pascal
Reytinq
+5668.77
Güc
8300.64

pascal

Xəzər

İnsan kimi saxla məni - Bəxtiyar Vahabzadə

Ulu tanrı, köməyim ol,
Arzuma adaxla məni.
Məni insan yaratmısan,
İnsan kimi saxla məni.

Göl olmuşam dama-dama,
Məlhəm qoyma sən yarama.
Bu sevdaya bu mərama
Daha betər bağla məni.

Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.
Davamı →

Yaxşı və pis - Paulo Koelyo

Leonardo da Vinçi; «Sonuncu axşam yeməyi» adlı əsərini çəkərkən böyük bir çətinliklə üzləşmişdi...

Yaxşını İsanın bədənində, pisi də İsanın dostu olan və sonuncu axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində təsvir etmək məcburiyyətində idi...

Əsəri yarımçıq qoyaraq, bu iki insanın modeli kimi istifadə edə biləcəyi kəsləri axtarmağa başladı.

Bir gün bir xor kopellasının verdiyi konsert əsnasında, xordakılardan birinin İsanın təsvirinə çox bənzədiyini gördü.

Onu modellik etməsi üçün emalatxanasına dəvət etdi, saysız qaralama və eskiz çəkdi.

Aradan üç il keçdi. «Sonuncu axşam yeməyi» əzərinin tamamlanmasına az qalmışdı, ancaq Leonardo da Vinçi hələ Yahuda üçün istifadə edəcəyi modeli tapa bilməmişdi ...

Leonardonun işlədiyi kilsənin kardinalı, əsəri tez bir zamanda bitirməsi üçün rəssamı tələsdirməyə başladı.

Günlərlə axtardıqdan sonra Leonardo; vaxtından əvvəl qocalmış gənc bir adam tapdı. Çınqıllar içindəki bu adam sərxoşluqdan özünü itirmiş, canından keçmiş bir vəziyyətdə səkinin qırağına sərilmişdi.
Davamı →

“Cek, tək bir oglum qalıb..."

Cek sürəti azaltmazdan öncə spidometrə baxdı: sürət həddinin əlli olduğu yerdə yetmiş üçlə gedirdi və son dörd ay ərzində dördüncü dəfə polis tərəfindən dayandırılırdı. Bir insan, axı necə bu qədər bəxtsiz ola bilərdi?

Cek avtomobilini sağa çəkdi. «Insallah, bu an yanımızdan daha sürətli bir avtomobil keçər» deyə düşündü.

Polis əlində qalın bir qeyd dəftəri avtomobildən düşdü. “Bob? Bu polis kilsəyə gələn Bob deyilmi?..” – Cek öz-özünə dedi və avtomobilinin kreslosuna sindi. Bu vəziyyət hər hansı bir cəzadan daha pis idi. Kilsədən tanıdığı bu polis, dost olduğuna baxmadan onu saxlayırdı. Həm də sürətli hərəkətlə yol hərəkəti qaydalarını pozduğu üçün.

— Salam Bob. Bir — birimizi yenidən görməyimiz çox xoşdur!

— Salam, Cek! — Bob gülümsəmədən dilləndi.

— Məni, arvadımı və uşaqlarımı görmək üçün evə gedərkən saxladın.

 -Bəli, elədir, — Bob kədərli görünürdü.

— Son gunlər evə çox gec gedirəm. Uşaqlarım məni çoxdandır heç görmürlər. Diana da mənə bu axşam kartof və bifşteks yeyəcəyimizi söyləyib. Nə demək istədiyimi anlayırsanmı?

— Bəli, nə demək istədiyini anlayıram. Yol hərəkəti qaydalarını pozduğunu da bilirəm, — deyə cavablandırdı Bob.
“Eyvah! Bu taktika heç işə yaramadı, deyəsən. Taktikanı dəyişdirmək lazımdır" — deyə düşündü Cek.

— Məni, hansı sürətlə gedərkən saxladın?

— Yetmiş. Zəhmət olmasa, avtomobilinə əyləşərsənmi? — dedi Bob.
Davamı →

Napoleon Bonapart və əsgər

Bir dəfə Napoleon Bonapart qarovulların yoxlanışı zamanı postda yuxuya getmiş bir gözətçinin olduğunu görür.

Nizamnaməyə və müharibə dövrünün qanunlarına əsasən yuxaya getmiş növbətçi, hərbi tribunal qarşısına çıxmalı və güllələnməli idi. Çünki öz döyüş yoldaşlarını və dövlətini təhlükə altına qoyaraq, postda yuxuya gedən bir əsgərə başqa bir cəza təsəvvür etmək qeyri mümkün idi.

Amma Napoleonun qərarı olduqca gözlənilməz və təəccübləndirici idi. O, yuxuya gedən əsgərin silahını əlinə alır və özü onun yerində posta dayanır. Postda dayanmaqdan əldən düşmüş əsgərin yuxusuna isə əngəl olmur. Bir neçə vaxtdan sonra növbəni əvəz etməyə gələn serjant görür ki, növbətçi yatır, imperator isə onun yerində postda dayanıb.

Deyirlər ki, bütün əsgərlərin xəbər tutduğu bu hadisədən sonra, onlar imperatorla birlikdə görünməmiş cəsarətlə və hünərlə istənilən döyüşə girməyə və öz imperatorları uğrunda ölümə belə getməyə hazır idilər.

Bərbər və senator

Bir dəfə bağban saçını qaydaya salmaq üçün bərbərin yanına gəlir. Bərbər işini bitirdikdən sonra bağban borcunu ödəmək istədikdə bərbər deyir:

— Hesabı ödəmək lazım deyil. Bu həftə mən hər kəsə pulsuz xidmət göstərirəm.

Bağban təşəkkür edərək gedir. Növbəti gün bərbər işə gəldikdə qapının önündə təşəkkür məktubu və 12 qızılgül olduğunu görür.

Bu gün isə çörəkçi saçını vurdurmaq üçün bərbərin yanına gəlir. O da sonda hesabı ödəmək istədikdə eyni 

– Hesabı ödəmək lazım deyil. Bu həftə mən hər kəsə pulsuz xidmət göstərirəm. — cümləsi ilə qarşılaşır. Çörəkçi də təşəkkür edərək gedir. Bərbər növbəti səhər işə gəldikdə qapının önündə minnətdarlıq ifadəsi olan məktub və 12 şirniyyat görür.

Növbəti gün senator bərbərin qonağı olur. Sonda bərbər yenə pul ala bilməyəcəyini və bu həftə pulsuz xidmət göstərdiyini bildirir. Senator sevinir və gedir.

Növbəti gün bərbər işə gəldikdə qapının önündə 12 senator, 10 deputat, 15 məsləhətçi, mer və bir neçə nazir, merin həyat yoldaşı və 6 övladını görür. Onların hər biri pulsuz xidmət görmək üçün bərbəri gözləyirdilər.

Yüksək və aşağı təbəqə arasındakı əsas fərq də məhz bundan ibarətdir…

Mənbə: banker.az

Fabrisio Korneli - işıq və kölgə oyunu

İstedadlı müasir rəssam, italyan sənətçi Fabrisio Kornelinin işlərindəki əsas xüsusiyyəti işıq və kölgə ekperimenti ilə insanların fenomenal siluetin yaratmaqdır.

Fabrisio Kornelinin işləri sərgilərdə, Brüssel, Roma, Berlin, Paris və digər şəhərlərdə binaların fasadlarında görülə bilər. Gecələr (qaranlıqda) və ya buludlu günlərdə bu əsərlər anlaşılmaz və biçimsiz metal obyektlərdən başqa bir şey deyil. Şəklin yaranması, «doğması» üçün onlara mütləq işıq düşməlidir.

Rəssam yaratdığı əsərdə riyazi dəqidliklə işığın istiqamətini, kölgənin necə düşüb, deformasiya olduğunu hesabladıqdan sonra hazırladığı metal, kağız və plastik konstruksiyaları platforma yerləşdirir.
Davamı →

Fuad Poladovla Qiyas İbrahimovun etirazına sözardı - Vahid Qazi

Razılaşmamaq da bir haqqdır! Məni razılaşmağa vadar etməyə sənin ixtiyarın yoxdur! Ailədə böyüklüyün, icmada ağsaqqal-avtoritetin, sosial statusun, ictimai çəkin, dövləti vəzifən məni zorən sənlə razılaşdıra bilməz. Uzaqbaşı kompromisə gedərəm. Güc gələrsən, etiraz edərəm!
 
Başqa toplumlarla işim yoxdu. Yaşadığım İsveçdə neçə ilin müşahidələrindən bu qənaətə gəldim ki, isveçli yuxarıda təxmini cızdığım bu həyat düsturuyla böyüyür, yaşayır. Mənsub olduğu cəmiyyət, dövlət bunu uşaqlıqdan ona aşılayır.
 
İnkişaf etmiş toplumların gəlişmə səbəblərini arasanız, şübhəniz olmasın, etirazı kültürəl dəyərlərdən biri kimi görəcəksiniz.
 
“Ozon adamlar” yazısında belə yazmışdım bir vaxt: “Etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da ləyaqətli ömür yaşamaq mümkün deyil!”
 
Bizim nəsil azadlıq mücadiləsindən qorxmadı! Tank qarşısına da çıxdı, güllə qabağına da. Yaralandı, əlil oldu, öldü də.
 
Amma bizim nəsil azad cəmiyyət qura bilmədi! Üstəlik müstəqilliyin şirin tamından çatdırıb doyunca dadmadı. İndi angedonik (zövq ala bilməmə) ömür sürür.
 
Niyə?
Davamı →

Qudurğan olsa, neynərsən?

Acından millətin bir gün yarımcan olsa, neynərsən?
O can üstə sənin ömrün firavan olsa, neynərsən?

Didərginlər səfalətdən əgər ölsə çadırlarda,
Vəkillər maliki-mülki-Süleyman olsa neynərsən?

Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,
Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?

Vəkil artist, vəkil şair, vəkil xanəndə və sair,
Dəyirmanın əgər dənsiz dəyirman olsa, neynərsən?
Davamı →

Bloq - Baba Pünhan "aynası"

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü-bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb-yaratmış, Azərbaycan ədəbiyyatında satirik şeirin sütunlarından biri sayılan M.Ə.Sabir cəmiyyətin geriliyindən, insanların savadsızlığından istifadə edib zəhmətkeş xalqın qanını soran ağalara, bəylərə, yaltaq ruhani ordusuna, ağlı kəsən, lakin bunları dilə gətirməyən, əzilmiş xalqın hüququnu müdafiə etməyib, əksinə, onların avamlığından istifadə edən yaltaq ziyalılara öz şeirlərində belə deyirdi.
Davamı →

Asılmış qəhvə haqqında hekayə

Biz vağzalın yaxınlığında olan kafelərdən birinə daxil oluruq. Bizim arxamızca iki nəfər də kafeyə gəlir və ofisianta  deyirlər:

— Beş fincan qəhvə, iksini indi içirik, üçü isə havada asılmış qalır.

Ödəməyə gedəndə 5 qəhvənin pulunu ödəyirlər. Sonra öz qəhvələrini, yəni hərəyə bir fincan içib gedirlər. Mən De Sikudan soruşuram: “asılmış qəhvə nə deməkdir?”.  O deyir: – gözlə.

Daha sonra digər insanlar daxil olur. Qızlar adi qaydada qəhvə sifariş edir, pullarını ödəyirlər. Daha sonra kafeyə üç vəkil gəlir. Onlar yeddi qəhvə sifariş edirlər:

— Üçünü indi içirik, dördü isə havada qalır.

Sonra öz üç fincan qəhvələrini içib gedirlər. Sonra gənc bir oğlan iki qəhvə sifariş edir, amma yalnız birini içir. Bu minvalla biz De Siko ilə günortaya qədər söhbət edərək vaxt keçirdik.

Qapılar açıq idi və mən günəşin isitdiyi meydançaya tamaşa edirdim. Və birdən mən qapıya yaxınlaşan tünd bir kölgə gördüm. Kölgə tam qapıya çatanda, onun kasıb bir insan olduğunu gördüm.  Kasıb adam kafeyə daxil olur və soruşur ki, asılmış qəhvə varmı?

Bu bir növ Neapoldan gəlmiş bir adətdir, orda nəinki qəhvəni, həm də yeməkləri özündən sonra gələcək adama saxlayırmışlar.
Belə bir şeyi bizim ölkədə təsəvvür etmək çətindir. Amma təəssüf, çox gözəl adətdir.



Asılmış qəhvə (Tonuna Querranın hekayəsi)