Gülnar
Reytinq
+246.38
Güc
922.30

Gülnar

Allahın edamı

VÜSAL NURU

 

Azmışdım. Qucağımda da körpə. Heç cür yadıma sala bilmirdim ki, hansı şəhərdəyəm, ortasında durub döyükdüyüm küçənin adı nədir. Necə oldusa birdən xəbər tutdum ki, ərim yanımda yoxdur. O an elə bil başımdan bir qazan qaynar su töküldü, sonra da canımı üşütmə aldı. Körpəm qucağımda olmasaydı bəlkə də bu yiyəsiz, bu ins-cins gözə dəyməyən küçələrdəki donmuş həyat, işıqları bərq vuran hündür-hündür binaların, dükanların əzəməti, bir də getdikcə qaralan cansıxıcı hava məni bu dərəcədə qorxutmazdı. Dərd orasında idi ki, bura necə gəldiyimizi də xatırlamırdım.

Ərimi nə qədər çağırsam da, havalanmış kimi o başa, bu başa qaçıb axtarsam da tapmadım. Odur ki, gəlib onu itirdiyim yerdə — binanın tinində durdum. Uşağı bağrıma basmışdım və ana-bala ağlaşırdıq. Bu tərk edilmiş şəhərdə nə qədər çarəsiz, köməksiz, yalqız olduğumu anbaan görürdüm.


Ardı →

“Avropa və biz” | Rafiq Tağı

Avropa coğrafi məkan kimi də yox, mənəvi-əxlaqi areallıq baxımından, bəşəriyyəti həmişə düşündürüb. Çünki Avropa dəyərləri əslində bütün bəşəriyyətin uğurudur və heç də avropalıların təkəbbürünə səbəb olmamalıdır. Hərçənd əfsus, bu təkəbbür vaxt-bivaxt özünü göstərir, hətta cisimləşərək faşizm timsalında, ya militarizələşmiş aqressiv millət tərzində ortaya çıxır.
Əlbəttə, faşizm Avropanın bağışlanmaz səhvi idi.
Azadlıq və humanizm ideyaları, sən demə, Avropada yaranmış, yalnız burada işlək və realdır. Mənəvi postulatları bu ideyalarla üst-üstə düşdüyündəndi ki, xristianlıq Avropada oturuşmuş hala gəlib. Başqa heç bir din Avropada yeriməz, intişar tapa bilməz. Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil. İslam humanizmi meyarları hətta əzbərlədiyimiz-öyrəşdiyimiz dialektik materialist tənqidlərə də tab gətirmir.
Ardı →

Mister çoxbilmiş | Somerset Moem

Maks Keladanı tanımazdan əvvəl ondan xoşum gəlməmişdi. Müharibə yenicə qurtarmışdı deyə, okean laynerləri sərnişinlərlə dolu idi. Kayutlarda yer tapılmırdı. Tanışlıqla iki nəfərlik kayutdan bir yataq yeri ala bilmişdim. Amma kayut yoldaşımın adını öyrənəndə əsəbiləşdim. Yaxından tanımasam da, onun adından da, özündən də zəhləm getdi. Lakin on dörd günü kayutda tək keçirmək də mümkün deyildi (San-Fransiskodan Yokohamaya gedirdim). Əgər bu yol yoldaşımın adı Smit, yaxud Braun olsaydı, bəlkə də daha az əsəbiləşərdim. Amma neyləməli?


Ardı →