Qədim Çin tarixi

Təbiəti və əhalisi. Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və Yantszı çayları axır. Xuanxe vadisinin torpaqları çox məhsuldar olduğundan burada insanlar sıx məskunlaşmışdılar. Xuanxe çayında güclü daşqınlar olurdu. Bu zaman çoxlu şəhər və kəndlər dağılır, böyük insan tələfatı baş verirdi. Ona görə də çinlilər Xuanxe çayını «Çinin bəlası», «min fəlakət çayı», «gəzən çay» adlandırırdılar.
Xuanxe çayının aşağı axarında əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Sənətkarlar ipək parçalar toxuyur, dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. Elə ilk Çin dövlətini də e.ə. II minillikdə burada yaşayan şan qəbilələri yaratmışdılar.
Davamı →

Çin XI – XVII əsrin 1-ci yarısında

Monqolların Çini işğal etməsi. Sun imperatorluğu (960-1279) dövründə iri xüsusi torpaq mülkiyyəti və icarə münasibətləri inkişaf edirdi. Feodal zülmü kəndli üsyanlarına səbəb oldu. La­kin bu vaxt Çinin başının üstünü monqol təhlükəsi aldı. 1211-ci ildə monqollar Çinə hücum etdi, onun işğalını 1279-cu ildə başa çatdırdı və Sun imperiyasına son qoydular. Çin Monqol dövlətinin əsas hissəsi, Pekin «Böyük xan» dövlətinin paytaxtı oldu.

 «Qırmızısarıqlılar» üsyanı. Min sülaləsinin hakimiyyətə gəlməsi. İqtisadi yüksəliş. XIV əsrin ortalarında Çində monqol zülmünə qarşı üsyan başladı. Üsyançılar başlarına qırmızı sarıq bağladıqları üçün onlara «qırmızısarıqlılar» deyirdilər. Üsyan 20 il davam etdi. 1368-ci ildə onların apardıqları azadlıq müharibəsi qalib gəldi, monqollar Çindən qovuldular. Hakimiyyətə Min sülaləsi (1368-1644) gəldi. Onun əsasını Çyan Yuan-Çyan qoymuşdu. Monqol feodallarından alınan torpaqlar kəndlilərə paylandı, torpaq becərənlər 3 il müddətinə vergi və mükəlləfiyyətlərdən azad edildi, tacir və sənətkarlardan alınan vergi azaldıldı. Bu siyasət təsərrüfatın yüksəlməsinə səbəb oldu.


Ardı →

Sinxay inqilabı

Yarımfeodal  ölkə  olan  Çində  XX   əsrin əvvəllərində     sosial-iqtisadi     ziddiyyətlər kəskinləşmişdi. Çin xalqı həm də iri xarici dövlətlərin müstəmləkə zülmündən də əziyyət çəkirdi.
Bütün bunlar, Çində vətənpərvər qüvvələrin formalaşmasına və baş qaldırmasına səbəb olurdu. Artıq XX əsrin əvvəllərində Çin xalqının mancur əsarətinə və müstəmləkə zülmünə qarşı mübarizə şəraiti yaranmışdı. 1903-1905-ci illərdə Çinin bir sıra şəhərlərində inqilabi təşkilatlar və cəmiyyətlər meydana çıxmışdı. Onlardan biri də Sun Yatsenin başçılıq etdiyi "Çinin dirçəliş ittifaqı" idi. Onun Çində və başqa ölkələrdə 40-a qədər təşkilatı fəaliyyət göstərirdi. 1905-ci ilin sentyabrında Tokioda onlar birləşərək «Çin inqilabı birlik İttifaqı» (Cjiyu Temin Tunminxuey) yaratdılar. Onun prezidenti Sun Yatsen, vitse-prezidenti isə Xuan Sin seçildilər «İttifaq»ın proqramının əsasını liberal demokratizm prinsipləri təşkil edirdi. O, Sun Yatsenin «üç xalq prinsipinə-«millətçilik, demokratiya və xoşbəxtlik» prinsiplərinə əsaslanırdı. O, «Minbao» (Xalq) qəzeti nəşr etdirirdi.
Ardı →

Çin XIX əsr–XX əsrin əvvəllərində

Hindistanı öz müstəmləkəsinə çevirəndən sonra İngiltərə Çini də əsarət altına almaq, onun xammal mənbələrini və satış bazarlarını ələ keçirmək uğrunda mübarizə aparırdı. Ost-Hind şirkəti Hindistanda geniş miqyasda tiryək istehsalını artırmağa və bunu Çinə gətirməyə başladıqdan sonra vəziyyət tamamilə dəyişdi. Tiryək ticarəti Ost-Hind şirkətinə son dərəcə böyük gəlir gətirməyə başlamışdı. Çinin tiryək ticarətinə qarşı mübarizəsi İngiltərə ilə Çin arasında müharibəyə səbəb oldu.

Tarixdə Birinci tiryək müharibəsi (1840-1842) adı ilə məlum olan müharibəyə başlandı. 1840-cı ildə ABŞ eskadrası Çin sularına daxil oldu. 1842-ci ilin avqustunda Nankində Çinlə İngiltərə arasında sülh müqaviləsi imzalandı. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Buna əsasən İngiltərə Çinin beş şəhərində konsulluqlar açmaq və ticarət etmək hüququ qazandı.


Ardı →

Çin mədəniyyəti

Çinin sivilizasiya tarixi minillikləri əhatə edən qədim mədəniyyətlərdən biridir. Çinlilərin özlərinin təsdiq etdikləri kimi, ölkənin tarixi e.ə. III minilliyin sonlarına gedib çatan Yao, Şunya, Yuya hakimlərinin hökmranlıq dövründən başlayır.
Çin sivilizasiyasının uzun illəri əhatə edən inkişaf yolu dünya mədəniyyəti tarixində mədəniyyətin tamamilə yeni unikal tipini yaratdı. Qərb və qonşu hind mədəniyyətlərindən fərqli olaraq Çin sivilizasiyası daha rasional və praqmatik səciyyə kəsb etmiş və edir. Hər bir çinli üçün ilk növbədə sosial etika və inzibati praktika müstəsnalıq kəsb edirdi.
Qədimdən başlayaraq çin mənəvi mədəniyyətinin spesifikasına rasional səciyyə xarakterikdir. Çinin erkən dinlərində yunan mifologiyasındakı allahların insan və canlı surətlərinə rast gələ bilmərik. Zevsin yerini bu mifologiyada mücərrəd və soyuq substansiya olan Səma təşkil edir. O, insana qarşı çox laqeyd və əlbəttə ki, insani hiss və həyəcanlardan uzaqdır. Bir xeyli müddətdən sonra ölkənin mənəvi mədəniyyətinə daha humanist ideyalar, mistik dünyagörüşləri nüfuz etdi və onların transformasiyası praqmatik nəticələrə gətirib çıxartdı.


Ardı →

Qədim Çin fəlsəfəsi

Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.er.əv. VIII– VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və. s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır.


Ardı →

Çin tarixi

III-IV əsrlərdə Çində feodalizm quruluşu yarandı. Qərbi Avropadan fərqli olaraq Çin, feodalizmə dağıntılara və parçalanmaya məruz qalmadan keçmişdi. Çində bütün torpaqlar imperatorun mülkiyyəti hesab olunurdu.
Çində iri torpaq sahibləri “güclü ailə” adlanırdı. Dövlət “güclü ailə”lərin qüvvətlənməsinin qarşısını almaq üçün onların torpaqlarını müsadirə edərək kəndlilərə paylayırdı.


Ardı →

Qədim Çin

Çinlilər öz ölkəsinə Çtun Qo, Çonun Xuan və s. deyirdilər. Çin adı hakimiyyətdə olmuş Sin sülaləsinin adı ilə bağlı idi. Çinlilərin həyatında Xuanxe və Yansızı çayları mühüm rol oynamısdır. Xuanxe çayı vaxtaşırı daşır və ətrafa böyük zərər vururdu. Məhz buna görə də Çiinlilər Xuanxe çayını «Gəzən çay», "Çinin bəlası" və «Min fəlakət çayı» adlandırırdılar.
Çinlilər əkinçilik, maldarlıq, sənətkarlıq və ipəkçiliklə məşğul olurdular. e. ə. VI — V əsrlərdə Çində dəmir emal edilmisdir.
Ardı →

Damansk: Sovet-Çin qarşıdurması

Ötən əsrin 60-cı illərinin axırlarında Uzaq Şərqdəki SSRİ-Çin sərhədində baş vermiş münaqişə, daha doğrusu, Damansk adası uğrunda silahlı toqquşma barədə bu günkü Azərbaycan oxucusu nə bilir? Sovetlərin həmin döyüşdə tətbiq etdiyi «bütün canlıları külə döndərən» silah nə idi?

Münaqişənin səbəbi


Tarixçilər Damansk münaqişəsinin kökünü 1860-cı ildə imzalanmış Pekin müqaviləsi ilə əlaqələndirirlər. Həmin müqaviləyə görə, Rusiya ilə Çin arasında sərhəd Amur və Ussuri çaylarının sahili üzrə müəyyən edilmişdi. Onda nə çaylar özü, nə də oradakı adaların kimə məxsusuluğu dəqiqləşdirilmişdi. Lakin ötən əsrin 50-ci illərində, xüsusən İ.Stalinin ölümündən sonra sovet rəhbərliyinin apardığı yeni siyasətlə razılaşmayan Çin rəhbərliyi sərhədləri dəqiqləşdirmək qərarına gəlir. Daha doğrusu, Çin Ussuri çayındakı Damansk adasının bu ölkəyə məxsus olduğunu iddia etməyə başlayır.
Davamı →

Çin III - XI əsrlərdə

Çində feodal münasibətlərinin yaranması. III əsrin əvvəllərində Xan sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra, Çində feodal münasibətləri yaranmağa başladı. Avropadan fərqli olaraq, bütün Şərqdə olduğu kimi, Çində də torpaq əsrlər boyu imperatorlara məxsus mülkiyyət olmuşdu. Dövlət torpaq üzərində mülkiyyəti məhdudlaşdırır, cəmiyyət və iqtisadiyyatı sənətkarlığı, ticarəti və təbii sərvətləri ciddi nəzarətdə saxlayırdı. Əhalinin 95 %-ini təşkil edən kəndlilər torpaqdan istifadəyə görə vergi verirdilər.


Ardı →