Təbii öskürək dərmanı

Öskürək orqanizmin təbii müdafiə mexanizmidir. Öskürəyin köməyi ilə nəfəs yolları selik, mikrob, toksinlərdən təmizlənir.
Saglamolun.az bildirir ki, öskürəyi “müalicə etmək” deyil, yüngülləşdirmək və daha effektli etmək lazımdır. Bunun üçün çoxlu sayda xalq təbabəti vasitələri var. Bu vasitələrdən biri tut dəmləməsidir.

Davamı →

Səhərə yaxın ortaya çıxan öskürəyə diqqət

Dünyada təxminən 300 milyon insana təsirsiz ötüşmədiyi təxmin edilən astma xəstəliyi müvafiq müalicə və qıcıqlandırıcı faktorlardan uzaq durulması sayəsində xroniki hala keçmədən nəzarət altına alına bilər.
Erkən dövrdə mütəmadi olan astma şikayətləri vaxtında nəzarət altına alınmazsa, həyat boyu davam edən ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Xüsusilə yay aylarında ortaya çıxan astma tutmalarının yaşam keyfiyyətini azaltmaması üçün bəzi tədbirlərin görülməsi tələb olunur. Memorial Ankara Xəstəxanası Sinə Xəstəlikləri Bölməsindən prof. dr. Metin Özkan yay aylarında astma xəstəliyi ilə bağlı diqqət edilməsi lazım olan məqamlar haqqında məlumat verib.

Davamı →

Pnevmoniyanın əlamətləri onun törədicisindən asılı olaraq müxtəlifdir

Pnevmoniya, yəni sətəlcəm ağciyər toxumasının iltihabi xəstəliyidir. Adətən pnevmoniya sürətlə inkişaf edərək qısa müddətdə sinədə ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və təngnəfəsliklə xarakterizə olunur. Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından, yəni qripdən sonra inkişaf edir. Pnevmoniya ilə xəstələnməyə görə risk qrupuna kiçik yaşlı uşaqlar və yaşı 65-dən çox olan şəxslər, şəkərli diabet, QİÇS, xronik ağciyər-ürək və mədə bağırsaq xəstəliyi olanlar, orqanizmin immun sistemini zəiflədən preparatları qəbul edənlər, ağır cərrahi əməliyyat keçirənlər, zərərli vərdişləri olanlar — siqaret çəkənlər, alkoqol qəbul edənlər daxildir.
Davamı →

Öskürək və göy öskürək əleyhinə çarə

Öskürək əleyhinə bir neçə yazılarım olsada bu üsul da həm faydalı, həm də asan başa gələn bir reseptdir. Deməli 6 ədəd əncir bıçaqla balaca-balaca doğranılır (təxminən fındıq boyda) 2 stəkan südün içinə qarışdırılır, vam odda 7-8 dəq qaynadılır, ilıq olana qədər gözlənilir, ilıq olanda 1 stəkan süd götürülür 1 çay qaşığı bal 2-3 çimdik toz zəncəfil əlavə olunur, qarışdırılır yeməkdən 1 saat əvvəl 1 stəkan içilir, əgər bu qarışımı səhər içirsinizsə 2-ci stəkanı günorta içməlisiniz və ya günorta içirsinizsə 2-ci stəkanı axşam yeməkdən əvvəl içməlisiniz, süd içildikdən sonra əncirlər yeyilir.
Davamı →

Öskürəkdən xilas edən 5 ot

Soyuq fəsillərdə soyuqdəymə xəstəlikləri artır. Bu xəstəliklərin simptomlarından biri öskürəkdir.

LOR həkimlərinin belə bir deyimi var: öskürək soyuqdəymə zamanı ən birinci meydana gələn və ən axırıncı gedən simptomdur.

Əslində öskürək orqanizmin qoruyucu mexanizmidir. Öskürək orqanizmi ziyanlı maddələr, toksinlər və simptomlardan azad edir. Bu səbəbdən öskürəyi «kəsmək» deyil, onu yumşaldmaq, bəlğəmin çıxmağını asanlaşdırmaq lazımdır. Bu işdə bizə təbabət yaxşı kömək edə bilər.
Davamı →

Bal və soğan siropu

Bal və soğan qarışığı ənənəvi xalq təbabətində bir çox əsrlər ərzində öskürəyə qarşı istifadə olunub. Bal və soğan siropunun əsas üstünlüyü ondadır ki, istifadə olunan inqrediyentləri bütün il ərzində asanlıqla əldə etmək mümkündür.

Bundan başqa, bu təbii dərman vasitələrinin tərkibində hər hansı təhlükəli kimyəvi, süni boyaq və ya gələcəkdə səhhətinizdə fəsadlara gətirib çıxara biləcək zərərli maddələr yoxdur.

Davamı →

Öskürəyə faydalı təbii qarışıq

Öskürək və bronxit zamanı ən tanınmış və effektli vasitələrdən biri soğanla balın qarışığı sayılır.

Qarışığı hazırlamaq üçün 1 kq qırmızı soğan götürülür, xırda doğranılır, tənzifdən yaxşı sıxılır, eyni miqdarda təbii balla qarışdırılır. Qarışığı gündə 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin. Uşaqlara 1 çay qaşığı verə bilərsiniz.

Öskürək və bronxit zamanı xəstə mümkün qədər çox maye (ot çayları, limonlu-ballı çay, südlə borjom, zoğallı çay və s.) qəbul etməlidir. Bu bəlğəmin durulaşmasına və nəfəs yollarından daha asan çıxmasına kömək edəcək.
Davamı →

Öskürəyi müalicə edən dəmləmə

Öskürək ayrı xəstəlik deyil, bir çox hallarda soyuqdəymənin simptomu kimi meydana çıxır. Öskürək orqanizmin müdafiə mexanizmidir.

Öskürəyin köməyi ilə nəfəs yollarımız xəstəlik zamanı burada yığılan mikroblar, toksinlər, selik və s.-dən azad olur. Bu prosesi tezləşdirmək üçün daha çox ilıq maye qəbul edin — selik durulaşır və onun xaric olunması asanlaşır.
Davamı →

Öskürəyə qarşı təbii vasitə


Heyva və xüsusilə də onun qabıqları və toxumları güclü itihabəleyhinə və bəlğəmgətiri təsirə malikdir. Heyvanı öskürək və yuxarı tənəffüs yollarının iltihabları zamanı təbii müalicəvi vasitə kimi istifadə edə bilərsiniz.

2 iri heyva yaxşı yuyulur, qabıqları soyulur, ortası kəsilir. Meyvənin qabıqları və içi (toxumlarla birlikdə) xırda doğranılır, termosa qoyulur. Üzərinə 2 stəkan isti su tökün, termosun qapağını bağlayın, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal, limon əlavə etmək olar.
Davamı →