Gülnar
Reytinq
+246.38
Güc
922.30

Gülnar

Tonal kremin düzgün seçilməsi

Qızlar, bu topikdə düzgün, cildə uyğun tonal kremin necə seçilməli olduğundan bəhs edəcəm. Bu barədə internetdə türk dilində və ya başqa xarici dillərdə məlumat əldə edə bilərsiz təbii. Amma mən bunları ümumiləşdirib öz təcrübəmi də əlavə edəcəm və sizə qaranlıq qalan cild alt tonuna uyğun tonal kremi seçməkdə kömək edəcəm. 

Tonal krem seçimində yanılmaq tez-tez rast gəlinən səhvlərdəndir. Nəzərə alsaq ki, az pul da vermirik. Ona görə gəlin seçimimizi şüurlu edək. 
Tonal kremləri (foundation cream), eləcə də corrector, consealer (göz ətrafı qüsurları üçün istifadə olunur), BB cream, CC cream kimi cild məhsullarını alarkən cildimizin təkcə qaraşın, sarışın və ya ağbəniz olmasına görə seçim etmək düzgün deyil.
Aşağıdakıları nəzərə almaq lazımdır:
1. Cildin tipi
2. Tonal kremin tipi
3. Cildin alt tonu
4. Cildin rəngi
İnsanın dərisinin hansı cild tipinə aid olması genetik faktorlardan daha çox asılıdır. Ancaq ekoloji vəziyyət, hormonal dəyişikliklər, tibbi müdaxilələr, kosmetik məhsullardan yanlış istifadə və s. səbəblərdən asılı olaraq cild tipi dəyişə bilər. Cild tipləri çox fərqlidir, lakin ümumiləşdirilmiş şəkildə cildin aşağıdakı tipləri fərqləndirilir: quru, yağlı, normal və karma cild. 
Ardı →

Cinayətkarın şəxsiyyəti

Cinayətkarın şəxsiyyəti dedikdə fərdin bu və ya digər cinayət əməlini törətməsini şərtləndirmiş tipoloji keyfiyyətlərin məcmusu başa düşülür. Cinayətkarın şəxsiyyəti anlayışı özünə biofizioloji, sosial-demoqrafik, sosial-psixoloji, intellektual, emosional, iradi, eləcə də funksional əlamətlərin kompleksini daxil edir.

Ardı →

Türkiyənin 11 cümhurbaşqanı

Mustafa Kamal Atatürk 1881-ci ildə Yunanıstanın Selanik şəhərində anadan olub. Atası Əlirza bəy, anası Zibeydə xanımdır. İbtidai və orta təhsilini Selanikdə almış, 1899-cu ildə Hərbiyyə məktəbinə daxil olmuş, 1902-ci ildə oranı bitirmişdir. Polkovnik rütbəsi ilə Çanaqqala savaşlarına qatılmış, 1916-cı ildə general rütbəsi ilə təltif olunmuş, Diyarbəkir Cəbhədindəki 16-cı briqadanın komandanlığına gətirilmişdir. 1918-ci il noyabrın 7-də Osmanlı padşahı tərəfindən geri çağrılmış və 1919-cu il aprelin 30-da Ərzurumda yerləşən 9-cu ordu müfəttişliyinə təyin olunmuşdur.
Ardı →

İlahi dinlərdə iblis və şər qüvvələr


İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur.
Yəhudiliyə nəzər salsaq «Tövratda İlahi varlılar» adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu «ilahi varlıqlar»ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1-23).
Davamı →

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə məhkəmələr

1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Demokratik Respublikasının yarandığını elan etdi. Elə həmin gün F.X.Xoyskinin rəhbərliyi ilə Nazirlər Soveti yaradıldı və 9 nəfərdən ibarət Azərbaycan Milli Hükuməti təşkil olundu. Hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin Ədliyyə Nazirliyi də yaradıldı və Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov ilk ədliyyə naziri oldu.
Ardı →