luminat
Reytinq
+1165.89
Güc
2991.27

luminat

Sərbəst vəzn

Sərbəst vəzn hələ qədim dövrlərdən mövcud olmuşdur. Ayrı-ayrı misralarda müxtəlif saylı hecalardan istifadə qaydalarından və romalılar mütəşəkkil şəkildə istifadə edir və «Algey beyti» adlandırırdılar. «Algey beyti»ndə misranın biri səkkiz, digəri doqquz, bir başqası isə on, on bir, ya da on iki hecalı olurdu. Məlumdur ki, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri heca vəznində, yazılı ədəbiyyat nümunələri isə əsasən əruz, bəzi hallarda isə heca vəznində yaradılmışdır. Qədim türk abidələri olan «Orxon-Yenisey» və «Gültəkin» abidələrində sərbəst vəznin ilk rüşeymlərinə rast olunsa da, lakin bütün Yaxın Şərq xalqları ədəbiyyatı kimi, Azərbaycan ədəbiyyatında da sərbəst vəzndə XX əsrə qədər şeir yazılmamışdır.
Davamı →

Poema

Poema – ədəbiyyatın lirik-epik təsviri növlərindən biri kimi süjetli mənzum hekayə, yaxud mənzum povestdir. Poema iri həcmli nəzm əsəridir. Burda təsvir olunan hadisələrin gedişində iştirak edən obrazlarla – qəhrəmanlarla yanaşı, lirik qəhrəman (şairin özü) aydın nəzərə çarpır. Poemada qəhrəmanın hərəkəti və həyəcanları, onun iştirak etdiyi hadisələr təsvir olunmaqla bərabər, həyat hadisələrinin şairdə doğurduğu hiss və duyğular da ifadə olunur. Şair bu hiss və duyğuları əsas süjetlə bağlı lirik haşiyələr vasitəsilə ifadə edir. Beləliklə, poemada əhvalatın iştirakçısı olan qəhrəmanlarla yanaşı «lirik qəhrəman» adı daşıyan spesifik bir surət də olur.
Davamı →

Ədəbiyyat nəzəriyyəsi

Bədii ədəbiyyatın mahiyyətini, xüsusiyyətlərini, ictimai həyatda onun mövqeyini, rolunu və əhəmiyyətini təhlil etmək və hərtərəfli qiymətləndirmək prinsiplərini müəyyənləşdirən, bədii yaradıcılığın inkişafına istiqamətləndirən qanunları öyrənən elmə ədəbiyyat nəzəriyyəsi deyilir. Keçmiş zamanlarda Azərbaycanda və Şərqin bir sıra ölkələrində buna «qəvaidi ədəbiyyə» deyirdilər. Ədəbiyyat nəzəriyyəsi yarandığı vaxtdan bizim dövrümüzə qədər iki dövrə ayrılmışdır.
Davamı →

Heca vəzni haqqında

Azərbaycan şeirində əsasən iki cür vəzn vardır: əruz vəzni, heca vəzni. Heca vəzni yalnız türkdilli xalqların deyil, fransız, italyan, ispan, polyak, yapon, monqol və s. xalqların da ədəbiyyatı üçün orta əsrlərdən başlamış indiyədək ən işlək əbədi vəzndir. Heca vəzni təkcə yazılı ədəbiyyatın yox, şifahi ədəbiyyatın da yaradıcılıq təcrübəsində sınaqdan çıxmışdır. Heca vəzni haqqında Ə.Abid, M.Cəfər, A.Axundov, M.Əliyev, Ə.Cəfər, M.Xamrayev, İ.Stebleva, T.Kovalski və b. alimlər dərin tədqiqatlar aparmışlar. Məxəzlərdə belə hesab edilir ki, əruz vəzninin geniş yayılmasına baxmayaraq, heca vəzni turkdilli poeziyada hələ Ə.Yaləvi, Y.Əmrə, Xətai, M.Əmani və b. sənətkarların yaradıcılığında çox, özü də ustalıqla istifadə edilmişdir.
Davamı →

Məzmun və forma

Məzmun bədii əsərin mahiyyəti, poetik mündəricəsidir. Bu mahiyyət təsvir olunan hadisə və əhvalatdan, obrazların hiss, duyğu, fikir, münasibət, əlaqə və mübarizələrindən yaranır, bədii əsərin mövzusunu açan həyat hadisələrindən, fikir və hisslərindən ibarət olur. Varlığın müxtəlifliyi, insanın ümumi və fərdi xüsusiyyətləri, onun portretinin və daxili aləminin özünəməxsusluğu müşahidə ilə seçilir, dünyagörüşlə qiymətləndirilir, obrazlarda konkret, hissi-emosional ifadə olunur, belə məzmun daxili birliyə, daxili harmonikliyə tabe olur.
Davamı →

Ədəbi tənqid

Azərbaycan nəzəri-estetik fikrinin, ədəbi tənqidinin öz əksini tapdığı ən zəngin qaynaqlardan biri bədii ədəbiyyatın, xüsusən də poeziyanın özüdür. Klassik şairlərimizin müxtəlif münasibətlə söz sənətinin təbiəti, mahiyyəti, sənətkarlıq məsələləri, orijinallıq, deyim tərzi, mövzu təzəliyi, forma incəliyi və söz haqqında söylədikləri, gəldikləri qənaətləri çox zəngindir. Poeziya dühalarımızın bu qəbildən olan deyimləri tam bir estetik və tənqidi fikir sistemidir. Bu barədə danışarkən gözlərimiz önündə canlanan ilk sima böyük Nizami Gəncəvi, ilk mənbə isə onun ölməz «Xəmsə»sidir.
Davamı →

Ədəbiyyat tarixi

Bədii ədəbiyyatın tarixini, onun xalqın və ümumiyyətlə, bəşər cəmiyyətinin tarixi inkişafı ilə bağlılığını öyrənib şərh edən ədəbiyyat tarixi hələ yazılı ədəbiyyat mövcud olmadığı dövrlərdən indiki dövrə qədər – xalq yaradıcılığından qaynaqlanan bədii ədəbiyyatın zəmanəmizə qədər keçdiyi böyük, mürəkkəb tarixi inkişaf yolunu elmi surətdə işıqlandırmış və işıqlandırmaqdadır.
Ədəbiyyatşünaslıq elminin üç əsas bölməsindən biri də ədəbi tənqiddir. Ədəbi tənqid bədii əsərin ictimai əhəmiyyətini, xalqın həyatı ilə necə səsləşdiyini qiymətləndirir, onun ideya-bədii keyfiyyətinin yüksəlməsinə, ümumiyyətlə ədəbiyyatın inkişafına kömək edir. Bu elm keçmiş ədəbi irsi dərindən öyrənmək və klassik ədəbiyyatın ən yaxşı ənənələrini mənimsəməklə bərabər, müasir ədəbi prosesin daha da inkişaf edib yüksəlməsinə istiqamət verir, onu nəzəri cəhətdən silahlandırır.
Davamı →

Qoqolun ölümü

Bu yaxınlarda rusiyalı rejissor Yeqor Baranovun dahi yazıçının həyatından bəhs edən “Qoqol. Başlanğıc” filminin premeryası baş tutdu. Filmdə yazıçının əsərlərinin süjet xətti və mistik həyat bioqrafiyası birləşdirilib. Ssenaridə Dikanka sakinləri, su pərisi, kazaklar, mujiklər, sirli varlıqlar və digər personajlar, öz yaradıcıları, gənc yazıçı Nikolar Qoqolla üzbəüz gəlir, görüşürlər. Təsəvvürümüzdə həmişə qəribə saç düzümü və bığları ilə asossasiya olunan bu insan dostu, xəfiyyə Quro ilə kənd qızlarının seriya qətllərini araşdırması üçün əyalətə gəlir…
Davamı →

Çempion Aleksandr Alyoxin

1946-cı ilin mart ayının 24-də Portuqaliyanın Eştoril şəhərinin “Park” otelində kişi meyidi aşkar edildi. Ölüm, bu naməlum insanı qəribə vəziyyətdə yaxalamışdı. O, qarşısında şahmat taxtası, kresloda oturmuş vəziyyətdə tapılmışdı. Polis zorakılıq əlamətləri müşahidə olunmayan meyidi ekspertizaya göndərdi. Ekspertlər ölümün səbəbini asfiksiya, udlaqda ilişmiş tikədən boğulma ilə izah etdilər.
Dünya tarixinin ən dahi şahmatçılarından sayılan, birinci rus dünya çempionu Aleksandr Alyoxin, ömrünü sonadək həsr etdiyi işinə sadiq qalaraq, şahmat taxtası arxasında vəfat etdi.
Davamı →

Azərbaycan Xalq Cümhuriyyəti: ərazisi, sərhədləri, inzibati-ərazi bölgüsü

1917-ci ilin fevral burjua inqilabından sonra Cənubi Qafqazda siyasi vəziyyət gərginləşir və regiondakı vilayətlər özlərinin gələcək fəaliyyətləri üçün tədbirlər görməyə başlayırlar. Çox keç-mədən Tiflisdə Cənubi Qafqazın qanunvericilik orqanı sayılan Zaqafqaziya seymi fəaliyyətə başlayır (23.II.1918). Azərbaycanın seymdəki fraksiyasına M.Ə.Rəsulzadənin başçılığı ilə 44 deputat daxil idi. 1918-ci ilin aprelin 22-də Zaqafqaziya Federativ Respublikası elan olunur və Azərbaycandan onun tərkibinə 5 nümayəndə daxil edilir. Lakin bu tədbirlərin heç biri bölgənin vəziyyətini tənzimləyə bilmir, mövcud ziddiyyətləri aradan qaldırmır. Seymin səbatsızlığını görən Gürcüstan onun tərkibindən çıxır (26.V.1918) və beləliklə də, Zaqafqaziya seyminin buraxıldığı elan olunur.
Davamı →