kagizgemiler
Reytinq
+94.87
Güc
261.38

kagizgemiler

pərvin

XOŞBƏXTLİK KÖNÜLDƏN VERMƏKDİR....

"İnsanlar körpü qurmaq yerinə divar hördükləri üçün yalnız qaldılar«biz isə bu divarları sökə bilmədiyimizdən xoşbəxtliydən uzaq qaldıq.Yaxşılığın sevincinin dadından uzaq qaldığımız üçün.Yaxşılıq uzaqda deyil,yaxşılıq etmək istədiyimiz insanlar isə yaxında laaap yaxınımızdadırlar.Daha gözəl olmazmı dostlarımızı güldürdüyümüz vaxtların bir hissəsində bir yetimi güldürməyə ayırsaq?Hər gün dinlədiyimiz mahnıların arasında vaxt tapıb ürəyimizin səsin dinləsək?
Ardı →

MİLYONUNCU DAŞ-SONUNCU ÜMİD

 1942-ci il idi....üç yoldaş neçə ay idi ki, Venesuelada almaz axtarırdı.Xeyli yol getmiş almaz tapmaq ümidi ilə minlərlə daş yığmışdılar.Ancaq yenə də zəhmətləri bəhrə verməmişdi.Onlardan biri RAFAEL SOLANO qurumuş çayın yatağındakı qayanın üstündə oturaraq yoldaşlarını yanına çağırdı:«mən artıq bu işdə yoxam»-dedi -«irəli getməyin də bir  mənası yoxdur.Bu daşa baxın bu bəlkə də tapdığımız 999 min 999-cu daşdır.Ancaq arasında bir dənə də almaz yoxdur.Bir daş da tapsam milyonuncu olacaq.Ancaq nə fayda?mən artıq gedirəm».İki yoldaşdan biri istehza ilə: «heç olmasa o milyonuncu daşı da tap sonra get»-dedi.Solano zarafata zarafatla cavab verərək «olsun»-dedi və yorgun gözlərini yumaraq əlini yaxınlığdakı daş yığınına uzatdı.Yumurta böyüklüyündə bir daşı götürərək :«Budur dostlar»-dedi-«bu da milyonuncu daş.Məndən bu qədər.....»Ancaq tapdığı daş çox ağır idi.Arxayın olmaq üçün  daşı bir neçə dəfə yoxladı: «Bu adi daş deyil.bu doğurdan da almazdır!»-dedi.Çox keçməmiş nyu-yorklu bir zərgər RAFAEL SOLANOya tapdığı bu milyonuncu daş üçün yüz  minlərlə dollar verdi.Sonralar isə bu daşa «xilaskar» adı veriləcək və o dünyada tapılan ən saf və ən böyük almazlardan biri kimi məhşurlaşacaqdı...............P.S.HƏYATIMIZDA DA BELƏDİR.BƏLKƏ SONUNCU ŞANS BİZƏ DAHA YAXIN OLANDIR.UZAQDA AXTARDIĞIMIZ XOŞBƏXTLİK BİZİM LAAP YAXINLIĞIMIZDADIR.BİZİM ÜÇÜN ƏN DƏYƏRLİ «ALMAZ»IMIZ SEVDİKLƏRİMİZDİR VƏ İÇİMİZDƏ BÖYÜTDÜYÜMÜZ SEVGİ.......MİLYONUNCU BELƏ OLSA ÜMİD HEÇ VAXT ÖLMÜR...ÜMİD ÖLƏRSƏ SABAHDAN UZAQ QALAR İNSAN.......ƏSLA İÇİNİZDƏKİ SEVGİNİN ÜMİDİN ÖLMƏSİNƏ İMKAN VERMƏYİN........

".........mən əminəm ki,hər nə olur olsun sən mənim əlimi buraxmayacaqsan"

Ata və balaca qızı körpüdən keçirdilər.Ata qızına:-Gözəl qızım çayı keçirik,sən mənim əlimdən bərk-bərk tut ki,birdən çaya yıxılarsan.Qızı isə etiraz etdi:-Yox,atacan.sən mənim əlimdən tut.Ata bir az maraqla və təəccüblə soruşdu:-Fərqi nədiki?-Fərqi çoxdur.Əgər mən sənin əlindən tutsam mənə birşey olan kimi sənin əlindən buraxacam.ama sən mənim əlimdən tutsan mən əminəm ki,hər nə olur olsun sən heç vaxt mənim əlimi buraxmayacaqsan. P.S.Bütün əlaqələrdə əsas olan qarşındakına güvənməkdir.Qarşımızdakılara nə qədər güvəniriksə onlardan gözlədiyimizdə o qədərdir.Buna görə sevdiklərinizlə diqqətli olun ,Birinci addımı özünüz atın.Dünyaya sahib olduğunuzun ən gözəlini verin, VƏ ən gözəl olan yenidən sizə dönəcək.SEVDİKLƏRİNİZƏ DƏYƏR VERİN.