Seçilmişlər
- Seçilmişlər (2)
- Mikroyazılar (8)
Kamikadzelər
Özlərini bilərəkdən ölümün ağuşuna atanlara ilk dəfə Yaponiyada rast gəlinib. Onlar kamikadzelər adlandırılır. Yapon sözü olan «kamikadze»nin mənası «müqəddəs külək» deməkdir. Bu adı yaponlar ilk dəfə 1274 və 1281-ci illərdə monqolların Yaponiya sahillərinə yan almaq istəyən hərbi gəmilərini məhv etmiş tayfun küləyinə veriblər.
Çox-çox sonralar-XX əsrin ikinci yarısında isə II Dünya Müharibəsi zamanı düşmənə qarşı döyüşlərin iştirakçıları olmuş ölümə məhkum yapon təyyarəçilər də kamikadzelər adlandırılıb. Ümumiyyətlə, II Dünya müharibəsi zamanı kamikadzelik Yaponiyada böyük bir hərəkatın tərkib hissəsi olub. Bu hərəkata qoşulanlar qulluq etdikləri əqidə və ya ideya uğrunda könüllü ölüm yolunu seçiblər.
Yaponiya imperatoru uğrunda ölümə gedən bu adamlar gündoğar ölkəyə və rəhbərə sadiq olacaqları barədə sənədə qol çəkirdilər. Onların Yaponiya daxilində müəyyən güzəştləri olub. Bəzi tarixçilərin fikrincə, kamikadze hərəkatı Yaponiyanın müharibə etdiyi ölkələrlə müqayisədə texniki cəhətdən geridə qalması səbəbindən yaranmışdı. Könüllü ölüm yolunu seçən yapon təyyarəçisi minimum qədər benzin və bunun əvəzinə xeyli artıq bomba götürərək, təyyarəyə minir, geri dönməyəcəyini bilə-bilə hədəfə tərəf uçurdu.
Ardı

- ?
- 16 mart 2012, 12:37
- Ali_Aliyev
- şərh əlavə et
Qırx rahib və Mövlana
Əflatun kilsəsinin rahibi rəvayət edir:
— Bir gün biz 40 rahib sual vermək üçün Mövlananın yanına gedirdik. Onunla bazarda bir sobanın qarşısında qarşılaşdıq və sualımızı soruşduq:
— Quranda Məryəm surəsinin 71-ci ayəsində deyilir ki, içinizdən heç biriniz xaric olmamaq şərti ilə hamınız mütləq Cəhənnəmə girəcəksiniz. Bu, Allah qatında mütləq olaraq bir hökmdür. Bu ayəyə görə, istər mömin olsun, istər olmasın, hər kəs Cəhənnəmdən keçəcək, onda İslamın üstünlüyü necə bəlli olacaqdır?
Mövlana sualı belə cavablandırdı: