Omonim sözlər
Çoxmənalı sözlərdə mənalardan biri əsas, digərləri isə ondan törəmə olur. Yəni çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə yaranır. Məsələn: ət maşını, minik maşını
Əgər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa, deməli, bunlar ayrı-ayrı leksik vahidlərdir, yəni omonimlərdir. Məsələn: ləpə–su dalğası, ləpə-qoz ləpəsi.
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Lüğətlərdə omonimlər ayrı-ayrı sözlər kimi verilir və onların üzərində sıra nömrəsi qoyulur:
- Divan – oturmaq üçün vasitə;
- Divan – şeirlər külliyyatı.
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər ayrı-ayrı mənaları bildirir.
Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur.
Davamı →