Post nədir?
Saytda hər yazılan məqalə, nəşr olunmuş yazı post adlanır. Bəzən buna topik də deyirlər. Əgər postda fotoşəkillərdən istifadə olunursa, əsas hissəni qrafik informasiya tutursa, buna fotopost deyilir.

Saytdan mənim kompüterimə virus düşə bilərmi?
kayzen.az administrasiyasının yerləşdirdiyi bütün informasiyalarda virus və ya digər ziyanverici proqram təminatı yoxdur. Ola bilər ki, digər şəxsin yerləşdirdiyi bərkitmədə (attachment,прикрепление) virus olsun. Lakin bu çox az ehtimalla baş verə bilər. Belə bir şeyin ola biləcəyini güman edib narahat olmaqdansa, yaxşı olar ki,porno-saytlara girməyin, elektron poçtunuza gələn naməlum məktubları açmayın və fleş-kartların içinə internet-klublarda hər cür lazımsız informasiyanı doldurmayın:-))

Emotikon nə olan şeydir?
Emotikonlar,daha dar mənada smayliklər, insanın hisslərini, emosiyalarını göstərmək üçün simvollar dəstidir. Məsələn, :-) təbəssüm, :-( isə narahatçılıq ifadə edir.

Öz adımı (loginimi) dəyişdirə bilərəmmi?
Yox,bu mümkün deyil. Odur ki,qeydiyyatdan keçməzdən və ad seçməzdən əvvəl yaxşıca götür-qoy etmək lazımdır. Atalar boş yerə İgid yuzer ölər, adı qalar məsəlini deməyib. Yadda saxlamaq lazımdır ki,login kimi Azərbaycan hərflərindən istifadə etmək olar.


Mən qeydiyyatdan keçmişəm. Amma sayta daxil ola bilmirəm. Server səhv yarandığını göstərir.
Çox güman ki,siz e-maili aktivləşdirməmisiniz. Qeydiyyatdan keçəndən sonra sizin e-mailə sayt adından məktub gəlir. Gərək həmin keçidə daxil olub hesabınızı aktivləşdirəsiniz. Əgər sizin poçta elə məktub gəlməyibsə,lakin siz saytdan qeydiyyatdan keçməyi mütləq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.


Mamoçka,mən neyniyim???Sayt çox xoşuma gəlib,vsyo super,stilno i so vkusom.kayzen.az/registration basdım.Amma e-mailə heç nə gəlmib.Koshmar!!!

Emosiyalarınızı saxlayın. support@kayzen.az ünvanına probleminiz barədə məktub göndərin yaxud əlaqə saxlayın,hər şey düzələcək. Ola bilər ki,e-mail sizə çatmıb yaxud spam qovluğuna düşüb. Не беспокойтесь,все будет лучше!

Başqa yerdə sizin sayta daxil olmaq olur, lakin iş yerində sayta daxil olmaqda çətinliklər var.
Ola bilsin ki, iş yerində administrator bu sayta daxil olmanı əngəlləyib. Yaxşı olar ki, administrator və ya informasiya texnikasına cavabdeh olan şəxsə yaxınlaşıb probleminizi bildirin. Bizə bu barədə xəbər verməyi unutmayın.

Sayt gec açılır. Mən nə edim?

  • Birincisi, kayzen.az gec açılmır. Çünki başqa müasir saytlarla müqayisədə onun həcmi heç də çox deyil.
  • İkincisi, mobil telefon və aşağı sürətli internet xətti olanlar saytın mobil versiyasına daxil ola bilərlər. Xüsusi olaraq onlar üçün mobil versiya hazırlanıb.
  • Üçüncüsü, əgər siz dial-up(yəni internet-kart alıb 56 Kbit/saniyə sürətlə) xətti ilə qoşulursunuzsa, sizə ADSL yaxud digər yüksəksürətli zolağa qoşulmağınızı məsləhət görürük.
  • Dördüncüsü, ola bilsin ki,sizin kompüterinizin aparat və proqram təminatında problemlər var. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Saytı necə tez-tez yeniləyə bilərəm?
Brauzerinizdə refresh (обновление страницы) düyməsini basa bilərsiniz. Daha bir metod isə klaviaturada F5 düyməsini basmaqdır. Lakin çox vaxt buna gərək olmur. Canlı efir rubrikasında ŞərhlərNəşrlər keçidlərindən istifadə etmək daha əlverişlidir.

E-mailimə saytdan bildirişlər. Onları necə tənzimləyə bilərəm?
Bildirişlərdə hansı hallarda e-mailinizə bildiriş gəlməsi mexanizmi yaradılıb.

Kiməsə şəxsi mesaj yazmaq üçün nə edim?
Hər bir istifadəçinin saytın yuxarı hissəsindəki panelindən məktub işarəsinə tıqlayaraq poçt qutusuna daxil ola bilər. Poçt qutusunda istədiyiniz istifadəçiyə məktub yazmaq, onun yazısına cavab vermək mümkündür. Poçtunuza yeni mesaj gələndə avtomatik olaraq səhifənin yuxarısındakı istifadəçi panelində məktub qutusunun altında gələn yeni məktubların sayı yazılır.

Fərdi və kollektiv bloq nədir?
Qeydiyyatdan keçmiş hər bir istifadəçinin fərdi bloqda yazı əlavə etmək hüququ var. Məsələn, Sevinc Əliyevanın fərdi bloqu. Fərdi bloqlarda əsasən istifadəçinin rastlaşdığı maraqlı məqamlar, bildirmək istədiyi fikirlər və s. var. İstifadəçi fərdi bloquna qalaktikadakı ulduzların fiziki xassələrindən tutmuş dünya maliyyə krizisinə qədər hər bir mövzuda yaza bilər. Lakin daha yaxşı variant budur ki, müəyyən mövzulara aid postları kollektiv bloqlarda yerləşdirilsin. Məsələn ulduzlar haqqında postlar astronomiya, maliyyə böhranı ilə bağlı yazılar isə dünya iqtisadiyyatı bloqlarında yerləşdirilsin. Kollektiv bloqun fərqi ondadır ki,o bir temaya, mövzuya aid olur. Məsələn, rus dili bloqu, klassik musiqi bloqu.
Bloqlar arasında yaxşı naviqasiya üçün kateqoriyalara baxmaq məsləhət görülür.
Kollektiv bloqda yazı yazmaq üçün əvvəlcə ona qoşulmaq, həmin bloqa üzv olmaq lazımdır. Bunun üçün həmin bloqun səhifəsində qoşul tıqlamaq lazımdır. Əgər istifadəçi postunu hansı bloqa daxil edəcəyini bilmirsə və çətinlik çəkirsə, sayt administrasiyasına əlaqə vasitəsilə müraciət edə bilər.

Frend-lent nədir?
Frend-lentdə dost kimi əlavə etdiyiiniz insanların yazdığı postları oxumaq olur. Post sayı çox olanda axtarış üçün bu rahat sistemdir. Əgər sizin xoşunuza bir istifadəçinin yazdıqları gəlirsə,onu özünüzə dost kimi əlavə edəndən sonra frend-lentdə məhz onun müəllifi olduğu yazıları oxumaq olar.


Mən zürafə ətinin QİÇS xəstəliyində müalicəsinə həsr olunmuş 60 A4 səhifəsi həcmində elmi əsər yazmışam. Onu necə yerləşdirim?
Hər bir topikdə yazılan simvolların həcminə limit var. Odur ki, bu elmi tədqiqatınızı daha kiçik, məntiqi bağlılığı olan fəsillərə bölün və yarılıqda onları yerləşdirin. Məsələn:

  • Zürafə əti və onun fiziki-kimyəvi xassələri
  • Zürafə ətinin alınması,saxlanması və istifadəsi
  • .......
  • Zürafə ətinin digər müalicəvi xüsusiyyətləri. Tibbdə onun istifadəsinə göstərişlər
  • Nəticə və təkliflər. Zürafə ətinin tədarükünə aid dövlət proqramının yaradılmasının zəruriliyi

Əgər yazınızı məntiqi ardıcıllıqla bölə bilməsəniz və bu zaman çətinliyiniz olsa, sayt administrasiyasına müraciət edin.