Apollon
Reytinq
+5804.50
Güc
6334.83

Apollon

Sülhün elçisi: Məlalə Yusifzey

11 yaşında BBC üçün yazdığı bloqun qurbanı...
2009-cu ilin əvvəllərində 11 yaşlı Məlalə Yusifzey BBC üçün yazdığı bloqu ilə dünyada məşhur oldu. Bu bloqda, o, Taliban rejimi altında öz həyatından, taliblərin Svat bölgəsini işğal cəhdlərindən və qızların təhsilinin inkişafına öz baxışlarından geniş yazmışdı.

Bundan sonra 2009-cu ilin sonlarında Pakistan Silahlı Qüvvələrinin hücumu nəticəsində taliblər Svat bölgəsindən qovuldular. Bütün hadisələri bloqunda ətraflı təsvir etdiyinə görə, gənclər arasında Pakistanın Milli Sülh mükafatını qazandı.

Davamı →

Uşaqlara çörək yedirtməyin!

“Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır. Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar.

1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: “Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”...

Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə “canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: “Çörəklə ye ki, doyasan”.
Davamı →

Atom bombasından sonrakı Yaponiya

1. Yapon dilində “Xibakusiya” sözü var. Bu söz tərcümədə “partlayışın təsirinə davam gətirənlər” mənasını verir. Onlar Xirosima və Naqasakidə atom bombasından sağ qurtulanları belə adlandırırlar.

2.
Naqasakidə bombanın düşdüyü yerin yaxınlığındakı 6 qinkqo ağacı ciddi zədə aldı, amma möcüzə nəticəsində məhv olmadılar. Tezliklə yanmış budaqlarda yeni tumurcuqlar yarandı. O zamandan bəri Yaponiyada qinqko ağacı ümid rəmzi sayılır.

3. Çox adam Yaponiyanın məşhur monstrı Qodzillanın Xirosima və Naqasakidəki partlayışı rəmzləşdirdiyini bilmir.
Davamı →

Dəvətikanı

Azərbaycanın bütün ərazisində yayılmışdır, quru yеrlərdə bitir. Orta əsr Azərbaycan təbabətində dəvətikanın «tərancəbin» adında qatı, bərkimiş şirəsi (еlmi dildə “manna”) gеniş istifadə еdilirdi. Məhəmməd Mömin (vəfatı 1697-ci il) yazır ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırırlar. Dozası: 32 – 135 q. Onu söyüd mannası əvəz еdir.

İbn Sina təsdiq еdir ki, dəvətikanının mannası öskürəyi dəf еdir, sinəni yumşaldır, susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Bir dəfədə 45-90 q su ilə içilir. Hindistan və Sеylonun ənənəvi təbabətində tərqovucu vasitə kimi məşhurdur, kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində istifadə еdilir. Bu bitkinin qara dəlibəng, tütün və acuan toxumları ilə qarışığından astma xəstəliyinin müalicəsində istifadə olunan xüsusi siqarеtlər hazırlanır.
Davamı →

Falqada balıq

Ərzaqlar:
Skumbriya – 1 ədəd
Şampinyonlar – 4 ədəd
Pomidor – 1 ədəd
Soğan – 1 ədəd
Duz, istiot
Mayonez (yağsız) – 3 x. q.
Bitki yağı – 3 x. q.
Limon suyu – 1 ç. q.

Hazırlanması:
Balıq yuyulur, başı kəsilir. Ortadan kəsilib açılır. Daxili təmizlənir, aralıq pərdəsi çıxarılır. Qığırdaq çıxarılır. Və yenidən yaxşıca yuyulur. Duz, istiot vurulur, limon suyu sıxılır. Balığın içinə azca nazik mayonez yaxılır və 10 dəqiqə bir kənara qoyulur.
Davamı →

Pozitiv və neqativ enerjinin sağlamlığa təsiri

Müasir dövrdə belə bir fikir formalaşmışdır ki, insanın şəfa tapması yalnız iynə-dərmanla mümkündür. Bir çox hallarda bu cür müalicə tam sağlamlığa nail olmağa imkan verməsə də, digər yanaşmalar adətən rədd edilir. Müalicə imkanlarını bu cür məhdudlaşdıran əsas səbəb insanın mahiyyətinin düzgün nəzərdən keçirilməməsidir. 

Ənənəvi tibb insanın yalnız fiziki bədənini müalicə obyekti kimi qəbul edir və müxtəlif kimyəvi preparatlarla müalicə xəstəliyi aradan qaldırmanın yeganə üsulu hesab edilir. Halbuki insan bir neçə enerji təbəqəsindən və materiyadan ibarət mürəkkəb quruluşa malikdir.
Davamı →

Şiddət nədir?

Şiddət, sahib olunan gücün və hakimiyyətin bir insana, bir qrupa, özünə, bir fikrə, həyat tərzinə, fiziki və psixoloji olaraq yaralanmaya, itkiyə səbəb olacaq bir formada müəyyən yollarla tətbiq olunmasıdır. Duyğular davranışlara istiqamət verə bilir, amma insanın duyğularını hansı istiqamətə yönəltməsi, hansı davranışı sərgiləməsi özünün seçimində, nəzarəti altında və öz məsuliyyəti daxilində olur. Dolayısi ilə qısqanclıq, əsəb, hirs duyğuları insani duyğular olsa da, şiddəti təmsil edir.

Nəzər nöqtəsi də məhz bu duyğular üzərində olmalıdır. Əgər bir davranış əsəbi vəziyyəti sərgiləmək, hirsini boşaltmaq, nifrət hissini bildirmək, alcaltmaq, cəzalandırmaq, güc göstərmək, insanı kontrol altında saxlamaq ücün sərgilənirsə, bu davranış şiddət tətbiqidir.
Davamı →

Gecə yarısında | Katherine Mansfield

(Vircinia ocağın yanında oturmuşdu. Üst geyimləri stulun üstünə səpələnmişdi; çəkmələri buxarının məhəccərində astaca buğlanırdı)

Vircinia (məktubu yerə qoyub): Heç ürəyimcə olmadı bu məktub, heç… Mən başa düşə bilmədim ki, o bununla mənə eyham vurmaq istəyib, ya onun tərzi belədir. (oxuyur)

“Corablar üçün sizə təşəkkür edirəm. Sonradan göndərilən beş cütü də aldım. Əminəm ki, bu yaxınlarda göndərdiyiniz corabları şirkətdə bir dostuma bağışladığımı eşidəndə sevinəcəksiniz”. Yox, mən bunu heç də uydurmuram. O, bu sözləri ilə mənə öldürücü bir eyham vurmaq istəyib…

Ah, kaş ki, mən ona o məktubu yazıb özündən muğayat olmasını istəməzdim. İndi o məktubu geri qaytarmaq üçün hər şeydən keçərdim. Xatırlayıram, mən məktubu bazar günü axşam yazmışdım. Bu gün mənim üçün heç uğurlu deyil. Mən həmişə özümü məcbur eləyirəm ki, bazar axşamları məktub yazmayım. Heç cür başa düşə bilmirəm ki, niyə bazar axşamlarının həyatımda bu cür gülünc izləri var. Sanki dərdləşməyə, sevməyə bir adam axtarıram. Bəli, bax bunlar məni kədərli və sevgi dolu edir. Gülməlidir, elə deyilmi!
Davamı →

Bomba qədər təhlükəli müəllimlər

Türkiyə Cumhuriyyətinin banisi Atatürk deyirdi: “Müəllim bir şama bənzər,özünü əridərək başqalarına işıq verər”.

Həqiqətən müəllimlik müqəddəs peşədir. Bir nəfər bilgilərini, düşüncələrini və enerjisini onlarla və yüzlərlə insanlarla bölüşərək, həmin şəxslərin formalaşmasına, yetişməsinə nail olur. Nəticədə o şəxslər, bir müəllimin və ya müəllimlərin yaratdığı təsir gücü ilə sabah cəmiyyətdə, ailə içində və hətta ictimaiyyət daxilində belə mühüm, sanballı, öz müsbət keyfiyyətləri və bilgiləri ilə xeyirli insan olub, müsbət imic yarada bilərlər.
Davamı →

Dahilərin asudə vaxtları

1. Gec vaxta qədər işləmək lazım deyil
Görkəmli insanlar bütün günlərini iş yerlərində keçirmirlər. Məsələn, filosof Mişel Fuko saat 9:00-dan 15:00-a qədər çalışırdı. Betxoven isə gün çıxandan günortaya qədər işləyirdi. Görkəmli şəxsiyyətlərin əksəriyyəti gün ərzində 12 saat belə çalışmırdılar.

2. Çox istirahət edin
Hətta qısa iş günlərində belə uğurlu və görkəmli insanlar iş vaxtı istirahət edirlər. Məsələn, Sokrat bəzən küçənin ortasında qəfildən dayanıb 20 dəqiqə ərzində heç nə etməyərək ayaq üstə dayanırdı. Betxoven isə hər səhər xiyabanda gəzintiyə çıxırdı. O, belə vaxt keçirməyi «gəzinti zamanı iş» adlandırırdı.
Davamı →