Bir qızın gündəliyindən – Çexovdan iki qısa hekayə
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Hörmətli kayzençilər. Çox sevdiyim yazıçı Çexovun ən yaxşı hekayələrindən birini təqdim edirəm.
Qəsəbə balaca idi, kənddən də pis idi. Burada, demək olar ki, ancaq qocalar yaşayırdı. Onlar da elə gec ölürdülər ki, adamın buna acığı tuturdu. Həbsxanada və xəstəxanada ki, tabut çox az tələb olunurdu.
Xülasə, işlər xarabdı. Əgər Yakov İvanov quberniya şəhərində tabutçu olsaydı, yəqin ki, onun öz evi olardı və ona Yakov Matveiç deyərdilər. Qəsəbədə isə ona eləcə Yakov deyirdilər. Küçə təxəllüsü də nədənsə Bronza idi. O, kiçik, köhnə bir daxmada, adi kəndi kimi, yoxsul bir həyat keçirirdi. Daxma təkcə bir otaqdan ibarət idi. Otaqda da o özü, Marfa, peç, ikiadamlıq çarpayı, tabut, dəzgah və bütün avadanlıq yerləşmişdi.
Yakov yaxşı və möhkəm tabut qayırırdı. O, kəndlilərin və meşşanların tabutlarını öz boyuna görə hazırlardı və heç də yanılmazdı, çünki yetmiş yaşı olsa da heç yerdə, hətta həbsxanada da ondan hündür və möhkəm adam yox idi. Kübarlara və qadınlara tabutu ölçüb düzəldirdi, ölçüsü də dəmir arşın idi. Uşaq tabutlarının sifarişini çox könülsüz qəbul edir, onları ölçüsüz və nifrətlə qayırırdı, hər dəfə də bunun üçün pul aldıqda deyirdi: