İg Nobel mükafatı

Dünyada elm və sənət sahələri üzrə bir çox beynəlxalq və milli mükafatlar mövcuddur. Hər il on minlərlə insan bu mükafatlara layiq görülür. Bu məşhur mükafatlardan biri də Nobel mükafatıdır. Mükafat alanlar ilə yanaşı milyonlarla insan bu mükafatları almaq yolunda məğlub olurlar. Amma bəzən elə «kəşflər „ə imza atır, elə “yüksək » sənət əsərləri yaradırlar ki, onların əməyini qiymətləndirməmək ən azından insafsızlıq olardı. Bunu nəzərə alan xeyriyyəçi-filontroplar və estetlər sayı o qədər də çox olmayan antimükafatlar təsis etmişlər və hər il xeyli insan bu mükafatlara layiq görülür.

Bu cür mükafatlara, demək olar, bütün mədəni xalqlarda rast gəlmək olur və bütün dünyada tanınan, nüfuzlu mükafatlar olduğu kimi, son dərəcə «prestijli » antimükafatlar da vardır. bunların sırasında, əlbəttə ki, "İg Nobel mükafatı «nı (İg Nobel Prize – ingiliscədə „ignoble “ — biabırçı, əttökən sözündən) xüsusilə qeyd etmək lazım gəlir. Həqiqi Nobel mükafatlarının verilməsindən bir həftə qabaq ənənəvi olaraq lazımsız, faydasız kəşflərə yumoristik, satirik Nobel mükafatları verilir.
Davamı →