Azərbaycan
Reytinq
+554.20
Güc
1544.16

Azərbaycan

Bakı kəndlərinin tarixi

Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi. I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərindən birinin yazdığına görə, Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır.1870-ci il siyahısında isə Bakıda 41 kənd olduğu qeyd edilir: Bibiheybət, Keşlə, Əhmədli (bəzi mənbələrdə isə bu Qulam Mahmud, ya da Küley Mahmud da adlanır), Zığ, Hövsan, Türkan, Zirə, Qala, Binə (yaxud Kürkənd), Suraxana, Əmirhacıyan, Ramana, Balaxana, Sabunçu, Bülbülə, Dərnəgül, Binəqədi, Digah, Məhəmmədli, Zabrat, Fatmayı, Novxana, Saray, Masazır, Corat, Goradil, Pirşağa, Kürdəxana, Maştağa, Nardaran, Bilgəh, Buzovna, Şağan, Mərdəkan, Güzdək, Hökməli, Xırdalan, Xoca Həsən, Pirəköşkül, Biləcəri, Qobu.
Davamı →

Alınma sözlər: nə qədər və necə almalıyıq?

 Dünyada elə bir dil yoxdur ki, başqa dillərdən söz almasın. Qloballaşan dünyada bu, qaçılmaz prosesdir. Müstəqillikdən sonra dilimizə yüzlərlə söz daxil olub. Bu sözlərin çoxunun dilimizdə qarşılığını tapa bilməməyimiz köklü problemdir. Mütəxəssislər düşünürlər ki, bir çox alınma sözləri öz sözlərimizlə uğurla əvəz etmək mümkündür. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli bildirir ki, terminalma prosesi hər bir dilin ümumi inkişafı ilə bağlıdır, eləcə də dilin zənginləşmə yollarından biridir: “Amma bu prosesdə kortəbiiliyə yol vermək olmaz. Dilimizin fonetik, morfoloji strukturuna uyğun gələn, dünyəvi mahiyyət daşıyan alınma sözlərin və terminlərin istifadəsinə üstünlük vermək gərəkdir.
Davamı →

1905-1906-cı illərdə mətbuat

1905-ci ildən başlayaraq, Bakıda mətbuat sürətlə inkişafa başladı. Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. Mətbuat sahəsində senzura qismən zəifləmişdi. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu ki, bundan yalnız bir neçəsi Bakıdan xaricdə nəşr olunurdu. Qəzetlərdən çoxunun ömrü qısa olsa da elə qəzetlər vardı ki, istər ölkə daxilində və istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. Məsələn, «Molla Nəsrəddin» məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılırdı. Habelə «Füyuzat» məcmuəsi, «Həyat» və "İrşad" qəzetlərinə də  Şərq ölkələrində  çoxlu abunəçi tapılmışdı. Savadsız  abunəçilər «Molla Nəsrəddin» məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar.
Davamı →

XX əsrin əvvəlində Mətbuat

Xeyriyyə cəmiyyəti bağlandıqdan sonra Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə düşür. «Həyat» qəzetinin 1905-ci il tarixli 115-ci nömrəsində o yazırdı:
«Bizim „Cəmiyyəti Xeyriyyə“ bina tutmadığından aşkar oldu ki, qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı və pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmazsa doğru söz yerdə qalsın».
Davamı →

Köhnə Bakıda məktəb və maarif

1834-cü il məlumatına əsasən həmin ildə Bakıda cəmi bir ümumi ibtidai məktəb vardı. Bu məktəb ona görə ümumi məktəb adlanırdı ki, orada Bakıda yaşayan bütün millətlərin uşaqları oxuya bilərdilər. Həmin il 8 fevral təliqəsinə əsasən bu məktəbin cəmi 29 şagirdi vardı. Burada oxuyan uşaqların əksəriyyəti dövlət məmurlarının uşaqları idi. 28 nəfərdən  11 nəfəri bəy, dvoryan, knyaz uşaqları, 11 nəfər isə tacir  və varlıların uşaqları idi. Yerli zümrələrdən olan azərbaycanlılar öz uşaqlarını bu məktəbə buraxmırdılar. Bunun da səbəbi o idi ki, bu məktəblərdə ana dili və Quran təlim olunmurdu. Azərbaycanlı uşaqların əksəriyyəti mədrəsələrdə oxuyurdular. Şəhərdə mollalar tərəfindən saxlanılan belə mədrəsələrin sayı 12-dən artıq deyildi. Bunlarda da 142 nəfər uşaq oxuyurdu. Təkcə Maştağa nahiyyəsində 23 mədrəsə vardı ki, burada təhsil alan şagirdlərin sayı 200 nəfərə yaxındı. Məscidlərin nəzdində olan bu mədrəsələrdə dərs deyən mollaların əksəriyyəti İrandan gəlmə idilər. Mədrəsələrin xərcini qismən məscidlər və qismən valideynlər ödəyirdi.
Davamı →

Bakının küçələri

Yeni salınmış şəhərin küçələrini qaydaya salmaq üçün şəhər idarəsi bir sıra tədbirlər görürdü. Bakının məşhur xəzrisi əsdiyi zaman (bu bəzən həftələrlə davam edirdi) küçələrdə tozanaqdan göz açmaq olmurdu. Arabaların, faytonların çarxlarından qalxan toz buludları adamların üst-başını, evlərin pəncərələrini boz bir pərdəyə bürüyürdü. Burulğan kimi burulan külək qarşısına çıxan hər şeyi qabağına qatıb sovururdu. Bəzən qadınların çadralarını başından qoparıb, uçururdu. Tozanağın qarşısını almaq üçün ilk tədbir ondan ibarət oldu ki, küçələrə daş döşəməyə başladılar. Bu işə Sahil küçəsindən başlandı. 1878-ci ildə ilk dəfə olaraq, buraya əhəng daşları düzüldü.
Davamı →

Şəhərin su dərdi

Qədim zamanlardan başlayaraq, Bakının həyatında su məsələsi ən böyük problem olmuşdur. Şəhəri dövrələyən çılpaq boz təpələr, sinəsi cadarlanmış torpaq, barmaqla sayılası cılız ağaclar şəhərə miskin bir görkəm verirdi. Xəzrinin boz buludları şəhərin üzərinə yayıldığı zaman burada həyatdan bir əsər qalmazdı. Həyətlərdə quyular qazılmışdı. Suyu dəniz suyundan da şor və acı. Bakı hələ ikiqat divar arasına sığınmış İçəri şəhərdən ibarət olduğu zaman şəhərdə cəmi iki su kəməri vardı. Hər iki kəmər öz suyunu ətraf dağlardan alırdı: Şah su kəməri və Cümə məscidi su kəməri, Birinci kəmərlə gələn su Şirvanşahlar sarayı yanındakı su hovuzuna, ikinci kəmərin suyu isə Cümə məscidi yanındakı ovdana tökülürdü (ovdan sözü abdan sözünün təhrif olunmuş forması idi. Abdan isə fars dilində su qabı deməkdir).
Davamı →

Şəhər Bələdiyyə İdarəsi və Duma

Rusiyada təhkimçilik sisteminin ləğv edilməsindən sonra şəhərlər inkişiaf etməyə başlayır. Əhalinin sayı çoxalır. Bununla əlaqədar şəhərlərin büdcələri də artırdı. Buna görə keçmiş şəhərlərin idarə edilməsi sistemi daha yaramırdı. Şəhərləri idarə etmək sistemində mütləq reforma yaradılmalı idi. Bu reformanın yaradılması hazırlığı 8 il çəkdi. Nəhayət 1870-ci ilin 16 iyununda təsdiq edildi. O əvvəlcə Rusiyanın daxili quberniyalarında həyata keçirildi. Zaqafqaziyada isə onun həyata keçirilməsi ləngiyirdi. Buna da bəhanə o idi ki, guya yerlilərin şəhər özünü idarə işində səriştələri yoxdur. Qafqaz canişini və qubernatorlar da bu fikirdə idilər. Bakı qubernatoru Kolyubakin də isbat etməyə çalışırdı ki, bu məsələ nə qədər uzansa yaxşıdır.
Davamı →

Nobel qardaşlarının şirkəti

Nobel qardaşları Bakıya gəlmiş ilk əcnəbi iri sənaye sahibləri idi. Nobellər kimdir? Əslən İsveçli olan bu nəslin başında Emanuil Emanuiloviç Nobel dururdu. O rus dövlətinin dəvəti ilə 1837-ci ildə Rusiyaya gəlmişdi. Hələ İsveçdə ikən onun ixtira etdiyi sualtı minalar Rusiya  hərbi  dairələrinin  diqqətini  cəlb  etmişdi. Rusiyaya köçdükdən sonra Peterburqda inşa etdirdiyi zavodda mina və başqa mexaniki məmulatlar istehsal etməyə başlayır. Krım müharibəsi zamanı hökümətin tapşırığı ilə Kronştadt və Sveaborq qalalarının ətrafını minalamaq kimi mühüm bir işin öhdəsindən müvəffəqiyyətlə gəlir.
Davamı →

Erməni neft sahibkarlarının həyasızlığı

Bakı neft sənayesində erməni sahibkarlarının həyasızlığı son həddini aşmışdı. Onlardan Mirzəyev, Sarkisov, Qukasov, Şakedanov və onlarca başqaları Bakının Balaxana, Sabunçu, Ramana, Zabrat kəndlərində  yerli  əhalini  aldatmaq yolu ilə çoxlu torpaq sahələri ələ keçirmişdilər. Ancaq iştahları bununla da azalmamışdı. Bu kəndlərdə yaşayan əhalini tamamilə köçürmək və kəndlərin bütün torpaqlarına yiyələnmək üçün Qafqaz canişinindən tutmuş imperatoradək ard-arası kəsilmədən ərizələrlə müraciət edirdilər. 1905-ci  ilin  sentyabr  ayında  Peterburqda neft sənayeçilərinin Bakı fəhlə nümayəndələri ilə (qeyd  edilməlidir ki, Peterburqa gedən fəhlələrin əksəriyyəti menşevik şendirikovçulardan ibarət idi) birlikdə müşavirə çağırılmasına nail olmuşdular. Bu müşavirədə Azərbaycan ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, İsrafil Hacıyev də iştirak edirdi.
Davamı →