Bir gün laboratoriyada...

Tibb fakültəsində təhsil alan tələbələr labaratoriyada bir cəsəd ətrafında toplaşırlar. Professor dərsinə başlayır; «Tibbdə iki şey həkimlər üçün çox vacibdir, birincisi insan vücudu ilə əlaqədar heç bir şey sizin üçün iyrənc olmamalıdır. Məsələn, „deyir və barmağını cəsədin qıçına salır və çıxardıb öz ağızına salır. “Həə, indi sizlər də eyni şeyi edin!».

Ardı

Yəhudi Pritçası

Bir ravvin özünün Allaha olan inamı ilə öyünürdü. Tez-tez «mən Allaha inanıram» deyə təkrarlayırdı.Bir gün gücli sel olur. Su getdikcə artırdı. Ravvinin evinə adamlar gəlib evlərini tərk etdiklərini və ordan getdikdərini deyirlər və ravvina da onlarda getməyi təklif edirlər. Lakin ravvin getməyəcəyini deyir:


— Yox, mən qalacam. Mən Allaha inanıram. O məni xilas edəcək.


Su getdikcə artırdı. Ravvinin evinə qayıq yaxınlaşdı. İçindəki adamlar ona minməyi təklif etsələr də, ravvin yenə razılaşmadı:


— Getmirəm. Mən Allaha inanıram.



Ardı

Bir qadın təkcə "ANA" olduğunu unutmaz!

«Qadın, adın nədir?»
«Bilmirəm ...»
«Yaşın neçədi? Haralısan? »
«Bilmirəm ...»
«Nə üçün o tuneli qazırdın?»
«Bilmirəm ...»
«Neçə vaxtdı gizlənirsən?»
«Bilmirəm ...»
«Nə üçün dişlədi barmağımı?»
«Bilmirəm ...»
«Bizdən sənə zərər gəlməyəcəyini bilmirsənmi?»
«Bilmirəm ...»
«Kimin tərəfindəsən?»
«Bilmirəm ...»
«Bu bir müharibədi, seçimini etməlisən»
«Bilmirəm ...»
«Kəndində adam var?»
«Bilmirəm ...»
«Bunlar sənin uşaqlarındı?»
«Bəli ...»

(Bir qadın təkcə «ANA» olduğunu unutmaz ..!)

Gözəgörünməz Təhlükə

Müəllifi özüm olduğum qısa bir məqalə. Arxivimdən tapdım. ( Doğrusu necə yazmışamsa elə də təqdim edirəm, düzəliş etmək istəmədimki təbiiliyi qorunsun )

Ad: Gözəgörünməz Təhlükə
Janr: Traqediya-komediya 
Baş rolda: Beyin, Ürək, Ağciyər, Qaraciyər, Qan, Böyrek, Bağırsaq, Mədə, Əllər, Ayaqlar, Göz, Qulaq, Dil, Diş, Burun.
Il: 2011.
Yer: Bakı, kirayə götürülmüş ev.
Saat 04.00… Bədən yorğunluqdan çökmüş, yatağa uzanmış halda...

Söhbətə Beyin başladı: haydaa, bu nə həyatdı ala, hərgün stress, əsəb… Axır bir gün insulit kecirəcəm, dincələssüz. Ürək: hec məni demirsən ay beyin, adam nəqədər ürəyinə salar bir şeyi, nəqədər həyəcan, qorxu keçirər, mənə deyən lazımdı Nöş döyünürsən:)
Qaraciyər: Uydaaa, bu nədi ala, tökülürəmki, zalımoğlu zalım siqarəti sümürüb anasın ağladıre, sonrada deyirlər Niyə xərçəng oldum?!.. Mən yazıq bilmirəm qanı təmizləyim, ya nikotinlə kəllə kəlləyə gəlim. Qan: Ay ölənlərin rəhmətlik qaraciyər, cigərparəsəne:) Qardaşcanı utanıram üreyin yanına gedim, qan deyiləme, bozbaş suyuyam:) Ağciyər: Ala diyanun görümee: Burda başı papaqlı biri var? Bu heyvana biri desinki, az içib, çəksündə! ,əriyib çöpə dönmüşəme, yekə kişidi, özünə hörmət etmir bizə etsin.Diş: Hə Vallah, məndə utandığımdan saralıb solmuşam.Dodaq: Sən kəs səsivi, mən daydaylıq edirəmdə sənə, otur aşağı. Dil: Sakit olundaa, səsiniz götürüb alemi,.Ala ala bu qarınqulu yenə nəsə yeyəcək hazır olun:) Mədə: Ala yaxşıdaa, görməmiş köpəyoğlu, eləbil aclıxdan çıxıb, Beyin qaqa ordan siqnal ver, odu tökdür təpəmə. Mənim axırıma ya bu görməmiş çıxacey, yada öd. Bağırsaq: Mədə səndə adam olda, mən o zibili «mənzilə» çatdırınca Anadan əmdiyim süd burnumdan gəlire:) Sən dəyqə başı quruldamasan, biz indi oturub Kurtlar vadisinə baxırdıq:)))Böyrək: Yaalqızam, yaalqız, yalqızam yalqız:)Ayaq: böyrək bəs əkizin hanı?Böyrək: Ehh, demə qaqa, o gün qaqamın başına «daş» saldılar, kəsib atdılar, indi eşşək kimi işləyirəm
Ayaq: Qaqa xətrinə dəyməsin, səndə lap ağ eləmisəne, mən yoruldum tualet yolunu ölçməkdən, bəsdüdə:)Əl: Ayaq yazıq böyrək neynəsüne, Bu alkaş köpeyoğlu içib mixlanır, çanaq da mədə, böyrəyin başında çatlayır, bu haramzadanın mədəsi doydu, Gözü doymadıda Göz: Bəli bəli, əl düz deyir, mən day utanıram bu adamın yerine, haram, naməhrəm hərləmir,Qulaq: Uydaa, o gün bir söyüşlər eşitdim, bir söyüşlər eşitdim ki, gəl eşidəsən, xəcalətimdən klapanlarım tutuldu:) Burun: Həə, o gün qan iyi gəlirdi məclisdən, bu gədə də hərşeyə burun soxmasa dinc durmazki.Beyin: Uşaqlar, əl-ələ verək, bunu adam edək, yoxsa pensiya üzü görmüyəcək bu bədbəxt:))Hami bir ağızdan: Neynəyək? Neynəyək? Bu anda uca səslə gülən bir səs eşidildi: Xa xa siz necədə acizsiniz, doğularkən bu adamla yarandınız, işiniz gücünüz bu adama xidmət etməkdi. Ama bu adam mənə xidmət edir, kül töküm təpənizə...Sən kimsən ey görünməz varlıq?
— Mən? Mən Nəfsəm, Nəfs. Sizi bilmirəm ama məni bura lənətlənmiş bir mələk (Şeytan) atdı və dediki:
— Qal burda, şellən. Narahat olma, nə istəsən bu adam sənə verecek, onu qulun et, ama nəbadə İmanın səndən xəbəri olsun haa, Sonra başın ağrıyar, elə etki ağlı çaşdır, ağıl elə bilsinki haqlı, əsaslı istək istəyirsən. Məsəlçün, gördünki lomkadadı ağlı çaşdır və deki gedim bir az içim, dərdim azalsın, narkotika zad istət. Gördün əsəbidi, narahat olma, Ürəyə de nifrət bəsləsin. Dilə de küfr, söyüş işlət, Əl ayağı hərəkətə gətirsən lap əla olar. Narahat olma, imandan xəlvətcə ağlı çaşdırsan, Hakimiyyət səndədi. Çıx bu bədbəxtin axırına...!!!!
Bu an hardansa iniltili zəif tonda ağlayan bir səs eşidildi.İMAN: Sənə o dünyanı qazandıracaqdım, məni boğaraq bu həyatınıda, o biri həyatını da məhv etdin.........

Müəllif: Səbuhi Əsgərov
Tarix  : 28.03.2011

Valideyinə qayğı ən gözəl ibadətdir.

Bəli, Valideyinə qayğı, ən gözəl ibadətdir..İndi nəql edəcəyim iki qardaşla bağlı hekayə fikrin nə qədər dərin məna və ibrət yüklü olacağını əyani sübut edəcək..
İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri ibadətlə məşğul olardı… Bir axşam, ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və mənəvi rahatlığı hiss edib qardaşına deyir: 
— Bu gecə də anama sən qulluq elə, mən ibadət edim. 

Ardı

Ümidinizə Şans verin

Fars padişahının əmriylə  iki adam ölüm hökmünə məhkum edilir. Padişahın atını çox sevdiyini bilən məhkumlardan biri həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən Padişah bu təklifi qəbul edir..Digər məhkum  isə bərəlmiş gözlərlə yoldaşına baxaraq «Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən „ 
Birinci məhkum “ Xeyr, Mən özümə dörd azadlıq şansı verirəm.
Birincisi: Padişah bu il ölə bilər.
İkincisi: Mən ölə bilərəm.  
Üçüncüsü: At ölə bilər .
Dördüncüsü… „Bəlkə ata uçmağı öyrədə bildim! “

Ümidlərimizin heçvaxt tükənməməsi diləyi ilə Sağolun...

Şarsatan və Zənci uşaq

Balaca zənci bir uşaq şəhərin lunaparkında gəzərkən bir satıcının əlindəki şarları seyr edirdi. Hər rəngdən və hər formada olan şarlar par par parıldayırdı. 
Nə oldusa qırmızı bir şar bağlandığı yerdən açılaraq havaya qalxdı. uçdu, uçdu və nəhayət yerdən seçilməyəcək qədər yüksəldikdən sonra gözdən itdi. 
Bu mənzərəni seyr etmək üçün  toplaşan insan kütləsini görən satıcı daha bir şar buraxmanın yaxşı bir reklam olacağını düşünərək havaya parlaq sarı rəngdə bir şar daha buraxdı. Daha sonra bir dənə də ağ şar buraxdı.
Kiçik zənci uşaq, olduğu yerdən böyük bir heyranlıqla göydə uçan rəngarəng şarlara baxaraq:
"Əmi ...." dedi.
«Görəsən bir də qara rəngdə şar buraxsanız, o birilər qədər yüksələrmi?
Şarsatan kişi, anlayışlı bir baxışla uşağa təbəssüm edərək, qara rəngli bir şarı açdı. Barmaqlarını boşaldıb onu da havaya buraxarkən:
»Oğlum .." dedi, «Bizi yüksəldən xaricimizdəki rəng deyil, içimizdəki cövhərdir.»

"Bu adamlardan ehtiyatlı olun, əlinizdən topraqlarınızı almağa gəlirlər!"

1957-ci ildə Amerikanın cənubuna araşdırma aparmaq üçün baza quran Nasanın ekspeditorlarını bir gün azyaşlı qırmızıdərili uşaq görür və qaça qaça uzaqda olan düşərgələrinə gedib babasına xəbər verir.
-Baba, ağ adamlar gəlib, aşağıdakı vadidə gördüm… Çoxdular və nəsə edirlər.  Yaşlı qırmızıdərili fikrə gedir..Əsəbi halda
-Onlarla danışdın? 
-Xeyr, məni görmədilər. Mən böyük təpənin üzərindən onları izlədim. 
-Onda səhər yanlarına get və orada nə axtardıqlarını soruş.
Kiçik qırmızıdərili ertəsi səhər yola düşür.  Ekspeditorların yanına çatır və ağ adamlardan birinə:
-Burada nə edirsiniz? deyə soruşur 
Ağ adamlardan bir neçəsi uşağın başını tumarlayaraq gülümsəyərək: 
— Gecələr səmada parlayan bir şey var ha, biz burdan onu seyr edirik. 
-Ayı?! Yaxşı, amma niyə?
Adamlar kiçik uşağın sualına yenə gülümsəyərək cavablandırırlar. 
-Gələcəkdə… çox illər sonra burdan ora insanları apara və orada yeni bir həyat qura bilmək üçün… Anladınmı?
Kiçik qırmızıdərili tam anlamasa da «Anladım» deyir və qaça qaça uzaqlaşır ordan.
Qaçaraq babasının yanına gedir və özünə deyilənləri izah edər. Yaşlı qırmızıdərili nəvəsinin izah etdiklərini dinlədikdən sonra çox əsəbləşir, qışqırıb bağırır. 
Ertəsi səhər yenə nəvəsini yanına çağırır, heyvan dərisi üzərinə sərt bir çubuqla və öz dillərində yazdığı qeydi nəvəsinə uzadaraq deyir ki:
-Götür bunu, ağ adamlara ver və onlara de ki; 
«Bunu babam göndərdi… Ora, yəni aya getdiyinizdə bunu oradakılara verərsiniz».
Kiçik qırmızıdərili babasının dediyi kimi də edir. Ağ adamlardan birinə qeydi verir, babasının dediklərini də çatdırır və ordan uzaqlaşır.
Ekspeditorlar müəyyən hissələri yandırılmış dəri parçasına baxıb saatlarla gülürlər.
Ancaq hadisədən bir neçə gün keçdikdən sonra, yaşlı qırmızıdərilinin o qeydlə ayda yaşayanlara necə bir mesaj çatdırmaq istədiyi ilə maraqlanmağa başlayırlar. Bu maraq gündən-günə elə böyüyür ki, bir tərcüməçi çağırmağa qərar verirlər.
Tərcüməçi gəldiyində hər kəs bir yerə toplaşır və maraqla gözləməyə başlayırlar. Bu vaxt gülüşmələr hələ arada bir davam edir. 
Tərcüməçi dəri parçasını əlinə alır, oxuyur və ağlamağa başlayır. Hərkəs çaşır. Tərcüməçi yaşlı gözlərlə üzünü adamlara çevirir və deyir ki;
-Dəri parçasında bu sözlər yazılmışdı:


«Bu adamlardan ehtiyatlı olun, əlinizdən topraqlarınızı almağa gəlirlər!»

Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".

Ardı

Bir əsgərin hekayəsi

Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi:
-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm. 
-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər.

Ardı