nilufer
Reytinq
+708.50
Güc
1585.20

nilufer

Gəlin sağlam olaq!

İnsan sağlam olmaq istəyirsə öz məşğuliyyətini, iş və ev şəraitini nəzərə almalıdır. Hər bir peşənin öz spesifik xüssiyyətləri var: bir çoxuna kalsium, digərlərinə yod, başqalarına günəş vitamini lazımdır. Bu baxımdan dietoloqlar kimə nə yemək faydalı olduğunu məsləhət görür və aşağıdakı pəhriz növlərini təklif edirlər:
Davamı →

Qadınlar haqda yanılmalar

1. Ailəni yedizdirən qədimdən bəri kişilər olub.
Amerikan arxeoloqları müəyyən ediblərki, tayfanı yedizdirən kişilər yox, qadınlar olub. Yeməyin 80 faizini onlar tapıb gətirirmişlər. Məhz qadınlar meyvələri, qozları, quş yumurtalarını yığırmışlar. Kişilərin tapdığı ət isə hər zaman ələ düşmürdü, hər gün ov ovlamaq onlara nəsib olmurdu. Qadınlar isə əqrabalarını meyvələrlə, yumurtalarla müntəzəm olaraq yedizdirirdilər.

2. Analar öz uşaqlarını qoxusuna görə tanıyır.
İsveç tədqiqatçıları bu məsləkin yalan olduğunu üzə çıxardıblar. Onlar 1 aylıq 24 uşağı və 2-3 yaşlı 24 uşağı çarpayıda yatızdırıblar. Əyinlərinə isə qoxunu yaxşı hopduran xüsusi köynəklər geydiriblər. Sonra onların köynəyini çıxardıb valideynlərə iyləmək üçün veriblər. Heç bir ana öz uşağını düzgün tapa bilməyib. Qəribədir ki, bu eksperimentdə kişilər daha hissiyatlı olub: Onlardan çoxu öz körpələrini iylərinə görə tapa biliblər. Hətta bəzi kişilər böyük yaşlı uşaqlarını da qoxusuna görə tanıya bilib.
Davamı →

Pivə haqqında

Statistikaya görə, pivə dünyada ən populyar alkoqollu içki  sayılır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bütün  istehlak olunan maye növlərinin ümumi reytinqində pivə su və  çaydan sonra üçüncü yer tutur.

Pivəyə olan bu diqqət heç də təsadüfi deyil. Bu, nəinki ətirli və dadlı, həm də faydalı içkidir.  Pivənin həddən artıq çoxsaylı  mümkün olan növləri mövcuddur və hər bir pivə qurmanı öz ürəyincə olanı tapa və seçə bilər.
Davamı →

Radioda reklam

Radio reklamı və ya radioda reklam  radio stansiyalarından translyasiya olunan hər hansı reklamı ifadə  etmək üçün ümumi termindir. Radio reklamı istehlakçıların reklam vasitələri ilə əhatə olunmasına görə,  demək olar ki, ən kütləvi reklam növlərindən biridir. Mövcudluğunun  qısa müddətli olmasına baxmayaraq, radio reklam daim inkişaf edərək, təkmilləşərək digər reklam vasitələri ilə  raqabət aparır.

Radio məişətimizə möhkəm daxil olmuşdur, doğrudur. Son zamanlar digər reklam vasitələrinə nisbətən  radionun rolu azalmışdır. Buna baxmayaraq, hər gün radionu işə salaraq biz radio reklama qulaq asırıq. Bu, reklamın  müstəsna olaraq təsirli vasitəsidir və bütün bunlara əlavə olaraq daha qənaətcil və operativdir: radioda reklam elanlarının hazırlanmasına çox vaxt tələb  olunmur, belə elanın qiyməti nisbətən ucuzdur.
Davamı →

Kraliça Yelizaveta

Hələ 2 yaşında ikən anası edam edilmişdi. Ögey anasının dizlərinin dibində böyüdü. Amma taxta çıxan bacısı tərəfindən yalan iddialar əsasında həbs edildi. Lakin onun taxta çıxmasına və tarixi missiyasını həyata keçirməsinə mane ola bilmədilər. Kişi sərkərdələrin və hökmdarların görə bilmədikləri bir işi gördü. Orduya rəhbərlik edərək, o dövr Avropasının ən güclü dövləti olan İspaniyanı ağır məğlubiyyətə uğratdı. Çoxsaylı təkliflər alsa da ərə getmədi. O, taxta çıxanda İngiltərə kasıb bir ölkə idi. Ancaq qısa müddətdə ölkəni Avropanın ən varlı və inkişaf etmiş dövlətlərindən birinə çevirdi. Ölkəni idarə etdiyi dövr İngiltərə tarixinə qızıl əsr kimi düşdü. Bu əvəzedilməz idarəedici qadının adı Yelizaveta idi.
Davamı →

Oğul xəyanətini bağışlayan ana ürəyi

Şahin bir daha anasını görməyəcəkdi, “Anacan, bağışla məni“, — deyə bilməyəcəkdi. O indi bu sözləri anasının qəbrinin üstündə deyirdi...
Zeynab xalanın həyat yoldaşı dünyasını dəyişəndə ailənin tək övladı Şahinin 15 yaşı vardı. Həmin gündən o, oğluna həm analıq, həm də atalıq etmişdi. Müxtəlif geyim əşyaları toxuyaraq onları satır və bununla da çörək pulu qazanırdı.
Şahin orta məktəbi “əla“ qiymətlərlə qurtarmışdı. İmkansızlıqdan təhsilini davam etdirə bilməmişdi. Amma əlindən hər iş gəlirdi…
Davamı →

Qadın peyğəmbəri yandırdılarmı?

Kişiylə qadının hüquq bərabərliyi yalnız kağız üzərindədi. Qanun şəklindədi. Saxta evlilik kimi. Yaşamda belə deyil. Qadının ən dəyərli vaxtı analığa gedir. Karyera quran, işlə məşğul olan qadınların analığa vaxtı qalmır. Onların uşaqları ya baxıcıyla böyüyür, ya da qadın karyeradan imtina etməli olur. Kişi də uşağa baxsa, böyütsə, gününü ona həsr eləsə, başqa işə vaxtı, enerjisi qalmaz. Kişiylə qadın çiyin-çiyinə yaşayır deyə bilərikmi buna?
Feminizmin, genderçiliyin gurultulu uğurlarından danışa bilməyəcəyik maləsəf. Nə Nobel almış Yelinek, nə də şeirləriylə təkrarsız sayılan Frederik Mayröker cocuq doğdu.
Davamı →

Şoular vasitəsilə qurulan biznes

Nə mədəniyyət işçisiyəm, nə musiqişünas. Teatr və kinodan da bir o qədər başım çıxmaz. Televiziyaşünaslıqdan da uzağam. Amma mədəniyyəti də sevirəm, musiqini də! Teatr və kinomuzun hazırkı vəziyyəti ürəyimi ağrıdır. Xalqımı, milli-mənəvi dəyərlərimizi, ölkəmizin gələcəyi sayılan gəncləri çox istəyirəm. Millətimin imzasını daim imzalar içində görmək, mentalitetimizə sadiq qalmaq, gənclərimizi Qərb təfəkkürlü, amma Şərq əxlaqlı görmək arzusundayam. Bu qeydləri də adi Azərbaycan vətəndaşı, görüb susa bilməyən jurnalist kimi qələmə alıram!
Davamı →

Tretyakov qalereyası

Tretyakovun 28 yaşı vardı.
O vaxtkı tacir dünyası ətalətin, acgözlüyün və cəhalətin təcəssümü idi. Amma tacir Tretyakovun duyğuları və fikirləri bu fonda açıq-aşkar ziddiyyət yaradırdı. Pavel Mixayloviç dörd il sonra ilk xarici səfərinə çıxarkən vəsiyyətnamə qoyub getmiş və yazmışdı: «Gümüş pulla yüz əlli min rublluq kapitalımı Moskvada rəsm muzeyinin və ya ictimai şəkil qalereyasının qurulması üçün vəsiyyət edirəm. Rəngkarlığı, həqiqətən, sevdiyimə görə mənim üçün çoxlarına fayda, hamıya zövq verən ictimai, hamı üçün açıq incəsənət xəzinəsinin əsasını qoymaqdan yaxşı arzu ola bilməz».
Davamı →

Yelizaveta Batori - orta əsrlər cəlladı (1560-1614)

“Sən bu dünyada nə nəfəs alıb-verməyə, nə də Tanrının üzünü görməyə layiq deyilsən“. (Yelizaveta Batorinin haqqında hökm çıxaran məhkəmənin qəbul etdiyi qərardan).
Olduqca zəngin və tanınmış Batori ailələrindən birinə mənsub olan Yelizaveta 1560-cı ildə dünyanın uzaq guşələrindən biri olan Transilvaniyada anadan oldu. Onun mənsub olduğu soydan kardinal, müharibə qəhrəmanları çıxıb. Amma bu, macar əsilli Batori soyuna mənsub olan medalın bir üzü idi. Medalın digər üzündə yaxın qohumların evlənməsi nəticəsində anadan olan anormal insanlar vardı. Belə ki, Yelizaveta Batorinin əmilərindən biri satanist ayinlərin düşgünü, xalası Klara xidmətçilərinə işgəncələr verməkdən həzz alan manyak, qardaşı Stefan isə əyyaş idi.
Davamı →