salehs
Reytinq
+127.57
Güc
355.61

salehs

Əsgərlik şeirlərimdən- ANA

           Ana

          Yuxuların qarışıb

                     zəhərə dönmədimi,

         Qəlbində ana hissi

                     qəhərə dönmədimi?

         Necə yatdın, ay ana,

                     necə yatdın bu gecə?

         Mən ki səhərəcən yatmamışam,

                    mən ki səhərəcən sizi düşünmüşəm,

                                   sizi qəlbimdən atmamışam.

 


Ardı →

əsgərlik şeirlərimdən

  • Sevgi

Səni məndən soruşsalar

Qəlbim yanıb köz tutacaq,

Səni məndən soruşsalar.

Göz yumulub, dil susacaq,

Səni məndən soruşsalar.

 

Bir-birinə darılmışıq,

Səhv etmişik, yanılmışıq.

Necə deyim ayrılmışıq?

Səni məndən soruşsalar.

 


Ardı →

Vətən sərhəddən başlayır

Burada çox hörmət bəslədiyim, özünə hörmət qoyan insan Paskal maraqlı sərhədlər haqqında fikir paylaşmışdı. Mən sərhəd qoşunlarında xidmət etdiyim üçün mənə daha maraqlı gəldi. Və elə əsgərlikdə olduğum müddətdə yazdığım şeirimi paylaşmaq istədim. Buyurun.
 

Sərhədçi

 

Yuxu fikirləşmə sərhədçi!

Bir az ananın gözlərində,

             bir az sevdiyin qızın ürəyində yat.

Dərdi-qəmi at,

             yuxunu beynindən çıxart.

Mürgüləmə sərhəddə

             qoy quş da keçməsin.

Düşmən hədəf kimi səni seçməsin!

 


Ardı →

Vətənin səsinin çağırışı

Üsyan (poema)
Şəhidlərin xatirəsinə həsr olunur...

Giriş
“Hoydu, dəlilərim, hoydu!”

Biri vardı, biri yoxu,
Yoxu sənin varı mənim.
Azərbaycan torpaqları
əzəlindən parçalandı
yarı sənin, yarı mənim.
Bu nə paydı, bu nə bölüm?
Bu nə dərddir, bu nə zülüm?
Nə vaxtacan dözməliyik
dəhşətlərə, zülümlərə?
Nə qədər göz yummalıyıq
bu cür haqsız bölümlərə?
Xan Qazanım, bir baş qaldır
çat düşmənin üstünə sən!
Oyan Çoban!


Ardı →

Mərhum şair Oruc Əsgərliyə

Şair Oruc Əsgərliyə
(allah rəhmət eləsin!)

Gördüyün nə varsa çevirdin sözə,
Həyatın yazdığın şeirinə qaldı.
Həyatla apardın bir mübarizə,
Qələbə şairin xeyrinə qaldı.

Qələmin sözləri durmadan yonub,
Yeni toxumalar əkdi şeirinə.
İlhamın çiçəkdən-çiçəyə qonub,
Sözlərin şirəsin çəkdi şeirinə.

Sənin şeirlərin çay kimi coşqun,
Oxucu qəlbinə axar yorulmaz.
Sənin şeirlərin lal kimi susqun,
Gözümün içinə baxar yorulmaz.

Sənin şeirlərin yenidən yeni,
Sənin şeirlərin köhnədən köhnə.
O gah dünənimə aparar məni,
Gah açar önümdə yeni bir səhnə.

Qızlar çələng hörüb şeirindən sənin,
Taxar yaxasına çiçək yerinə.
Əsl sevgi görüb şeirindən sənin,
Sevənlər and içər sənin şeirinə.

Sən nələr yaşayıb etdin dünyada,
Hər biri bir örnək oldu bizlərə.
Sən özün köç edib getdin dünyadan,
Kitabın yadigar qaldı bizlərə.

 

Hüseyn Saleh (Seyfullayev)


Davamı →

Bunları da bilmək lazımdır

1 kq bal hazırlamaq üçün 1 arı 2 milyon gülə qonmalıdır

1. Fransada insan siması olmayan gəlinciklərin satışı qadağandır.

2. Son 5 ildə Kanada 4 dəfə BMT tərəfindən yaşamaq üçün ən ideal ölkə seçilib.

3. Peyğəmbərimiz (s) buyurub: “Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa, behişt onundur:  Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta”.

4. Qədim Romada xəstə cərrahiyyə əməliyyatı zamanı ölərdisə, cərrahın əllərini kəsirdilər.

5. Sienada (İtaliya) Mariya adlı qadın fahişə ola bilməz.

6. Dünyadakı canlıların 70%-i bakteriyalardır.

7. Fil yeganə heyvandır ki, 4 dizi vardır.

8. Tokioda zooparklar il ərzində 2 ay bağlanır ki, heyvanlar insanlardan dincəlsinlər.

9. Arının çalmağından hər il çox adam ölür, nəinki ilanın çalmağından.

10. Akulalarda xərçəng xəstəliyinə qarşı immunitet vardır.


Ardı →

Toyxana

Yəqin ki hər birimiz kənddə «palatka» toyu görmüşük. Toyu tamada başlayır. İlk öncə özünü, musiqiçiləri və kameramanı təqdim edir. Hər bir kəs toyda söz demək və ya oynamaq üçün mütləq tamadanı görməlidir. Bu minimum 5 manatdır. (ƏDV daxil) ƏDV nədir? Hamınız deyəcək ki, Əlavə Dəyər Vergisi. Yox canım gözüm vergi hara toy hara? Toyda ancaq nikah məmuru ola bilər vergi məmuru yox. ƏDV- Əl Dəymədən Ver. Yəni tamadanın pencəyinin yan cibinə qoy sözünü de.
Bəli toy başlayır toyun qızğın yerində cavanların oynamaq üçün dava-dalaş saldığı bir vaxtda bir ayaq üstə dayana bilməyən piyanın biri gəlir bir ana haqqında muğam sifariş verir anasını qucaqlayıb oturur qulaq asır. Arabir də anasını öpərək anasına olan məhəbbətini nümayiş etdirməyə çalışır. Bəli muğamın arasında mahnıya yer verilir. Bu piyan da elə oynayır elə oynayır lap oynamayan adamın da sümüyünə düşür. Mahnı da nə olsa-nə olsa Anam sənə qurban ay sarı köynək… Bu da anasına olan məhəbbətin bariz nümunəsidir. 
Ardı →

Su və həyat

          Su həyat mənbəyidir. Bu fikir suyun həyatımızda rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən bizə məlumdur ki, insan bədəninin 80 %-ni, yer kurəsinin 2/3 hissəsini su təşkil edir. Hər addımımızda, hər alıb-verdiyimiz nəfəsdə suyun iştirakı var. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil. Təbiəti susuz təsəvvür etmək də mümkün deyil. Elə bu baxımdandır ki, su haqqında olan bütün fikirlər, su haqqında olan bütün elmlər çox maraqlı və ecazkardır. Əslində isə su həyat mənbəyi deyil, elə həyat suyun özü deməkdir. Son zamanlarda insanlar Günəş sistemi planetlərindən hansındasa həyat əlamətləri axtarmağa başlayıb. Bəs kosmosa uçan insan orada həyatın olub-olmadığını hansı əlamətlərə görə, hansı üsullarla axtarır? Yenə də su göz önünə gəlir: insan dühası qonşu planetlərdə məhz suyu axtarır – bilir ki, su olan məkanda mütləq həyat olacaq.

          Su müqəddəsdir. Və bu müqəddəs nemət olan su heç də şəffaf göründüyü kimi sadə bir nemət deyil. Su elə bir sehirli nemətdir ki, onun dərinliklərdə yatan bəzi incə sirrləri hələ də elmə məlum olmayan tərəfləri ilə ön plandadır. Biz bu müqəddəs sayılan suya təbiətdə müxtəlif hallarda rast gəlirik. Suyun müqəddəsliyi özünü yuxularımızda da göstərir. Yuxuyozan alimlər belə qənaətə gəlirlər ki, yuxuda su görmək, xoş bir həyata və gözəl bir ruziyə şərh olunar. Bir kimsənin yuxuda suyu evində görməsi, səadətə, toplu mala, çox xeyirə və subaydırsa evlənməyə şərh olunar. Yuxusunda su içən, gözəl bir həyata qovuşar. Qədəh içində olan saf suyu içdiyini görən kimsə, uşaq və xanımından xeyirə çatar. Çünki şüşə qadınların cövhərindəndir. Onun içindəki su isə, ana bətnindəki uşaqdır. Saf bir suya atladığını görən kimsə, tez sevincə çatar.


Ardı →

Su və yaşam

                                        Dünya yaranmamışdan

                                                          allah suyu yaratdı,

                                       Çiçəklərə can verdi

                                                          təbiəti oyatdı.

                                       Su doldu bitkilərin

                                                          damarına, qanına,

                                       Su doldu hər canlının

                                                          nəfəsinə canına.

                                       Su doldu insanların

                                                          döyünən ürəyinə,

                                       Su doldu insanların

                                                          gözünün bəbəyinə.

                                       Su çatdı darda qalmış

                                                          hər canlının hayına,

                                       Su doldu yer altının


Ardı →

Şeirlər

Gelecekden bir gun... 
Bir gun rastlawacayiq, 
Qucaqimdaki oqlum elinden tutduqun qizina baxacaq, 
men de sene baxacam. 
Seni goren kimi ureyim diksinecek, 
yoldawimin ellerini buraxacam. 
Sen bunu gorub sevineceksen, bir az xowhal olacaqsan. 
Mene hormet namine bir az lengiyib erinden bir-iki addim geri qalacaqsan. 
Ve bu an qizin elinden tutub seni cekecek sevine-sevine, 
Belece otub gedeceyik, here oz evine... 

Saleh Seyfullayev 06.04.2013


Ne olar bu gece yuxuma gel, 
Xeyallarim yorulub seni duwunmekden. 
Gel isit meni bezmiwem bu soyuqluqdan, uwumekden... 
Bu gece yuxuma gel bir az da aliwim sene. 
Dunen yuxuma gelmiwdin, 
bu gece de gel, 
Yuxumu daniwim sene... 

Saleh Seyfullayev 12.06.2013




Davamı →