gulwan
Reytinq
+147.60
Güc
417.54

gulwan

Bəs sonra?

   Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:“Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?”
“Təxminən bir-iki saat.”
“Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq tutmadın?”
“Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı ödəyir.”
“Bəs qalan vaxt nə iş görürsən?”
“Uşaqlarımla oynayıram, günorta bir qədər yatıram, həyətdəki bağda işləyirəm, dostlarımla söhbət edirəm, qısacası çox sakit və xoş bir həyatım var.”
Bizmesmen öz savad və təcrübəsinə güvənərək lovğa şəkildə “Mən biznes sahəsində böyük təcrübəyə malikəm istəyirsənsə sənə kömək edə bilərəm” dedi. Sonra da tövsiyələrinə başladı:
“Əvvəla balıq tutmağa daha çox vaxt sərf etməlisən və pul qazanmalısan. Sonra daha böyük bir qayıq alaraq daha çox pul qazanmalısan. Daha sonra isə ondan da böyük bir qayıq almalısan.”

“Bəs sonra?”
Ardı →

Hər kəsin əməlinin əvəzi verilər

Deyirlər ki, Harun ər-Rəşidin Bağdaddakı sarayının bağçasında rəngbərəng, növbənöv güllər var imiş. Dünyanın hər nöqtəsindən ən gözəl çiçəklərin toxumunu gətirib bu bağçada əkmişdilər. Amma çiçəklərdən birini xəlifə xüsusi sevirdi.

Həmin gül kolu çiçək açanda qoca bağban onu dərib Haruna gətirir, Harun çiçəyi ta solana kimi gözünün qabağında saxlayır, ətrini qoxlamaqdan doymurdu. Bağbana tapşırıq vermişdi ki, bütün güllər bir yana, bu çiçək kolundan xüsusi muğayat olsun. Çünki bu gül kolu ildə bir dəfə, özü də cəmi bircə çiçək açırdı.

Ardı →

Baba Vəziroğlu - Bilirəm tək yanan mən olacağam.

Bu da son ayrılıq,son dayanacaq,
Qismətindən əlindən biz hara qaçaq ?
Günah kimdə oldu bilmirəm,ancaq
Bilirəm tək yanan mən olacağam.

Bilmirəm sevincdən ya qəmdən oldu,
Bilmirəm dumandan ya çəndən oldu,
Bəlkə də ayrılıq tək səndən oldu,
Bilirəm tək yanan mən olacağam.

Min günah eylədin sən dönə-dönə,
Bağışladım səni sınadım yenə,
Yenə də,yenə də sənin xətrinə,
Bilirəm tək yanan mən olacağam.

Niyə ayrılırıq, hara gedirik ?
Vurub qəlbimizə yara gedirik.
Bəlkə ikimizdə günah edirik,
Bilirəm tək yanan mən olacağam.

Bəlkə bir yuxudur oyanmalısan,
Bəlkə geri dönüb dayanmalısan.
Cəhənnəm odunda sən yanmalısan,
Bilirem tək yanan men olacagam.

Həqiqət budur

Bir ərəbdən soruşursan ki, sən kimsən?
Deyir: – Ərəb!
-Sən nə dindəsən?
—İslam.
—Nə dildə danışırsan?
—Ərəb.
İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir.
Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdülillah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir. Həmçinin rus, erməni və sairə. Amma bizim bir nəfərimizdən sor ki,
—Sən kimsən? Deyər müsəlmanam.
—Hansı millətdənsən?
—Müsəlman millətindən.
—Nə dinindəsən?
—Müsəlman dinindən.
—Nə dili danışırsan?
—Müsəlman dili.
Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman– yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur. Əgər bu gün yaponlar islam dinini qəbul etsələr, onlar ancaq din cəhətincə müsəlman olarlar, amma dil və milliyyətcə yapon qalırlar.

Üzeyir Hacıbəyov

Kompüter qrafikası

1.İnformatikanın proqram-apparat hesablama komplekslərinin köməyi ilə təsvirlərin yaranması və emalı metod və vasitələrinin öyrənən xüsusi sahəsi necə adlanır?

A) mühəndis qrafikası

B) çertyoj qrafikası

C) bədii qrafika

D) maşın qrafikası

E) kompüter qrafikası

 2.Təsvirlərin formalaşma üsullarından asılı olaraq kompüter qrafikasını necə  bölürlər:

A) birölçülü, ikiölçülü, üçölçülü           

B) mühəndis, çertyoj, maşın

C) rastr, vektor, fraktal

D) ağ-qara, rəngli, qarışıq

E) hamar, düz, həcmli


Ardı →

Mikayıl Müşfiq "BİR DƏ BAXSAN MƏNƏ"

Baxışın qəlbimi incitmişdir
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir
Bir də baxsan mənə, fikrim dönəcək.

Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən…

1 APREL zarafatına YOX deyək

1 APREL ZARAFATININ GERÇƏK ÜZÜ

 15. əsrin sonlarında, xaçlı ordusu İspaniyadakı Əndülüs Müsəlmanlarının son qalasını mühasirəyə alırlar. Uzun çəkən mühasirədən sonra xaçlı ordusunun komandiri yeni bir hiyləyə əl atır Ən sonunda 31 Mart gecəsi
qalanın önünə gedərək bir əlində Qur an bir əlində İncil; Bu iki kitab üzərinə and içərəm ki, təslim olsanız bu axşam sizə bir şey etməyəcəyəm deyər.
Lazımlı görüşmələrdən sonra canlarının  qurtarılması qarşılığında Müsəlmanlar qalanı təslim edərlər. Ertəsi səhər, yəni 1 Aprel səhəri, Xaçlı ordusu komandiri bütün Müsəlmanların öldürülməsi üçün əmr verər.
Müsəlmanlar «And içmişdiniz bizə söz vermişdiniz» dediklərində Xaçlı ordusu komandiri «Mənim sözüm sizə dünən axşam üçün idi, bu gün  üçün sizə bir sözüm yoxdur „deyə cavab verər və BÜTÜN MÜSƏLMANLAR
ORADA ŞƏHİD EDİLƏR. Həmin gündən sonra 1 Apreli Xristianlar arasında “Hiylə Günü» olaraq qeyd olunmağa başladı Təəssüf ki, xalqımız arasında da yayılmış, yüzlərlə, minlərlə Müsəlmanın qırğın günü olan 1 Aprel lar, bir zarafat günü olaraq qeyd olunmaqdadır. 
Haradan gəldiyini bilək…

Ata

 Ata

ATAma canim qurban
Ata indi nakam dünyam sənsiz boşalıb
Sən getmisən heyatim mənasız qalıb
Əzrail də erkən səni yanimizdan alıb
Hər an gəlirsən mənim xəyallarıma
Darixma ATA bir gün gəlcəm yanına !!!

Çox gördüm bu dünyada nadanlıqları
Sevdim gecələri,zülmət qaranlıqları
Gənc ikən mən qinadim avamliqlari
Gündüz tək olsam da gecə gəlirsən yanıma
Darıxma ATA BİR GÜN GƏLCƏM YANINA

Misralarım kaş qələmlə yox,qanımla yazılaydı
Kaş ata səndən qabaq mənə qəbr qazılaydı
Atasız vefasız dünyamdansa ömrüm azalaydı
Sənin vəsin üçün qəsdə qıymaram canıma
Darıxma ATA bir gün gəlcəm yanına

Heç kim əvəzin bu həyatda olmaz sənin
Qəlbi qırıqdır atasiz hər atasız kimsənin
Mən isə kimsələr içində övlad tənin
20 yaşında yetimlik düşsə də qanıma
Darıxma ATA bir gün gəlcəm yanına

Olsam da naxələf dünyanın atasız sakini
Hər an xatırlayıram mənə olan sevgini
Kimsə ata deyəndə gizlətməm dərdini
Çox dərd qismət olunsa da alnıma
Darıxma ATA bir gun gəlcəm yanına

Nakam dünya səni mənə çox gördü
Sən vaxtsız getdin qəlbim közə döndü
Parlayan gənclik ulduzum ani söndü
Daha güvənməm nacins dünya malına
Darıxma ATA bir gün gəlcəm yanına

Sən əsl ata oldun mənə həm də qardaş
Getməyinlə qoydun məni həyatla başa baş
Cavanikən qocalıram mən də yavaş-yavaş
Bu yaşımda ağ düşdü mənim qara saçlarıma
Darıxma ATA bir gün gəlcəm yanına

Dəmir paslı qapımızdan içəri girəndə
ATA deyib,ay atam qışqırıb səsləyəndə
İçəri keçib səni evimizdə görməyəndə
Titrəmə düşür kövrək cavan canıma
Darıxma ATA bir gün gəlcəm yanına