. Gimnasiyaya ( idman məktəbi) yalnız əla gimnastların gəlmək hüququ varmış. “Gimnasi” sözü tərcümədə “qısa tumanla gəzmək” deməkdir. Məşğələlərə gimnastlar qısa tumanla və ya bel sarğısı ilə gedirmişlər. Olimpiya yarışları və çıxışlarında isə çılpaq iştirak edirdilər. Çılpaq atlet surəti heykəltəraşlıqda görkəmli yer tutduğu üçün hətta xüsusi bir anlayış – “qəhrəmanə çılpaqlıq” məfhumu yaranmışdır.
“Veb-sayt” ingiliscə (web-hörümçək, şəbəkə; site-yer) hörümçəkdə (şəbəkədə) yer deməkdir. Ona qısaldılmış formada “sayt” deyirlər. Sayt İnternet şəbəkəsinin bir yerində yerləşən hansısa adamın (yaxud toplumun, təşkilatın) sənədləridir. Onun ünvanı “domen” (frasızca “domaine” mülk, malikanə deməkdir) adlanır. Saytlar serverlərdə yerləşdirilirlər. Saytın serverdəki özəl yeri “hostinq” adlanır.
Əski dönənlərdə dartışmalar hansısa özəl yerlərdə keçirilirdisə, bu gün onların məkanı əsasən İnternetdir. O zaman müzakirələri yannız ayri-ayri adamlar edirdilərsə, bu gün onlara geniş kütlələr cəlb edilib. Buna görə də polemikaların, dartışmaların, fəlsəfi düşüncənin bu gün heç kəsə lazım olmadığını, keçmişdə qaldığını, gündəmdə olmadığını iddia edənlər yanılırlar. Əksinə, bütün bunlar daha da intensivləşib, geniş kütlələrə məxsus olub. Müzakirələr zamanı insanlar çeşidli problemlər üzrə bir-birləri ilə
Sözlə çəkişmələr, fikirlərin çəkişməsi, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, tərifləri verilmişdir. Çəkişmələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşdi kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli vəya qətlə yetiirilməli idi. Çəkişmələri uduzan tərəfin ardıcılları da təqib olunurdular.Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir. Burada artıq təkcə dini deyil, həm də dünyəvi problemlər haqqında çəlişmələrə yol verilirdi. Burada ilk dəfə olaraq, ontoloji, antropoloji, siyasi, iqtisadi və s. problemlər müzakirə obyekti olmuşdur. Daha sonra orada fəlsəfi məktəblər yaranmışdır.
İstifadəçi Cavidin albomundakı bu şəkli gördükdən sonra bu hadisə ilə bağlı bildiyim kiçik bir məlumatı sizinlə bölüşmək qərarına gəldim.

Deyl Karnegi yazırdı: “Mən 10 il Avraam Linkolnun həyatını öyrənmiş və “Naməlum Linkoln” adlı kitabını yazmışam və üzünün köçürülməsinə 3 il vaxt sərf etmişəm. Hesab edirəm ki, Linkolnun şəxsiyyətini və ailə həyatını mümkün qədər dəqiq və ətraflı öyrəndim”.
Avraam Linkoln 1865-ci il aprelin 15-də səhər Butun ona atdığı güllə ilə ağır yaralandı. Linkoln Ford teatrı ilə üzbəüz yerləşmiş otaqlardan birində ölüm ayağında yatırdı. Çarpayı üzərində Roza Bonyorun məşhur “At yarmarkası” rəsminin ucuz reproduksiyası asılmışdır. Hərbi nazir Stenton can verən Linkolnun çarpayısı önündə dedi: “Burada dünyanın nə vaxtısa gördüyü ən qüsursuz rəhbəri yatır”.
“Arvadımı yanıma buraxmayın”. Linkolnun bu xahişinə səbəb nə idi?
Napoleon Hill (1883-1970) Müasir Amerika ədəbiyyatının klassiklərindən biri olub. O, Virciniyada kasıb bir ailədə dünyaya göz açıb. On yaşında anasını itirib. 13 yaşında ikən “Kiçik şəhərcik” qəzetində müxbir kimi işləməyə başlayıb.
Buradan qazandığı pulu təhsilinə sərf edib. Qısa bir zamandan sonra maddi çətinliyə görə təhsilini dayandırıb. 1908-ci il Hillin həyatında həlledici olmuşdur. Həmin il ona tanınmış şəxslərin uğurlu iş həyatı haqqında silsilə məqalələrin yazılması sifariş edilir. O, birinci məqaləsini, o dövrdə dünyanın ən varlı insanlarından biri sayılan Endryu Karnegiyə həsr edir.