kayzen.az xoşbəxt olmaq istəyən, uğur qazanmaq üçün çalışan, həyatında yaxşılığa doğru dəyişikliklər etməyə can atan insanlar üçün veb-saytdır. Kayzen yapon dilində kai və zen sözlərindən (改善) əmələ gəlib mənası yaxşılığa doğru dəyişmək,inkişaf etmək deməkdir. kayzen.az saytının fəlsəfəsinə görə:
kayzen.az saytında mütəmadi olaraq həyatını mənalı, maraqlı yaşamaq istəyənlər üçün seçilmiş mövzularda materiallar verilir. Onlar əsasən maarifləndirici, məsləhətverici funksiya daşıyır. Materiallar həm sayt administrasiyası tərəfindən,həm də bloqqerlərin özü tərəfindən yaradılır, redaktə edilir və yayımlanır. Saytda hər bir kəsin bloq açması, öz şəxsi gündəliyini aparması, həyatda qarşılaşdığı maraqlı məqamları qeyd etməsi təmin olunub.
kayzen.az sosial sayt olduğu üçün cəmiyyətin kiçik bir modelini xatırladır. Həyatda tez-tez yaxşını pisdən ayırmağa çalışan insanlar bu saytda da hər bir şeyə öz münasibətlərini reytinq sistemi vasitəsilə bildirir. Qeydiyyatdan keçən hər kəs digər insana, mövzuya, şərhə mənfi və ya müsbət səs verir. Ədalət prinsipini qorumaq üçün verilən səslər istifadəçinin reytinqindən asılı olur: reputasiyası yüksək olan istifadəçinin verdiyi səs daha böyük təsir göstərir. Reytinqi aşağı olan istifadəçi isə məhdudiyyətlərlə qarşılaşır. Saytda ab-havanı məhz istifadəçilər yaradır, kimin yaxşı, kimin pis olduğunu seçir. Bir sözlə, saytı demokratik quruluşa malik onlayn cəmiyyət kimi xarakterizə etmək olar.
kayzen.az-da əsas materiallar inkişafa doğru rubrikasındadır. Sayt yaradıcılarının fikrinə görə, insana ideal həyat üçün aşağıdakılar lazımdır.
1.Sağlam olmaq. Bunun üçün tibb, düzgün qidalanma, sağlam həyat tərzi,müxtəlif müalicə növləri, idmana aid məlumatlar müvafiq bölmədə yerləşdirilir.
2.Zəngin olmaq. Pulsuz həyatda nəyəsə nail olmaq qeyri-mümkündür. Odur ki,pul qazanmağın yolları, karyera imkanları, biznes layihələr, iqtisadiyyatın bütün sahələri-maliyyə, marketinq, menecment, beynəlxalq ticarət və s. aid hər bir şey istifadəçilər üçün hazırlanıb.
3.Gözəl olmaq. Cazibədar görünmək, ətrafdakıların diqqətini xarici görünüşü ilə cəlb etmək istəyənlər moda, gözəgəlimli imic, sevgi, intim dünya, ailə münasibətləri haqda maraqlı informasiya axtaranlar bu bölümdə axtardıqlarını tapa bilərlər.
4.Ağıllı olmaq. Elmlə maraqlananlar, intellekti yüksək olanlar, təhsil alanlar, əqli qabiliyyətləri ilə hamını heyran etmək istəyənlər burada riyaziyyatdan tutmuş coğrafiyaya qədər təhsilə aid məlumat əldə edə, elmi yenilikləri oxuya bilər. Xarici dil öyrənmək istəyənlər də burada çox şey tapa biləcək.
5.Nümunəvi olmaq. Nümunəvi insan dedikdə öz şəxsi mənəvi keyfiyyətləri ilə seçilən, zəngin daxili aləmi ilə fərqlənən insanlar nəzərdə tutulub. Burada din, əxlaq, mərifət, etiket qaydaları, ailə həyatı və s. bölümlərdə maraqlı informasiyalar gündəlik əlavə edilməkdədir.
Bunlardan başqa saytda digər rubrikalar da var.
kayzen.az bloqo-sosial servisdir. Yəni, o həm internet forumu, həm də bloqosferanı özündə birləşdirir. Öz fikirlərini bölüşmək, maraqlı bir məlumatı insanların nəzərinə çatdırmaq, digərlərinə daha yaxşı həyat qurması üçün kömək etmək, populyar müəllif olub qonorar almaq istəyənlər sadəcə olaraq qeydiyyatdan keçməli və kayzen.az saytında xoşbəxt həyat üçün lazımlı mövzularda kontent yerləşdirməlidir. Siyasət,skandala meylli şou-biznes sahələrini çıxmaq şərtilə geniş mövzularda kontent yerləşdirmək olar. Kontent dedikdə aşağıdakılar nəzərdə tutulur.
Yerləşdirilən kontentin Azərbaycan dilində olması vacibdir (xarici dil öyrənməyə aid və bəzi spesifik mövzular istisna olmaqla). Kontentdə Azərbaycan dilinin qəbul olunmuş normalara uyğun olaraq istifadə edilməsi tövsiyə olunur. Yazılarda translitdən istifadə etmək, milli əlifbaya məxsus hərfləri (ə,ş,ğ,ı,ö,ü,ç) düzgün yazmamaq olmaz.
Sayt istifadəçilərinə mikrobloq, fotoqalereya, istədikləri bloqlara abunə olmaq, RSS, axtarış kimi servislər təklif edilir. Biznes-tərəfdaşlıq üçün də sayt əlverişli imkanlar yaradır. Sayt administrasiyası isə istifadəçilərin istəklərinə diqqətlə yanaşması, liberal siyasəti, operativ reaksiyası ilə seçilir.
Saytın qaydaları ilə tanış olmaq məsləhət görülür. Saytın fəaliyyəti ilə bağlı suallara cavab FAQ bölümündə ətraflı verilib.