Daha inamlı və inandırıcı ünsiyyət üçün tövsiyələr

1. “Amma” əvəzinə “və” istifadə edin. Məsələn, “Siz bunu düz etmisiniz, amma…” əvəzinə “Siz bunu düz etmisiniz, və… “ deyin. Çünki “amma” özündən əvvəl deyilən hər şeyin üzərindən xətt çəkir.
2. “Buna baxmayaraq” əvəzinə “və” istifadə edin. Məsələn, “Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm, buna baxmayaraq…” əvəzinə ““Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm və …” deyin. Çünki “buna baxmayaraq” ifadəsi sizin həmsöhbətinizə açıq-aydın bildirir ki, onun hiss, arzu və gözləntiləri sizin heç vecinizə də deyil.
3. Kobud “yox” deməkdən çəkinin, çünki bu ifadə müəyyən intonasiyayla deyildiyində, həmsöhbətinizdə böyük neqativ təəssürat yarada bilər.
Davamı →

Xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti

Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir.
Qeyd etmək lazımdır ki, xidmət sahələrində davranış normalarını bilmək və onlara riayət etmək, insanlara qarşı nəzakətli, diqqətli və qayğıkeş olmaq, bir sözlə, cəmiyyətdə yaxşı tərz kimi qəbul edilmiş hər şey insanın davranış mədəniyyətinə aid edilir və etiketlə tənzimlənir.
Davranış real (təcrübi hərəkət və rəftar şəklində) və verbal (sözlə ifadə edilmiş) olur. Bu iki davranış növü bir-birinə uyğun olmalıdır. Mədəni insan o kəsdir ki, etik prinsiplər, cəmiyyətin əxlaqi normaları onun daxili əqidəsinə çevrilib. O, lazım olduğu üçün deyil, başqa cür hərəkət edə bilmədiyi üçün belə hərəkət edir.
Davranış mədəniyyəti normalarına aşağıdakılar aiddir:
Davamı →

Nitqin əsas keyfiyyətləri

NİTQİN  DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.

Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır.


Davamı →

Düzgün ünsiyyətin sirrləri

Psixologiya elmi mütləq çoxluğun həqiqəti müsbət bir məfhum kimi gördüyünü söyləyir. Kimə soruşsan, dürüstlük, düzgün davranış və həqiqətin yanında olduğunu bildirəcək. Bəlkə siz, həyatınızda həqiqətdən açıq-aşkar imtina edən birini tanıyırsınız, amma 40 illik həyatımda beləsi ilə şəxsən rastlaşmamışam.

Əvvəllər çox şey fərqli idi. Bir insan bir gün və ya ay ərzində ən çox 10–15 insan ilə ünsiyyətdə olurdu. Sadə söhbət deyil əlbəttə, kiminsə nitqinə şahid olmaq və susmaq da bir ünsiyyət formasıdır. Sosial şəbəkələrin meydana çıxması ilə artıq gün ərzində onlarla insanın yazdığını oxuyur, müəyyən fikir formalaşdırırıq.

Çoxumuzun diqqət etdiyi bir fakt vardır: bəziləri aşkar şeyləri anlamaqda çətinlik çəkir, bəzən isə faktları inkar edir, ağ yalana üz tutur. Bir qisim insan hiddətlənir, digərləri tərəf müqabilini başa salmağa çalışır, müdrikləşmiş və hisslərini nəzarətdə saxlamağı bacaranlar isə əlini yelləyərək “boş verir”lər.
Davamı →

Ünsiyyət mədəniyyəti

dilin duşmənləri   Şifahi nitq mədəniyyəti, adi danışıq tərzi, insanların bir-birləri ilə anlaşması və ünsiyyətdə olması, mahnılar, ifalar, adi telefon söhbətləri belə dilin inkişafında mühüm rol oynayır. Bu mənada dünyanin ən qədim və zəngin dilləri sırasında ana dilimizin də öz yeri vardır. Təsadüfi deyil ki, antik ədəbi abidələrimizdən olan “Kitabi-Dədəd Qorqud” dastanlarının dili bu gün də hamını heyran etməkdədir. Hər bir dilin zənginləşməsində isə gündəlik həyatda işlənən şifahi nitq mədəniyyətinin, adi danışıq tərzinin, insanların bir-birləri ilə ünsiyyətdə olmasnın mühüm əhəmiyyəti vardır. Bir sözlə, hər bir insanın söz demək, danışmaq, öz fikrini başqalarına çatdıra bilmək qabiliyyəti onun danışıq mədəniyyətinin göstəricisidir. Bəs biz necə danışırıq? Adi məişətdə, ictimai yerlərdə, işdə, bazar-dükanda rastlaşdığımız insanlarla ünsiyyət qurarkən ana dilimizin gözəlliyini, zənginliyini, şirinliyini, danışıq mədəniyətimizi nümayiş etdirə bilirikmi? İşlətdyimiz sözlərin mənasına, vurğusuna, səsimizin tonuna diqqət yetiririkmi? Axı, ünsiyyət mədəniyyəti insanın digər bütün mənəvi keyfiyyətləri içərisində daha çox diqqət cəlb edir və dinləyənlərdə haqqımızda çox güclü təəssürat yaradır.
Ardı →

Ünsiyyətin 50 qaydası

Hər gün müxtəlif insanlarla ünsiyyət qururuq. Sosioloqların tədqiqatları nəticəsində insanlarla uğurlu ünsiyyət qurmağın bir çox qaydaları müəyyənləşdirilib. Həmin qaydalar aşağıdakılardır:
1. Qarşınızdakını dinləməyi bacarın.
2. Səbrli olun.
3. Yumuşaq davranın.
4. Sizi dinləyənlərin başa düşə biləcəyi sözlərdən istifadə edin.
5. İnsanlara xoş söz deməkdən çəkinməyin.
6. Sinirlərinizə hakim olun.
7. Zarafat edəcəyiniz zaman yaxşı düşünün.
Davamı →