İSTİFADƏÇİ RAZILAŞMASI

kayzen.az saytı (bundan sonra Sayt) www.kayzen.az domenində yerləşib öz daxili qayda-qanunları ilə fəaliyyət göstərən  eyniadlı veb-resursdur. Burada qeydiyyatdan keçən şəxs təsdiq edir və razılaşır ki, saytda qeydiyyatdan keçməklə bu İstifadəçi Razılaşmasının şərtləri çərçivəsində fəaliyyət göstərəcək.

 

1.Razılaşan tərəflər

  • kayzen.az veb-resursunun administrasiyası (bundan sonra administrasiya)
  • qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslər (bundan sonra istifadəçi)

 

2. Razılaşmanın müddəaları
Administrasiya istifadəçilərə aşağıdakılardan istifadə imkanını yaradır:

  • Administrasiya tərəfindən nəzərdə tutulmuş mətn, qrafiki, video, audio informasiyanın yerləşdirilməsi
  • Administrasiyasın və istifadəçilərin öz aralarında əlaqə yaratması, müzakirə aparması

 

3.İstifadəçinin hüquqları

  • Saytda axtarış aparmaq, qanun və sayt daxilindəki qaydalar çərçivəsində informasiyanı əldə etmək, yaratmaq,onu yaymaq
  • Yerləşdirdiyi informasiyaya digər şəxslərin yetişimini məhdudlaşdırmaq və qadağan etmək
  • Digər şəxslərin reytinqinə qaydalar çərçivəsində müdaxilə etmək, öz subyektiv fikrini bildirmək
  • Sayt administrasiyasına müraciət etmək,onu maraqlandıracaq məsələ ilə bağlı sayt administrasiyasından dəstək almaq təklifi ilə çıxış etmək
  • Digər istifadəçilər ilə əlaqə qurmaq, şəxsi münasibət yaratmaq

 

4.Administrasiyanın hüquqları

  • İstifadəçi tərəfindən yaradılmış kontent və istifadəçi hesabını dəyişdirmək və ləğv etmək
  • İstifadəçi hesabını dondurmaq, istifadəçinin reytinqinə müdaxilə etmək,istifadəçi tərəfindən yaradılmış kontentə yetişimi məhdudlaşdırmaq
  • İstifadəçi tərəfindən yaradılmış kontentdən axtarış optimizasiyası,reklam və marketinq alətləri üçün istifadə etmək
  • Sayt istifadəçilərinin öz aralarında və üçüncü kənar şəxslə münasibətlərini nizamlamaq üçün arbitraj funksiyasını yerinə yetirmək
  • Sayt istifadəçilərinə elanlar, bildirişlər göndərmək

 

5.Sayt fəaliyyəti

  • Saytda həm istifadəçilər,həm də administrasiya tərəfindən postmoderasiya həyata keçirilir.
  • Saytda yerləşdirilən kontentin məzmununa,ondakı səhvə və sayt istifadəçilərinin öz aralarında paylaşdığı informasiyaya görə administrasiya məsuliyyət daşımır. Bu informasiyanın istifadəsi nəticəsində baş verən zərərə görə administrasiya cavabdeh deyil.
  • İstifadəçinin saytdaxili fəaliyyəti administrasiyanın nəzərdə tutduğu qaydalar, mövcud qanunvericilik və beynəlxalq internet-etiket kodeksinə uyğun həyata keçirilir.
  • Razılaşmanın istənilən zaman dəyişdirilməsi hüququnu administrasiya özündə saxlayır. İstifadəçi Razılaşması https://kayzen.az/page/agreement ünvanında yerləşir