Melikem
Reytinq
+4.90
Güc
1.01

Melikem

Bəli əsəbiyəm!

Mənə "əsəbisən" deyən düz deyir
Mənim nöqsanımı demək istəyir.
Söz atdın...
Könlümdə qopdu zəlzələ,
Bilmədim,nə zaman çıxdım özümdən
Toxundun könlümə
üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?
Dəmir dəmirdi ki, toxunsan əgər
O da cingildəyər, o da səslənər.
Mən ki istəmərəm bir ürək sına
Əsəbiyəm,
Çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm isti qanım var
Mənə biganədir soyuqqanlılıq
Hər şeyə öz ölçüm, öz tərəzim var
Sənin qərəzinin mənə dəxli yox
Mənim öz görüşüm, öz qərəzim var.
De, necə od tutub alışmayım mən-
Fikirsiz, məsləksiz ölü canlara?
Bəli, əsəbiyəm, heç çəkinmədən
Mənim əqidəmə toxunanlara
Dünyaya gəlmişəm, qanam.
Anladım,
Ürəyim od tutub yanar.
Bəli,əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.
Quzuya da bəli?
Qurda da bəli?
Deyirsən, olmasın baxışım mənim?
Nöqsanım budursa əgər...
Deməli,
Ancaq naxışımdır yalnışım mənim.


Bəxtiyar Vahabzadə

Bir atanın etirafı

Bütün bunları sən yatandan sonra yazıram.Bir az əvvəl oturub qəzet oxuyurdum.Birdən özümü çox günahkar hiss etdim. Qalxıb sənin otağına getdim.Balaca əlini yanağına söykəmişdin.Tərdən saçların islanıb alnına yapışmışdı.Səhər məktəbə gedəndə yenə üstünə qışqırmışdım.Üzünü yaxşı yumamışdın, ayaqqabıların da kir-pas içində idi.Hələ bu azmış kimi, səhər yeməyində süfrənin üstünə çay da dağıtmışdın.Bütün bunlar məni əməlli-başlı hövsələdən çıxarmışdı.Mən işə, sən məktəbə getmək üçün evdən çıxdıq. Sən mənə«Yaxşı yol ata»-dedin.Mən isə«Sağ ol» demək əvəzinə :«Düz yeri,belini əymə»-deyə üstünə qışqırdım.
Axşam işdən qayıdanda səni küçədə gördüm.Toz-torpaq içində uşaqlarla oynayırdın.Ayaqqabılarını da bulamışdın.Bu dəfə də yoldaşlarının yanında səni utandırdım.
Axşam yeməkdən sonra otağıma çəkiləndə ürkə-ürkə yanıma gəldin.Mən isə sərt bir şəkildə:«Nə var,nə istəyirsən?»-deyə soruşdum. Heç bir şey deməyib yanıma gəldin,qollarını boynuma dolayıb məni öpdün.Mənim«soyuqluğum» Allahın sənin o kiçik ürəyinə verdiyi sevgini dondura bilməmişdi.
Hə, oğlum! Sən yatandan bir qədər sonra qəzet əllərimdən sürüşüb düşdü.Sanki yuxuda idim, oyandım.Deyəsən yerli-yersiz qışqırmağa artıq adət etmişdim.Səni sevirdim,ancaq uşaq olduğunu unutmuşdum.Həmişə sənə böyük gözüylə baxmışdım.Ancaq  indi sənə baxıram və nə qədər balaca olduğunu görürəm.Halbuki mən səndən çox şey istəmişdim, həm də lazım olandan çox şey…

Hikmətli sözlər

Sofokl:
 Ağıllı, amma yalançı olmaqdansa,sadə və namuslu olmaq yaxşıdır.
Henri Ford:
Zamanın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanır.
İmmanuil Kant:
Bilmək irəlini görmək,irəlini görə bilmək isə güclü olmaq deməkdir.
Jan Labrüer:
Zəka düşüncənin mikroskopudur.
Şekspir :
Ən böyük kəşf insanın özündə olanı tapmaqdır.
U. Verner:
Ən böyük gözəllik ağıl gözəlliyidir.
Ceremi Teylor:
Ağıllı insanlar qərarlarını tələsərək deyil, düşünüb-daşınaraq verirlər.